Məhərrəmin yeni şeirləri



Yüklə 1,72 Mb.
səhifə134/150
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112736
1   ...   130   131   132   133   134   135   136   137   ...   150

BiLMƏZ


(Şair Kərəm Kürqıraqlıya)
Özünə Arazam, Kürəm deyənin,

Heç biri sənintək çağlaya bilməz.

Öyünüb gövhərəm, zərəm deyənin,

Coşuban bənd-bərə bağlaya bilməz.


Əbədi yol getdin haqqın dalınca,

Kəsərdə sözlərin bənzər qılınca.

Yaşayıb ömr elə Kürün ardıyca,

Özülü möhkəmlər laxlaya bilməz.


Tanrının sənintək görkünü gördüm,

Sözün süxənvəri dərkini gördüm.

Nəfsi tox, taqətdə bərkini gördüm

Baş-başa gələndə yoxlaya bilməz.


Sözlərin sərrafa ləldi, incidi,

Könül sevincidi, veyin dincidi.

Dərk eylə şairtək kim birincidi,

Niyə bülbül gülü qoxlaya bilməz.


Tanrı diktəsinə vacibdi mirzə,

Dilindən nəqş edə hər şeyi təzə.

Dedin dədə sözü zarafat,məzə,

Xəyalı göylərdən saxlaya bilməz.

Namərdə, nakəsə toxun, ay Kərəm,

Ərşə çəkilibdi yuxun, ay Kərəm.

Dərc ol kitablardan, oxun, ay Kərəm,

Ölüm ölümsüzü haxlaya bilməz.


Mənalar, təzadlar soraqlı şair,

Kür olan, amma ki, qıraqlı şair.

Məhərrəm qəlbində çıraqlı şair,

Şöləndən nur sevən yuxlaya bilməz.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin