Məhərrəmin yeni şeirləri



Yüklə 1,72 Mb.
səhifə143/150
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112736
1   ...   139   140   141   142   143   144   145   146   ...   150

SARI KÖYNƏK


(Aşıq Ələsgərə nəzirə)
Sürmələnib nə qarşımda durmusan,

Anama qurban ol, ay sarı köynək.

Elə bil çıxıbsan heyvanxanadan,

Heç kim olmaz sənə tay, sarı köynək.

Azdırıbsan, tez çıxıbsan cızından,

Seçilmirsən avropalı qızından.

Əl çəkmirsən şəfqət dolu nazından,

Durma dirək kimi lay, sarı köynək.


Tərifin dolanır neçə mahalda,

Abır ha qoymadın qoca, cahalda.

Vayına oturum sənin bu halda,

Görməzsən İnşallah toy, sarı köynək.


Oyan, diri gözlü, qəflətdən oyan,

Axırda uyuyar, yetənə uyan.

İtdən də murdardı olmayan həyan,

Gəzmə yol yoldaşı tay, sarı köynək.


Ölüb utanmırmı əminlə dayın,

Adını bilirsən qədim dubayın.

Qız-gəlin adına ləkəli xain,

Şərab vur de nədi çay, sarı köynək.


A haylı-haraylı lüt gəzən Xatın,

Boğazdan əskikdi bir ala çatın.

Hələ çapırdırsan hər yana atın,

Adına deyirlər zay, sarı köynək.


Dodaq iynələnib, bədən böyüyüb,

Dərd bilənlər səni görüb öyüyüb.

Məhərrəməm, canda odun soyuyub,

Yerində təpik döy, say, sarı köynək.



SATQIN
Sifətin qırmızı, peysərin yoğun,

Şeytan yuva salıb canında, satqın.

Xəbər otürürsən hey yığın-yığın,

Dövr edir bu vərdiş qanında, satqın.


Tanrı səni ortalıqdan götürmür,

Eyibini torpaq altda itirmir.

Qulp qoyursan o gözlərin nə görür,

Tüpürmək olmayır yanında, satqın.


Ömür yolun bir ləkədir, silinməz,

Qarnın altı bilinməzdir, bilinməz.

Məhərrəməm , bil ki sənə yox əvəz,

İblissən mələklər donunda, satqın.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin