Məhərrəmin yeni şeirləri



Yüklə 1,72 Mb.
səhifə68/150
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112736
1   ...   64   65   66   67   68   69   70   71   ...   150

DƏM VURAR

Dünyaya yüklənib insan adıyla,

Dönə-dönə ləyaqətdən dəm vurar.

Fəxr eləyir damağında dadıyla,

Səxavətdən, sədaqətdən dəm vurar.
Ədasıyla yerə-göyə sığışmaz,

Öz yoluna,çevrəsinə yığışmaz.

Görən gözü gözlülərlə baxışmaz,

İbadətdən, dəlalətdən dəm vurar.


Adi bir şey bilir mədəniyyəti,

Anlayıb-saymayır ədəbiyyatı.

Məhərrəm, sən qazan əbədiyyatı,

Cahil oğlu məharətdən dəm vurar.




QANMAZDI, QANMAZ

Zümzümə, laylanı duymayan adam,

Gec qanan kəl peysər, qanmazdı, qanmaz.

Onun üçün beləsinə mən yadam,

Öz ulaq adını danmazdı, danmaz.
Xəsisdi verməyə, əli bağlıdı,

Qarnı iriləşib, peysər yağlıdı.

Məlikməmmədlərin uşaq nağlıdı,

Pazdı hər kötükdə, sınmazdı, sınmaz.


Beləsi hər vəchlə təllənə bilir,

Asılıb kölgədə yellənə bilir.

Məhərrəməm, hər an dillənə bilir,

O, haqqın sözündən dönməzdi,dönməz.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin