Məhərrəmin yeni şeirləri



Yüklə 1,72 Mb.
səhifə77/150
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112736
1   ...   73   74   75   76   77   78   79   80   ...   150

VAR OLSUN

Mənim oğuz elim, Tovuz mahalım,

Qibləgahım, bu ünvanım var olsun!

Min nübar yetirən cahi-cəlalım,

Cənnət misal gulüstanım var olsun!
Dağları əl çatmaz, qarlı, qartallı,

İnsanları müdrik, ağıl-kamallı.

Cavanlar səbrli, dodağı ballı,

Ellərimdə şövkət-şanım var olsun!


Məhərrəmə nur sabahlar açandı,

Ürəyinə şəfəqlərni saçandı.

Könül quşu xəyalıyla uçandı,

Hər bir fərdim, hər həyanım var olsun!



BU GƏLİN

Arzu, istək, ismətini özüylə,

Qafa,vəfa gətiribdi bu gəlin.

Hər şeyə mehriban, şirin sözüylə,

Tərbiyəni götürübdü bu gəlin.
Ayağı ruzili, üzü nurludur,

Sinəsi atəşli, qəlbi qorludur.

Haqsızlığa qənim olan zorludur,

Sağlam zəka yetiribdi bu gəlin.


Gözəl görən, gözlər ona dikildi,

Nankor, haram ətrafından əkildi.

Zəhmətiylə ev-eşiklər tikildi,

Ürəkdə gül bitirəndi bu gəlin.


Danışanda bal süzülür dilindən,

Gileyi yox, kimsə onun əlindən.

Məhərrəməm, ibrət alın gəlindən,

Aylar, illər ötürübdü bu gəlin.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin