AŞİQİYƏM MƏN
Сянятя, сющбятя вурьун оланын,
Црякдян йананын ашигийям мян.
Сянят йолларында йорьун оланын,
Анлайыб гананын ашигийям мян.
Горхуб чякинмядян дцз сюйляйянин,
Сябiр, дюзцм дейиб дюз сюйляйянин.
Щяр шейи дцз эюрцб сюз сюйляйянин,
Щягигят дейянин ашигийям мян.
Təməldən tərəqqi vurğunlarının,
Ədalət yolunun yorğunlarının,
Məhərrəməm, könül sorğunlarının,
Sayanın, seçənin aşiqiyəm mən.
AŞIQLIQ
Aləmi mat qoyan, səcdə qıldıran,
Ulu Qorqud nəfəsidir aşıqlıq.
Düşündürən, xəyallara daldıran,
Haqq gəzənin haqq səsidir aşıqlıq,
Haqsızların əbəsidir aşıqlıq.
Elmdi, aləmdi, sehrdi, sirdi,
Kök üstə köklənən nizamı birdi.
Anlayan, anlatan kədəri -dərdi,
Sevənlərin nəğməsidir aşıqlıq,
Sevməzlərin qəfəsidir aşıqlıq.
Kamaldan kəm nə anlayar, nə qanar,
Keyliyini nə gizlədər, nə danar.
Məhərrəmtək nə alışar, nə yanar,
Türk oğlunun həvəsidir aşıqlıq,
Yad, ögeyin hər qəsidir aşıqlıq.
Dostları ilə paylaş: |