Məhərrəmin yeni şeirləri



Yüklə 1,72 Mb.
səhifə29/150
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112736
1   ...   25   26   27   28   29   30   31   32   ...   150

NƏDİR

Bir gözəl gözünü gözümə dikib,

Söylədi saçının ağlığı nədir?

Özünü üzməynən dərdi-qəm çəkib,

Bilmirəm, sinənin dağlığı nədir?
Qəmləndi,səsində duydum titrəyiş,

Dedim ki,sən Allah mövzunu dəyiş.

Kişinin başından əksik olmaz iş,

Dünyanın kef-damaq çağlığı nədir?


Əlli ilə yüzün arasındayam,

Dədələr,babalar sırasındayam.

Ürəyin hardasa, orasındayam,

Məhərrəməm,diləyən sağlığı nədir?




DİNDİRSƏN

Bədxah adam şad xəbəri söyləməz,

Hər kəlməsi “ax”-dı , “of”-du, dindirsən.

Xeyir xəbər deyib yoldan eyləməz,

Şad işlərdə gözü yoxdu, dindirsən.

İnsan donundadı xisləti bayquş,

Ondan xarabalıq, məyusluq soruş.

Baxmaynan sifəti görünür toppuş,

Sözləri tuşlanmış oxdu, dindirsən.
Toy düyündən kənar durar,yan keçər,

Ürəyindən, diləyindən qan keçər.

Xoruz təki istəyində ban keçər,

Məhərrəm, beləsi çoxdu, dindirsən.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin