Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə8/44
tarix26.10.2017
ölçüsü3,87 Mb.
#14358
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

DEYİLMƏZ

Hər dədə,dədətək böyüyə bilmir,

Hər gədə oğluna dədə deyilməz.

Sənin dar günündə heç vecə gəlmir,

Verdiyi vədəyə vədə deyilməz.
Adbaad söylənər dədənin mərdi,

Yandırar dədəni gədənin dərdi.

Öymək nə gərəkdir alçaq namərdi,

Tərs görən gözünə didə deyilməz.


Mənim yolum ulu tanrı yoludur,

Məhərrəm Hüseynli onun quludur.

İstəyi saz-sözdür,o da uludur,

Üzünə acıqlı hədə deyilməz.




QOCALA BİLMƏZ

Güvənib gəncliyə,gülmə qocaya,

Hər yetən bax belə qocala bilməz.

Qartal sayaq yön çevirsə ucaya,

O gəzən zirvəyə ucala bilməz.
Yol gedən yolunun sonunu bilər,

Hara səmitlidi,yönünü bilər.

Üçünü,beşini,onunu bilər,

Kimsə bu fələklə öc ola bilməz.


Məhərrəm, sözlərin paklıq aynası,

Gözəldi,göyçəkdi mərdin anası.

Yoxlasa özünü mənlə qadası,

Zirvə sayılmazda, tac ola bilməz.




ADAMSAN

Bu yalanın,iftiranın üstündə,

Nə ağzına döyüləsi adamsan.

Dayanıbsan neçəsinin qəsdində,

Namərd kimi öyüləsi adamsan.
O dünya,bu dünya üzü qarasan,

Sinələrdə bir sağalmaz yarasan.

Bu gedişlə yollanırsan gora sən,

Sıx məzara qoyulası adamsan.


Məhərrəm də sözü desin örtülü,

Bülöv üzün sürtülüdü,sürtülü.

Dağıdıbsan aralıqda hər tülü,

Xatirinə dəyiləsi adamsan.


HƏLƏ

Zaman dəyişibdi, biz elə bizik,

Qnun qaydasına süzürük hələ.

Nə olsun yorulmaz, təpərli dizik,

Təmkinlə,səbrlə dözürük hələ.
Düzü düz demirik biz görə-görə,

Üzə üz demirik üz görə-görə.

Yüzə yüz demirik yüz görə-görə.

Əlləri ətəkdən üzürük hələ.


Özgəni demirəm, bizik zavallı,

Dərdlə inləyirik tarlı,qavallı.

Elə sayılırıq ağıl-kamallı,

Qol açıb oynayıb,süzürük hələ.


Ozan dədə, aqil həm də mərd olur,

Məhərrəmə mərd ölümü dərd olur.

Yamanların yaman işi gərd olur,

Yaxşını yad yerdə gəzirik hələ.



VAR
Başımı nəsihətlə doldurub atam,

Aşikar olunan duyğularım var.

İstərəm əl tutam,savaba batam,

Məzmunlu, mənalı sorğularım


O tanrım qocadı, canım cavandı,

Axtarıb bəyəndim düzü, avandı.

İnamlı insanlar içdirib andı,

Danəndə əhlinə sayğılarım var.


Qismətsə, boşalan yenə dolacaq,

Di gəl ki,açılan bir gün solacaq.

Məhərrəm sazını zildə çalacaq,

Bu xalqa xoş duyğu, qayğılarım var.



BU AŞIQ
Özü gözəl, sözü şirin, səsi zil,

Aşıqların dildarıdı bu aşıq.

Bülbülün eşqiylə olub tuti-dil,

Bağın ilkin nübarıdı bu aşıq.


Süzülüb ürəkdən ürəyə axır,

Odlu nəfəsiylə şimşəktək çaxır.

Hər telin naləsi qəlbimi yaxır,

Ozanlığın ilqarıdı bu aşıq.


Sevir, Qorqud,Qurbaniylə Hüseyni,

Ələsgər, Nəcəfdə açılır eyni.

Bayramov Mirzəylə bənzəyir eyni,

Əzəmətdi, bir vüqardı bu aşıq.


Məhərrəm yenə də coşub-çağlayır,

Əsədlə, İmranı yadda saxlayır.

Azaflının həsrətinə ağlayır,

Sənətkartək çox karlıdı bu aşıq.




AĞLAMIŞAM

Məni ağlamayın,qohum,dost,tanış,

Mən özüm-özümü çox ağlamışam.

Doğru sözlərimi yozmayın yanlış,

Mən gözü-könülü tox ağlamışam.

Haqqın dərgahında çöküb qamətim,

Saz ilə söz olub tale qismətim.

Bu eldi,vətəndi,namus-qeyrətim,

Qürbətdə sinəmdə ox ağlamışam.
Məhərrəmdən dərdi-qəmi xəbər al,

Köklənib saz üstə, deynən hava çal.

Dostumla,qardaşa halaldı,halal,

Onlarsız çəkibən ax,ağlamışam.



SEVMİRƏM




Mən bir ruh adamı, səcdəgahım var,


Eşqi,ağlı dayazları sevmirəm.

Dərdlinin yanında aman-ahım var,

Dərd çəkməyən qanmazları sevmirəm.
Mənalı dolandım,pərdəli gəzdim.

Şeirdən, sənətdən demərəm bezdim.

Mən qoca dünyada itilməz izdim,

Kamaldan kəm,çox azları sevmirəm.


Məhərrəməm, muraz atı minmişəm,

Dindirəndə ehtiyatla dinmişəm.

Dədə söznü haqq kəlamı bilmişəm,

Cəfəng dolu avazları sevmirəm.



OLSA

Məni unutmazsan ölənə qədər,

Sevib-seviləcəksən ağlın olsa.

Boşuna ömrünü verməzsən hədər,

Telimdə əlinlə sığalın olsa.

Məst etdin qəlbimi avazla, sözlə,

Aldın xəyalımı doğruyla, düzlə.

Barışdın təbii, bu nurlu üzlə,

Mənimlə olarsan, yığvalın olsa.
Sərvaxt ol, çox yatma, deyiləni duy,

Hər yetən kəslərə saxlamaynan zuy.

Uysan, Məhərrəmin sazına sən uy,

Barışma yanında cığalın olsa.



BƏLLİDİR
Dünya malı qarışdırıb başını,

Yaxşı-yaman bilmədiyin bəllidir.

Anlayırsan, gor haqlayan yaşını,

Əməlinə gülmədiyin bəllidir.


Dik gəzirdin, bir kimsəni saymırdın,

Bir manatı xərcləməyə qıymırdın.

İrəliyə can atanı qoymurdun,

Din-imana gəlmədiyin bəllidir.


Başlamışdın öz-özünü öyməyə,

Onu, bunu təhqir edib söyməyə.

Vərdiş idin könüllərə dəyməyə,

Bir tikəni bölmədiyin bəllidir.


Məhərrəməm, çox günahlar tapıbsan,

Yazıqdan, yetimdən çalıb-çapıbsan.

Söylə hansı könülləri yapıbsan,

Utanıban, ölmədiyin bəllidir.




BİLİRƏM

Yalançını, yarımçığı, yaltağı,

Hər sözündən, kəlməsindən bilirəm.

Neçə dəfə peyvənd olan calağı,

Ağac üstə minişindən bilirəm.
Neçə-neçə uyuşmazı anmışam,

Ad-sanını insan kimi danmışam.

Əşya bilib yoxluğunu sanmışam,

Xoşagəlməz, pis işindən tanıram.


Məhərrəm tanıyır yekəboyunu,

Söydürür hər zaman əsil-soyunu.

Çoxları tapşırıb qurda qoyunu,

Keyliyindən,mələşindən bilirəm.




DÖNMƏZƏM

Haqq yolunda min-min bəla çəksəm də,

Öz andımdan dönməzəm ki,dönməzəm.

Qəm əlindən sinəmdə dərd əksəm də,

Od almışam, sönməzəm ki, sönməzəm.
Bir baxışdan, işarədən qananam,

Arifləri, alimləri ananam.

Öz odumda, atəşimdə yananam,

Vad atını minməzəm ki,minməzəm.


Ulu tanrı kəlamıdı kəlamım,

Məhərrəməm, qismətimdi ənamım.

Aşıb-daşır yenə eşqim-ilhamım,

Boş-boşuna dinməzəm ki, dinməzəm.




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin