Məhərrəmin yeni şeirləri


KiÇİLMİR DOSTLAR, KİÇİLMİR



Yüklə 1,72 Mb.
səhifə113/150
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112736
1   ...   109   110   111   112   113   114   115   116   ...   150
    Bu səhifədəki naviqasiya:
  • QADASI

KiÇİLMİR DOSTLAR, KİÇİLMİR

Badə çox vaxt kefə görə,

İçilmir, dostlar, içilmir.

Dərdimiz dönüb əzbərə,

Kiçilmir, dostlar, kiçilmir.

Vurun, düzəlsin başımız,

Vərəqlənsin yaddaşımız.

Düşmənimiz, sirdaşımız,

Seçilmir, dostlar, seçilmir.
Sinəmiz çarpaz dağlanıb,

Başlara qara bağlanıb.

Qarabağa yol bağlanıb,

Keçilmir,dostlar,keçilmir.


Kefdən doğubdu məhvimiz,

Tanrıdan olar əhvimiz.

Məhərrəməm, çox səhvimiz,

Ölçülmür,dostlar,ölçülmür.




QADASI

Gözüm, könlüm bu dünyada,

Toxdu, qadasın aldığım.

Sənin kimi yada salan,

Çoxdu, qadasın aldığım.
Haqq işi var vərdişimdə,

Nöqsan yoxdu gərdişimdə.

Tanınıram mərd işimdə,

Haxdı, qadasın aldığım.


Ay Məhərrəm, ucalt səsi,

Sinəndə ozan kəlməsi.

Səndə bircə yad nəfəsi,

Yoxdu,qadasın aldığım.




Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin