MƏNİ
Ay sevgilim, o günlərə,
O anlara apar məni.
Sən də yalvar ərənlərə,
Yəqin gəzən, tapar məni.
Bir möhüb düz eylə savab,
İstəyimə qaytar cavab.
Dərdə-qəmə gətirib tab,
Hicranlardan qopar məni.
Dövran keçir, ömür bitir,
Aylar, illər bizdən itir.
Məhərrəmə sevinc gətir,
Yoxsa qəmlər çapar məni.
МЯНДЯН СОРУШ
Гарлы дуран, гарлы даьын,
Йохушуну мяндян соруш.
Бащар вахты эюзял чаьын,
Йаьышыны мяндян соруш.
Мин ъцр эцлцнц дярмишям,
Ятирли чялянэ щюрмцшям.
Нечя фяслини эюрмцшям,
Нахышыны мяндян соруш.
Гарталларын зирвясидир,
Эянълийимиn щявясидир.
Мящяррямин зил сясидир,
Aхышыны мяндян соруш.
UNUTMARAM
Mənə zəhmət çəkənlərin,
Zəhmətini unutmaram.
Yoluma göz dikənlərin,
Adətini unutmaram.
Gül-çiçəyini dərmişəm,
Əlindən çəkməyək hazar.
Xoş günləri qələm yazar,
Vəhdətini unutmaram.
Məhərrəməm, bir ozanam,
Çalıb, oxuyub qızanam.
Sevən qəlblərə sızanam,
Söhbətini unutmaram.
СЮЙЛЯР
Данышдырсан аьлаьаны,
Динишийля аьы сюйляр.
Чаьырар щаггы, аьаны,
Синясиндя даьы сюйляр.
Дикя узанар ялляри,
Одуна йахар елляри.
Ъар едяр эюздя селляри,
Эцнащкары йаьы сюйляр.
Щцсейнли дярд ящлиди,
Щяр сюзц дя “йа Яли”ди.
Дили щягигят дилidi,
Рущу ойаг саьы сюйляр.
YAZ
Qələm əhli, yazırsansa,
Cəsarəti, qeyrəti yaz.
Əgər buna hazırsansa,
Ünsiyyəti, vəhdəti yaz.
Dağ eyləmə palançını,
Min sifətli yalançını.
İfşa eylə talançını,
O düşdüyü haləti yaz.
Hədəfinə tuşla oxu,
Qoy çəkinsin bundan çoxu.
Əməlinlə güllər qoxu,
Məhərrəməm, adəti yaz.
ЧОХ ЭЮРМЦШЯМ
“Мя” демямиш мялямяйян,
Кцрян гойун чох эюрмцшям.
Сидг црякля дилямяйян,
Йоьунбойун чох эюрмцшям.
Эедиб юзэя эцдазына,
Уйуб ъазын авазына.
Биэанядир юз сазына,
Ганмаз, лайын чох эюрмцшям.
Дуймаз эцлцн ятирини,
Саймаз дoстун хятирини.
Мящяррямин сятирини,
Sənə oyun çox görmüşəm.
GƏTİR
İstəyirsən dincələsən,
Məni sazla dilə gətir.
Ruhlanasan,incələsən,
“Cəngi” üstə zilə gətir.
Dilə elin dildarını,
Xalqa elə ilqarını.
Utanmaz verən varını
Ürəyimi ələ gətir.
Açılsın sözün baharı,
Çıxardım candan azarı.
Məhərrəm kimi yazarı,
Toy-düyünlü elə gətir.
GİRƏ-GİRƏ DOLANIRSAN
Hər yetənin qılığına,
Girə-girə dolanırsan.
Düşüb onun ayağına,
Tula sayaq dalanırsan.
Neçəsinə tikib torba,
Kürəyinə vurub zərbə.
Ucalıbsan çox mərtəbə
Orda-burda yallanırsan.
Qeyrətsiztək tanınırsan,
Namərd kimi anınırsan.
Məhərrəməm,yanınırsan,
Peyvənd olub calanırsan.
ÖYRƏN
Nadan çoxdu, ariflər az,
Andı yalan, eşqi dayaz.
Dediyimi beyninə yaz,
Bu həyatı düz öyrən,
Öyrəndiyni yüz öyrən.
Çoxalıbdı köntöy sözlü,
Min hoqqalı, min bir üzlü.
Harda görsən doğru-düzlü,
Bu həyatı düz öyrən,
Öyrəndiyni yüz öyrən.
Qoşulmaynan gədalara,
Dönmə yaman sədalara.
Çevrilməynən ədalara,
Bu həyatı düz öyrən,
Öyrəndiyni yüz öyrən.
Məşələ dön, alış, sönmə,
Haqq yolundan geri dönmə.
Hər yetənlə dərdin bölmə,
Bu həyatı düz öyrən,
Öyrəndiyni yüz öyrən.
Kamalı et başda cəm,
Deməsinlər ağlı kəm.
Qəmlənməsin Məhərrəm,
Bu həyatı düz öyrən,
Öyrəndiyni yüz öyrən.
GÖZƏL
(Cavanlıqda sevdiyimi
qocalıqda gördüm).
Sənin öz dərdinmi azdı,
Mənim dərdim soran gözəl.
Qara telin ağ,bəyazdı,
Başı çiskin, boran gözəl.
Duydum gözündəki nəmi,
Səsində titrəyən bəmi.
Həm babayam, həm də əmi,
Göz də görür toran, gözəl.
Xəyal getdi o illərə,
Tutu kimi o dillərə,
Vurulmuşdum o tellərə
Mən deyirdim daran, gözəl.
Sən solubsan çiçək kimi,
Tökülübsən ləçək kimi.
Olubsan ağbirçək kimi,
Məndən uzaq duran gözəl.
Yar söylədim yarımadın,
Mənlə qoşa qarımadın.
Yaralandın,sarımadın,
Sağalmadı yaran, gözəl.
Çarən budur, qəhərlənmə,
Göz yaşından bəhərlənmə.
Bu sözümdən zəhərlənmə,
Öz-özünü yoran gözəl.
Sən eylədin məni ozan,
Şair kimi şeir yazan.
Məhərrəməm, geyin,bəzən,
Gözəllikdi çaran, gözəl.
DOLAN QIRAQDAN-QIRAQDAN
Namərdlərlə yoldaş olma,
Dolan,qıraxdan-qıraxdan.
Mehrinı qəlbinə salma,
Üzdən iraxdan-iraxdan.
Ələ salıb, lağ eyləyər,
Tər sinəni dağ eyləyər,
Bəd əməlni ağ eyləyər,
Çıxar sınaqdan-sınaqdan.
Baxmaynan sifət telinə,
Riyakar yağlı dilinə.
Düşməynən onun felinə,
Çəkil qılıqdan-qılıqdan.
Dədələrin sözünə bax,
Sancılmasın yoxsa dalax.
Heç satqından olmaz dayax,
Çıxmaz alıqdan-alıqdan.
Onlar ilə qurma işi,
Yüz öyünsə, deyil kişi.
Məhərrəməm, et vərdişi,
Gen dur qınaqdan-qınaqdan.
GETMƏLİSƏN
Ölümün vaxt, vədəsi var,
Çatan zaman getməlisən.
Bəxtin yatan vədəsi var,
Yatan zaman getməlisən.
Qalır lənət, ya rəhmət,
Tutsan savab, ya da qələt.
Qazancındı rəhmət, lənət,
Batan zaman getməlisən.
Ömür dediyin karvandı,
Haqq yazdığı bir fərmandı.
Mələklər sənə sarvandı
Atan zaman getməlisən.
Məhərrəməm, yarışırıq,
Haqq işinə qarışırıq.
Bilə-bilə danışırıq,
Tutan zaman getməliyik.
Dostları ilə paylaş: |