Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə12/44
tarix26.10.2017
ölçüsü3,87 Mb.
#14358
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

SAYILIR


(Biganə övladlara)
Atalar görmüşəm yeddi oğlundan,

Öləndə övladsız, sonsuz sayılır.

Zirvələr fəth edən zəka, ağlından,

Həm yiyəsiz,həm həyansız sayılır.


Nankordu övladı, olunmursa yad,

O ruhu inciyi eyləmirsə şad.

Tanıyan dad çəkər, ucaldar fəryad,

Biganə diriykən cansız sayılır.


Sənət Koroğlusu intizardadı,

Övladdan, uşaqdan ahuzardadı.

Atanın ruhu deyin, hardadı,

Övladı allahsız, dinsiz sayılır.

Məhərrəm ağlayıb, axıdıbdı yaş,

Kənara çəkilib dar gündə sirdaş.

Qoy qeyrətə gəlsin nankor,sallabaş,

Övlad dədəsinə qansız sayılır.




MƏNİM

Cəfakeş bağbanam, əməyim çoxdu,

Ümidim bəhərdə, bardadı mənim.

Şükür yaradana, gözlərim toxdu,

Bir görün xəyalım hardadı mənim.
Zamanla səsləşmir hər yetən kişi,

Bəyənə də bilmir çərxi gərdişi.

Canımda yurd salıb şənlik vərdişi,

Meyilim telli sazla, tardadı mənim.


Köklənib dərdimə şəfa tapıram,

Ürək sevindirib, könül yapıram.

Məhərrəməm, muraz atım çapıram,

Sevincim can deyən yardadı mənim.



SƏNİN

Yaman danışırdın xalqın adından,

Nədir müəmması, susmağın sənin.

Seçilmirsən bir abırlı qadından,

Bircə çatışmayır yaşmağın sənin.
Görmürsənmi əzilən mən, əzən sən,

Bizə baxma, yuyun, qırxın, bəzən sən.

Təyyarədə ölkələri gəzənsən,

Yamandı bizlərdən qaçmağın sənin.


Xatırla söz verib dediklərini,

Aldadıb aşdığın gədiklərini.

Burnundan gələcək yediklərini,

Xoşa gələcəkdi qusmağın sənin.


Hər bir hay-harayın yal üçünüymüş,

Tərsinə səslənən val üçünüymüş.

Sərmayə, var-dövlət mal üçünüymüş,

Anladım quyruğnu qısmağın sənin.


Gözü kölgöylüsən, dili qısasan,

Şikəstlərin əllərində əsasan.

Öyrənibsən künc-bucaqda pusasan,

Qalıbdı özünü asmağın sənin.


Şadlıq sarayların çal-çağırdadı,

Ah-nalən yazıqla mən fağırdadı.

Dədinin dərmanı biz yağırdadı,

Məhərrəm, olarmı axmağın sənin.



SORAQLANIRAM
Hələ danılmayıb, yaddaşda qalıb,

Dərin məhəbbətlə soraqlanıram.

Ürəklə cəngini zillərdə çalıb,

Dəli Koroğlutək yaraqlanıram.


Hələ baş vururam dərin dəryaya,

Məni sayanları salıram saya.

Bənzərəm sənətdə günəşə, aya,

Sirli bir kitabtək varaqlanıram.


Əlini çiynimdən almayanım var,

Nəzər diqqətindən salmayanım var.

Məhərrəm deyibən dolmayanım var,

Şümşad barmaqlarla daraqlanıram.




OLSUN
Əsiri olaram əsilzadənin,

Onun da güvənci huş-kamal ola.

Şərəfinə deyilən bircə badənin,

Niyyət məqsədinə xoş amal ola.


Könül dost dediyin axtarıb, ara.

Sevdalı könlünü bənzət gülzara.

Hər an sitayiş et vəfalı yara,

Eşqi, məhəbbəti nur camal olsun.


Vədəsiz itirmə təravətini,

Ozünü, sözünü, hərarətini.

Tanrım bol eyləsin kəramətini,

Istərəm sevincdən çalhaçal olsun.


İnamla, hünərlə yaranar cürət,

Tanrı işlərinə olunar heyrət.

Özgənin qanıyla yığılan sərvət,

Öləndə sorğusu min sual olsun.


Məhərrəm, söz yazıb, sazdı çaldığın,

Ozanlardı ibrətli dərs aldığın.

Duyub dərk etdiyin, yada saldığın,

Görən deyəcəkmi, ay halal olsun.




DÖNÜB

İgidə bənzəyən, mərdə oxşayan,

Nəfsinin ən sadiq quluna dönüb.

Yadı doğma bilən, yaltağı sayan,

Onların sağına, soluna dönüb.
Var yığıb, pul yığıb, təzə bəyləşib,

Harınlaşıb,ağılından səyləşib.

Görən deyir kamalından keyləşib,

Yamanca ulağın çuluna dönüb.


Adına deyirlər tanrıtanımaz,

Cökə pazı sayaq şişibən, sınmaz.

Məhərrəm, qələmlə götür bunu yaz,

Desinlər töhmətin boluna dönüb.




GEDİR
Alçağın, nadanın,sarsağın, pisin,

Ürəyin buz kimi əriyən gördüm.

Harının, höcətin, beyini sisin,

Canın torpaqlarda çürüyən gördüm.


Eşitdim yalançı böhtan sözlünü,

Ayırd da eylədim min bir üzlünü.

Tanıdım taqətdən düşən dizlini,

Öləndə izini kürüyən gördüm.


Sənətin məzədir, meydir, Məhərrəm,

Əsilin, nəsilin bəydir , Məhərrəm.

Ölüm bu dünyada yeydir, Məhərrəm,

Öz eşqin, özünü bürüyən gördüm.




GƏRƏKDİR

Vətən namərdlərin tapdağındadı,

Onun xilasına kömək gərəkdir.

Narahat ruhlar qınağındadı,

Bu dərdi hər kəsə demək gərəkdi.

Donuz öz xoşuna şıxmaz darıdan,

Boylanırıq künc-bucaqdan, barıdan.

Mərd oğulun fərqi nədir qarıdan,

Düşmənin qəddini əymək gərəkdir.
De necə ömürdü, gündü sürürük,

Gözümüzlə haqsızlığı görürük.

Kiməsə can deyib, könül hörürük,

Bilmirik nifrətlə söymək gərəkdir.


Nədəndi deyilən girmir beyinə,

Niyə bənzəyirik insan keyinə.

Bənzəyirik kişilərin səyinə,

Deyirik özümüzü öymək gərəkdir.


Nəvə unutmasın ulu babanı,

Yerlərdə qalmasın onların qanı.

Birləşdirə bilək Azərbaycanı,

Qanmazı doyunca döymək gərəkdir.


Məhərrəm, dediyin yaddan çıxmasın,

Qarı düşmən əllərini sıxmasın.

Vətən oğlu hər tərəfə axmasın,

Haqqın bərpasına əmək gərəkdir.



BİLMİRSƏN
O qədər tanıram avara, axmaq,

Özünü bunlardan biri bilmirsən.

Bu da bir taledi anılmaq, anmaq,

De lalmı olubsan, niyə dinmirsən?!


İbrət götürmürsən sağı –solundan,

Danışa bilmirsən keçmiş ulundan.

Yersiz mübahisə, qeylu-qalından,

Özün öz sözündən belə yenmirsən.
Cavabı çox olan suallarım var,

Başa salmaq üçün sazım, tarım var.

Aşıq Məhərrəməm, etibarım var,

Nədəndi mətləbə, sözə gəlmirsən.



OLMAZ
Mərdin, mərdanənin, sədaqətlinin,

Vətənə, torpağa ziyanı olmaz.

İlqarlı, imanlı, sədaqətlinin,

Namərddən arxası həyanı olmaz.


Dərk edirəm danəndənin halını,

Anlayıram xoş əməlnin dalını.

Qandıra bilmirəm gönü qalını,

Onun sözlərinin bəyanı olmaz.


Var olsun mərdləri, əskik olmasın,

Hicran çəkib ağlamasın, dolmasın.

Məhərrəm də tərifindən qalmasın,

Demə, tanrımızın əyanı olmaz.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin