Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə20/44
tarix26.10.2017
ölçüsü3,87 Mb.
#14358
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

SAZIMLA

Nurlu gözlərimlə,odlu sözümlə,

Zülmət gecələri açdım sazımla.

Mənalı, qəlb açan,doğru-düzümlə,

Ədalət dalınca qaçdım sazımla.
Duyan ürəyimi şamtək əritdim,

Həqiqəti şüar edib yeritdim.

Ağlayanı güldürərək kiritdim,

Qəlblərə nur işıq saçdım sazımla.


Məhərrəmi hər məclisdə duyublar,

Gövhər sayaq kəlmələrə uyublar.

Heç demərəm bal səsimdən doyublar,

Keçilməz yolları keçdim sazımla.



KOR OLUR NƏDƏN

Dostunam deyənim,can söyləyənim,

Gözləri bizlərə kor olur, nədən.

Yadlara əl tutub, əl eyləyənim,

Can adlı kəlməmiz çor olur, nədən.
Dara düşsə, bizi sorub arayır,

Xoş günündə özgələrə yarayır.

Ciblərindən qəpiyi də darayır,

Kimsəni diləmir, kar olur, nədən.


Məhərrəm, hər kəsin çatar vədəsi,

Kəsilər gurlayan, titrəyən səsi.

Belə olur dədəsinin gədəsi,

Sonda sinəsində qor olur, nədən.



DOSTUM
Üzündən, gözündən kədər süzülür,

Bələyi od tutan zavallı dostum.

Halını duyduqca qəlbim üzülür,

Dostlarım içində sanballı dostum.


Mənim də dərdim var, dəvədən böyük,

Kim deməz kədərdə, qəmdə bir deylik.

Düşünən döyüksə söylə, de nəyik,

Dərin düşüncəli kamallı dostum.


San çürüdüb, oxumuşuq yazmışıq,

Elm öyrənib, can çürüdüb durmuşuq.

Alimlərdən qızınmışıq, qızmışıq,

Qəlbi simasıtək camallı dostum.


Dar günlərin tamamına az qalıb,

Bəxtimizə dil-dil ötən saz qalıb.

Gözəl qızdan gözümüzdə naz qalıb,

A yüksək arzulu, amallı dostum.


Məhərrəm, var olsun dostun köhnəsi,

Süfrəsi, çanağı, tabaq, təhnəsi.

İnsan aktyordu, dünya səhnəsi,

Zəkalı, zəhmətli, ziyalı dostum.



GÖZƏL
Gözlərinə gözüm tuşlanan gündən,

Canıma atəşi salmısan, gözəl.

Məni çıxarırsan imandan,dindən,

Qəlbimi qəlbinlə almısan, gözəl.


Heyran-heyran camalına baxıram,

Eşqin ilə şimşək kimi çaxıram.

Suya dönüb yanağına axıram,

Sinəndə saz kimi çalmısan, gözəl.


Nə günə salmısan mən binəvanı,

Məhərrəm neyləsin, tökülür qanı.

Sən o çox sevdiyin dayının canı,

Çıxgınan, əlbimdə qalmısan gözəl.




BİLMƏZ

Haramda hallanan bir yekə peysər,

Forsundan özünə yığışa bilmir.

Mal gəzər, pul gəzər, hər an tələsər,

Bu geniş dünyaya sığışa bilmir.

Uyubdu yamanca dünya varına,

Bivəfa da çıxır öz ilqarına.

Düşüb tamahının ahu-zarına,

Mərd ilə göz-gözə baxışa bilmir.
Mərdlərə qurulan tor, tələ çoxdur,

Namərddən tuşlanan tikanlı oxdur.

Şükür Məhərrəmə tay hələ yoxdur,

Onuntək qəlblərə axışa bilmir.




MARAQLIYDI MARAQLI
Yadındamı cavanlıqda o günlər,

Bir-birindən maraqlıydı, maraqlı.

O vaxtın hər anı canımda inlər,

Sevgimiz də soraqlıydı, soraqlı.


Çox gecələr ac qarına yatmışıq,

Söhbətləri bir-birinə qatmışıq.

Gileylənib, deməmişik batmışıq,

İlqarımız sınaqlıydı, sınaqlı.


Xəyalların səmasında süzərdik,

Tər qönçəni əlimizlə üzərdik.

Məhərrəməm, biz qol-boyun gəzərdik,

Tellərimiz daraqlıydı, daraqlı.




KOR OLDU, OLDU

Nə vaxtdandı ürəyimi dərd üzür,

Eşqin bu sinəmdə qor oldu, oldu.

Xəyal pərvazlanıb səmada süzür,

Bəxtimin gözləri kor oldu, oldu.

Daşlara çırpmışam könül quşunu,

Vermişəm əlimlə istək , xoşunu.

İtirib dolunu, gəzdim boşunu,

Əsəbdən beynimə zor oldu, oldu.
Yaşla doldu gözlərimin giləsi,

Kimdi məni onun kimi biləsi.

Məhərrəmin nələr çəkib sinəsi,

Vədəsiz saç-saqqal ağ oldu, oldu.



DEDİ
Müdrik elm adamı dinləyib məni,

Dağlardan sellənən bulaqsan dedi.

Atıb beynimizdən dumanı,çəni,

Danəndə dilində soraqsan dedi.


Tarixdə qoyduğum izimdən dedi,

Şeir dastanımdan, sözümdən dedi,

Mənim ustadımla özümdən dedi,

Qəlblərin nurusan, çıraqsan dedi.


Söylədi saz-sözün ölümsüzüsən,

Oduna odlanan dözümlüzüsən.

O haqqa əyilən mindən yüzüsən,

Fitnədən-fəsaddan qıraqsan dedi.


Xeyli təriflədi əməl işimi,

Verdi qiymətimi, aldım beşimi.

Yaman xatırladı keşməkeşimi,

Məhərrəm, sabaha yaraqsan dedi.




AY CEYRAN

Gözümdən yayınmır gözün o gündən,

İncimiş könlünü alım, ay ceyran.

Sən məni eylədin imanla dindən,

Qolumu boynuna salım, ay ceyran.
Gəl əyləş üz-üzə, nəfəs-nəfəsə,

Bülbültək salmaynan məni qəfəsə.

Oxuyum eşqinlə, gəlim həvəsə,

Xoş duyğu-xəyala dalım, ay ceyran.


Söz bilənsən, bu dərdimi bilginən,

Məhərrəməm, qəh-qəh çəkib gülgünən,

Mənim kimi danış, düzü bilginən,

Səninlə bir yerdə qalım, ay ceyran.




BƏNZƏR

Yaman tez ağardı saqqalım,başım,

Ağ saçım dağların başına bənzər.

Artıb günbəgündən artan təlaşım,

Gəncliyim bir əsrin yaşına bənzər.
Gənclər yer göstərib, əyləşin deyir,

Qızlar diqqət vermir, qəlbimə dəyir.

Qarılar, qocalar sağlıq diləyir,

Ömürdə dörd fəslin qışına bənzər.


Şükür, ruhum kimi kefim də sazdı,

Məhərrəm qəlbində bahardı, yazdı.

Kamal gördüm kamalımdan dayazdı,

Qismətim Xızırın aşına bənzər.



BİLƏR

Yar deyib ağlayan binəva Kərəm,

Kim səni əslisiz kiridə bilər.

Sofisiz dərdini bilə, bilmərəm,

Ərzurum dağından yeridə bilər.
Elə naləlisən qərib, yad eldə,

Qərq oldum tufanda, dumanda, seldə.

Yanğın da yandırdı, od qaldı dildə,

Ahın o dağları əridə bilər.


Yar yolunda fəda etdin canını,

Halal etdin car etdiyin qanını.

Məhərrəm anlayır hər bir anını,

Ağıllı fikrini yeridə bilər.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin