ÇOXDU
Tanrının adıyla alver eyləyən,
Harama dadanan səbəbkar çoxdu.
İstəsə dörd yanı oda bələyən,
Nütfədən qarışan zinakar çoxdu.
Bilə-bilə min günaha batan var,
Qəlb dostunu hər yetənə satan var.
Şeytanlıq eyləyib ara qatan var,
Dəqiq tanıdığım adətkar çoxdu.
Daşdıqca azdırıb özgə həddini,
İnsanlarla aralıqda səddini.
Pulluya,zorluya əyib qəddini,
Ara qatmağında sənətkar çoxdu.
Çoxları da çənəsindən saz olur,
Öz xeyrinə,öz cibinə göz olur.
El içində qiyməti də toz olur,
Sözünü göyərdən inadkar çoxdu.
Dərk edirsən qəlbi viran çölüdü,
Diri ikən o, yüzillik ölüdü.
Sinəsi də ilan-çəyən gölüdü,
Məhərrəməm, belə xatakar çoxdu.
Dostları ilə paylaş: |