DEYİRSƏN
Allah deyib, allahsızlıq edərək,
Haramlı mayana baldı deyirsən.
Tanrı yolun əyri-üyrü gedərək,
Ölü cana Rüstəm Zaldı deyirsən.
Qazandığın dava-dərdə xərclənir,
Ağrıların nəfsin ilə güclənir.
Övladların atasıtək biclənir,
Qoca dünya qeyli-qaldı deyirsən.
Qan üstündə qazanıbsan paranı,
Dost-qardaşla sən kəsibsən aranı,
Sinələrə çəkdiribən yaranı,
İstədiyin, puldu,maldı deyirsən.
Mərhərrəmdən tamah uzaqdı-uzaq,
Tanrı yazdığını biz necə yazaq?!
Həqiqət yuxumu tərsinə yozaq?
Danəndənin ağzı faldı deyirsən.
Dostları ilə paylaş: |