MİRZƏ
(Şair Rafiq Mirzəyə)
Qəhərdən kədərdən çıxa bilməyib,
Boğulduq göz yaşı içində, Mirzə.
Ürəklə, qəh-qəhlə deyib gülməyib,
Qalmışıq möhnətin əlində, Mirzə..
Vətənsiz günlərim pis günlərimdi,
Nə qədər söyləyək, Allah kərimdi.
İtirilmiş torpaq öz kədərimdi,
Əridim hər günün felində, Mirzə
Ötüşür ömrümüz ağrı-acılı,
Xəcalət çəkirik qardaş-bacılı.
Kürəymizə, sanki, bıçaq sancılı,
Qalmışıq it- pişik dilində, Mirzə.
Olmuşuq əlacsız, gümansız xəstə,
Oxunmur dilimdə yazılan bəstə.
Məhərrəm durmadan deyir şikəstə,
Sazın əl çatmayan zilində, Mirzə.
Dostları ilə paylaş: |