nümunə
_____________________________________________
məhkəmənin adı
İddiaçı_________________________________________________
MPM-nin 149.2.2-ci mad. iddiaçı barədə göstərilən məlumatlar
Cavabdeh_____________________________________________
MPM-nin 149.2.2-ci mad. cavabdeh barədə göstərilən məlumatlar
Yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş
zərərin əvəzinin ödənilməsi haqqında
İddia ərizəsi
AR DİN BDYP idarəsinin verdiyi ____№-li,”___”_______20__ci il tarixli texniki pasporta əsasən,___ №li mühərrik,_____ №li kuza və_____№li şassisi olan ___________dövlət nömrə nişanlı,________________qeydiyyatda olan_______markalı avtomaşın mənə məxsusdur.
“___”________20__ci ildə təxminən saat_____radələrində________________(yol-nəqliyyat hadisəsinin yerini göstərmək,məsələn,yolun_____km.,______küçəsi,____ №li evin qarşısında) yuxarıda qeyd olunan avtomaşını idarə edərkən mənimlə yol-nəqliyyat hadisəsi baş vermişdir:_________________(YNH vəziyyətini şərh etmək,həmçinin aşağıdakıları göstərmək:
-
hərəkətin istiqaməti(____yaşayış mənəqəsindən ___şəhəri istiqamətinə;____küçədən_____prospekt istiqamətinə;
-
hərəkətin surəti km\saatda;
-
yolun hərəkəti hissəsində nəqliyyat vasitəsinin yerləşməsi (hansı zolaqda-nişanın mövcud olmasını;olmadığı vaxtda və görmək mümkün olmadıqda- işlək hissədən metrlə sağa(sola));
-
günün hansı vaxtında (qaranlıq,işıqlı),görünmə dərəcəsi metrlə(günün qaranlıq vaxtında və ya məhdud görüntü zamanı nəqliyyat vasitəsində hansı işıq cihazları yandırılmışdır);
-
hadisə vaxtı meteoroloji şərait və yolun örtüyünün vəziyyəti;
-
sürücü hansı yol hərəkəti nişanlarının təsir zonasından keçdiyi vaxtı YNH baş vermişdir;
-
əgər hərəkət tənzimlənirdirsə onda sürücü üçün işıqforun (tənzimləyicinin) hansı siqnalları var idi,onların dəyişməsi var idimi;bu səbəbdən nəqliyyat vasitəsindən yolun işlək hissəsinin kəsişməsinə (dayan nişanına,dəmir yol şlaqbamuna,işıqfora və s.) olan məsafəni (metrlə)göstərmək.
-
nəqliyyat vasitəsində sərnişinlərin və yükün düzlüşü ;
-
qarşıdan gələn və eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin mövcudluğu və digər yol hərəkəti iştirakçıları;
-
nəvaxt və hansı məsafədə sürücü maneəni aşkar etmişdir (piyada,nəqliyyat vasitəsi,stolba və b.t.);
-
hadisənin qarşısının alınması üçün sürücü hansı hərəkətləri etmişdir (səs və işıq siqnalının verilməsi,tormozlama,hərəkət istiqamətinin dəyişdirilməsi və s.);
-
YNH baş verəndə və sonra YNH yerində hansı işlər görülmüşdür (nəqliyyat vasitəsi YNH yerindən götürülmüşdür və s.);
-
hadisənin şahidləri var idimi,vardısa onda onların məlumatlarını göstərmək).
Göstərilən yol-nəqliyyat hadisəsi______________markalı_________________dövlət nömrə nişanlı avtomaşının sahibi ________(sahibin S.A.A) AR İXM-nin_____maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir.
Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması__________________(sübutları təqdim etmək) təsdiq olunur.
Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən ______________(S.A.A.) təqsiri ________(inzibati hüquqpozma haqqında qərarı çıxarmış orqanın və ya vəzifəli şəxsin adı) tanınmışdır.
____________(S.A.A.) inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair ____№li,”____”_____20_ci il tarixli qərar qanuni qüvvəyə minmişdir (surəti əlavə olunur).
Yol–nəqliyyat hadisəsi nəticəsində mənim avtomaşınıma_____________(zədə alma xarakterini təsvir etmək) şəkildə ziyan dəymişdir.
_______________(təmir edən təşkilatın adı) tərtib etdiyi kalkulyasiyaya (malın maya və satış qiymətinin hesablanması) uyğun olaraq mənim avtomaşınımın təmir işləri____manata başa gələcək.
Bundan başqa mən öz hesabıma təmir işlərinin aparıldığı vaxtı dəyişməyə aid olan ümumi dəyəri______ manat ehtiyat hissələri və detalları əldə etmişəm (malların qəbzləri əlavə olunur).
____________(təşkilatın adı) ekspertinin “___”_______20___ci il tarixli rəyinə əsasən mənə məxsus avtomaşın yol-nəqliyyat hadisəsi nəticəsində qiymətinin ___% miqdarında əmtəəlik görünüşünü itirmişdir,buda ekspertin rəyinə əsasən____manat təşkil edir.
Ekspertizanın keçirilməsinə və eksprt rəyinin hazırlanmasına tərəfimdən___manat vəsait ödənilmişdir (qəbz əlavə olunur).
______markalı,________dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən______________(S.A.A) təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində mənim əmlakıma bu şəkildə zərər vurlmuşdur:
avtomaşında təmir işlərinin aparılmasının dəyəri______manat;
dəyişməyə aid olan təmir üçün öz hesabıma əldə olunmuş ehtiyat hissələrinin və detalların dəyəri___manat.
mənim avtomaşınımın qiymətinin ___% miqdarında əmtəəlik görünüşünün itirilməsinin dəyəri____manat.
ekspertizanın və ekspert rəyinin hazırlanmasının dəyəri___manat.
Vurulmuş ziyanın ümumi miqdarı_____manat təşkil edir.
AR MM-nin 1097-ci maddəsinə əsasən cavabdeh əmlakıma vurduğu ziyanın əvəzini tam şəkildə ödəməyə borcludur.
Yol–nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə “___”_______20__ci il tarixdə tərəfimdən sifarişli məktub göndərilmişdir.Həmin məktub bugünki günə qədər cavabsız qalmışdır.
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən,
xahiş edirəm:
1.Cavabdeh___________________(S.A.A.) ________manat əmlakıma dəyən zərərin əvəzi mənim xeyrinə tutulsun.
Qoşma:
1.İnzibati xəta haqqında “___”_______20__ci il tarixli qərarın surəti___vərəqə
2.Yol-nəqliyyat hadisəsinin yerinin sxemi_____ vərəqə
3.Yol-nəqliyyat hadisəsində iştirak haqqında arayış____vərəqə
4. İnzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olmasının sübutu ___ vərəqə
5. Avtomaşının təmir dəyərinin kalkulyasiyası ___ vərəqə
6.İddiaçı tərəfindən avtomaşının təmiri üçün əldə etdiyi ehtiyat hissələrinin və detalları alınması haqqında əşya və kassa çekləri___vərəqə
7. Avtomaşının əmtəəlik görünüşünün itirilməsi haqqında ekspertin rəyi ___vərəqə
8. Ekspertizanın və ekspert rəyinin hazırlanması üçün ödənilən vəsaiti təsdiq edən sənəd ___vərəqə
9. Sifarişli məktubun surəti___vərəqə
10.Sifarişli məktubun cavbdehə təqdim olunması barədə qəbz___vərəqə
11. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd_____vərəqə
13.İddia ərizəsinin surəti.
Ərizənin verilmə tarixi: “____”_________20__ci il
İddiaçının imzası
Dostları ilə paylaş: |