Məhərrəmin yeni şeirləri



Yüklə 1,72 Mb.
səhifə98/150
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112736
1   ...   94   95   96   97   98   99   100   101   ...   150

QƏHƏRDİ Kİ , QƏHƏRDİ

Kamaldan kasadlıq, fitnə-fəsadlıq,

Özü boyda qəhərdi ki,qəhərdi.

Paxıllıq, xainlik, dostdan uzaqlıq,

Bəd gətirən səhərdi ki ,səhərdi.
Haqqın haqq işinə nırx qoyanların,

Otuzun üstünə qırx qoyanların,

Damladan dəryaya arx qoyanların,

Yediyi bal zəhərdi ki, zəhərdi.


Fəlakətdir anlamazın anması,

Duyğusuzun eşq oduna yanması.

Bu millətin Məhərrəmi danması,

Ölümündən betərdi ki, betərdi.




GÖYNƏDİR

(Allah,ucaların ucasıdır)

Havadar olanım, arxam olanım,

Verdiyin qəm bu sinəmi göynədir.

Mənim dar günümdə yada salanım,

Mən bilirəm ərş-gürş nədi, göy nədir.
Bir ox üstə bu dünyanı fırladan,

Ürəklərə sevinc seli şırladan.

Çoxlarının yollarını xırladan,

Yollarımda sarı, yaşıl, göy nədir.

Bir adını, bir üstə gəl min bildim,

Varlığını, böyüklüynü gen bildim.

Məhərrəməm, məhsəb bildim, din bildim,

Səbr eyləməm məni yoldan elədir.



DURAMMIRIQSA
Dünyanın ən böyük günahkarıyıq,

Vətən keşiyində durammırıqsa,

Başqa vaxt oluruq biz ayıq-sayıq,

O qarı düşmanı vurammırıqsa.


Acizlik göstərib,ağlayırıqsa,

Gün düşən bacanı bağlayırıqsa,

Dərdi sinəmizdə saxlayırıqsa,

Acizik, yaxalar cırammırıqsa.


Didərgin adıyla baş girləyirik,

Xaricdən,daxildən nə diləyirik.

Efirdə o ki var tərifləyirik,

Neynəyək, vətənə varammırıqsa.


Ya ölüb,ya da ki yaşamalıyıq,

Fərsiz,bacarıqsız ad daşımalıyıq.

Özgənin boynunu qaşımalıyıq,

Ölüyük kəfəni cırammırıqsa.


Düşməni qarşıda çökdürmürüksə,

Harayı-həşiri çəkdirmiriksə,

Məhərrəm, gözləri tökdürmürüksə,

Biz kimik, sözündə durammırıqsa.




DƏM VURAR
Yük olan dünyaya insan adıyla,

Dönüb-dönüb ləyaqətdən dəm vurar.

Aşnalıq eyləyən yaltaq, yad ilə,

Sədaqətdən, cəsarətdən dəm vurar.


Ədasından yerə-göyə sığışmır,

Dağılıbdı, öz-özünə yığışmır.

Nə gündədi, doğru gözlə baxışmır,

Həqiqətdən, məhəbbətdən dəm vurar.


Libasıdı bədənindən bahalı,

Küyləşibdi, kütləşibdi kamalı.

Məhərrəmə o götürüb babalı,

İbadətdən, dəlalətdən dəm vurar.



GÖZƏL
Durubdu qarşımda günahkar kimi,

Səsində titrəyiş duyduğum gözəl.

Canında xof gəzir sitəmkar kimi,

Eşqinə məst olub, uyduğum gözəl.


Ətəyi keçibdi haqqın çarxına,

Qərq oldu sellənən selin arxına.

Nədəndi istəyir gələ yaxına,

Eşqiylə saz alıb, çaldığım gözəl.


Mənim saçlarımdı, qar kimi dümağ,

Onun sinəsinə çəkilibdi dağ.

Ürəyim getsə də, yerimir ayağ,

Vəfasız çıxanda qovduğum gözəl.


Mən özüm özümü yaman qınadım,

Çətin unuduldu əhdim, inadım.

Məzəmmət elədi qohumum, yadım,

Dərdindən dəryaya daldığım gözəl.


Günbəgün saralıb sapa dönübdür,

Ona dediklərim çapa dönübdür.

Məhərrəm, od-alov niyə sönübdür,

Nədən peşimandı qovduğum gözəl..?!




QORXMAZ
Bir insan tanrıya sığınsa, dursa,

Şər ilə böhtandan, yalandan qorxmaz.

Öz alın təriylə yaradıb qursa,

Özündən müştəbeh olandan qorxmaz.


Kim ki qazanıbdı el hörmətini,

Qoruyur özündə öz qüdrətini.

Gedir tərəqqiyə, olmur çətini,

Yüz yağı etdiyi talandan qorxmaz.


Mərdanə kəslərin bir sifəti var,

Deyib danışmağa cəsarəti var.

Həqiqət sevənin öz adəti var,

Hər küncdə, bucaqda qalandan qorxmaz.


Adam var bəynişan, ərdi-ərəndi,

Sinəsini mərd meydanda gərəndi.

Haqqı söyləyəndi, düzü deyəndi,

Zəhər qutusutək dolandan qorxmaz.


Meydanı boş görən həddini aşar,

Mənəm-mənəm deyib yolunu çaşar.

Məhərrəm saz ilə, söz ilə yaşar,

Hər naşı düdüyü çalandan qorxmaz.

ÖLƏNƏ QƏDƏR
Tanrıya sığınan, haqqa baş əyən,

Dostum, qardaşımdır ölənə qədər.

Sözü məqamında danışan, deyən,

Can bir sirdaşımdır ölənə qədər.


Kefimi soruşub dərdimə qalan,

Ən ağır vaxtımda oduma yanan.

Məni duruşumdan anlayıb qanan,

Qəmimə yoldaşdır ölənə qədər.


İnsanlıqda saf su kimi durulan,

Kişi kimi hər yetəndən sorulan.

Dost yolunda Məhərrəmtək yorulan,

Bağrıma badaşdır ölənə qədər.



VƏTƏN
İstəkli balantək doğma qoynunda,

Fəxrlə deyirəm, balanam,Vətən.

Min məna var təbiətin oynunda,

Hüsnünə oxuyub,çalanam, Vətən.


Vüqarla baxıram Azərbaycana,

Böyük ucalığa,şövkətə,şana.

Əbədi anasan hər sevən cana,

Önündə səcdələr qılanam, Vətən.


Tarixin yol gəlir milyon illərdən,

Torpağın seçilmir gövhərdən, zərdən.

Sorağın deyilir ağır ellərdən,

Mən özüm də sənsiz yalanam, Vətən.


Bu gün hər bir kəsin ucadır başı,

Duymaz dediyimi məkirli, naşı.

Dindirsən danışar hər məhək daşı,

Qoynunda boşalıb-dolanam, Vətən.


Aşıq Məhərrəmə qəlb sevincisən,

Məğrur sinəsində ləlsən, incisən.

Min ölkə olsa da sən birincisən,

Sənin dərd-bəlanı alanam, Vətən.




Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin