--------------------------- Məhkəməsinə
Cavabdeh: --------------------------------------------------------
(Ünvan: ---------------------------------------)
Cavabdeh: ---------------------------------------------------
tərəfindən
----------- şəhər Məhkəməsinin ------------ saylı iş üzrə ----------------- il tarixli qətnaməsindən
APELLYASİYA ŞİKAYƏTİ
Məhkəməyə müraciətin əsasları:
İddiaçı --------------------------- cavabdeh ---------------------------- qarşı “xəsarətlə əlaqədar ziyan pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən həyat yoldaşı olmuş və ---------------- il tarixdən hər ayda aylıq --- ( ----------) manat aylıq pul vəsaitinin ---------------- il ölüm anından -------------- il tarixə qədərki dövr üçün ödəmədiyi ---- (----------) manatın birdəfəlik və ---------- il tarixdən hər ayda aylıq ---- (------------) manat aylıq ödəncin ona cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Mülki işin məhkəmə gedişatında iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək ---------- ildə vəfat etmiş ---------------------- hər ayda ödənilən --- (-----------------) manat aylıq pul vəsaitinin -------------- il ölüm anından ------------- il tarixə qədərki dövr üçün ödənilmədiyi ----- (--------------) manatın birdəfəlik və -------------------- il tarixdən hər ayda aylıq --- (------------------) manat aylıq ödəncin ona cavabdeh təşkilat tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
----------- şəhər məhkəməsinin --------------- saylı, ----------------- il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ------------- ildə vəfat etmiş ----------------- qızına hər ayda ödənilən --- (----------) manat aylıq pul vəsaitinin ------------- il ölüm anından ------------ il tarixə qədərki dövr üçün ödənilmədiyi ---- (-----------) manatın birdəfəlik və ------------- il tarixdən hər ayda aylıq --- (-------------) manat aylıq ödəncin ----------------------- tərəfindən ------------------ oğluna ödənilməsi qət edilmişdir.
Həmin qətnamə --------------- il tarixdə ------------------------- muessisesine daxil olmuşdur.
Aşağıdakılara görə həmin qətnaməni qanunsuz və əsassız hesab edirik.
Maddi və prosessual hüquq normalarının pozulması:
______ şəhər məhkəməsi tərəfindən araşdırma natamam, səthi və birtərəfli aparılaraq maddi hüquq normalarının tətbiqində səhvə yol verilib, bu da nəticədə düzgün olmayan bir qətnamənin qəbul edilməsinə səbəb olub.
Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə baxışı zamanı vermiş olduğu izahatlara əhəmiyyət verməmiş, iddiaçının əsassız dəlillərinə istinad etmiş və bununla da qətnamədə işin hallarına çox səthi yanaşaraq iddia tələbini təmin etmişdir.
Nazirlər Kabinetinin 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailəsinə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği” nin 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.
Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “c” bəndinə əsasən, işəgötürən və işçi birinin digərinə vurduğu ziyana görə o zaman maddi məsuliyyət daşıyır ki, təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olsun.
Əmək Məcəlləsinin 239.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Belə ki, istehsalat qəzası zamanı zərər almış şəxsin ölümünə səbəb həmin istehsalat qəzası olmalıdır. Belə olan halda, zərərin əvəzi təqsirkar müəssisə tərəfindən zərərin əvəzini almaq hüququ olan şəxslərə müavinət şəklində ödənilməlidir. Məhkəmə gedişatı zamanı zərərçəkmişin ölümünün onun düçar olduğu peşə xəstəliyi ilə birbaşa əlaqəsinin olması heç bir şəkildə sübuta yetirilməmişdir.
İddiaçı _______-ci ildə vəfat etmiş ______________________ qızına hər ayda ödənilən ___ (_______) manat aylıq pul vəsaitinin ___________ci il ölüm anından ________-cü il tarixə qədərki dövr üçün ödənilmədiyi ____ (___________) manatın birdəfəlik və __________-cü il tarixdən hər ayda aylıq ___ (__________ ___) manat aylıq ödəncin ona cavabdeh təşkilat tərəfindən ödənilməsi zərərçəkənin ölümü ilə əlaqədar cəmi _____ (__________________________________) manat məbləği tələb edir. Halbuki, iş materiallarında olan _______________ şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ___________ saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, _______________________ qızı _____ -------- ildə işemik insult, hipertoniya səbəbindən -------------- şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında --- № ilə qeyd edilmişdir.
Ölüm haqqında şəhadətnamədən də bəlli olur ki, zərərçəkmişin ölüm səbəbi yanıq xəsarətləri deyil, məhz işemik insult və hipertoniya xəstəlikləridir.
Zərərçəkmişin -------- ildə yanıq xəsarəti almasını və ----------- il tarixdə yəni baş vermiş hadisədən -- il sonra vəfat etməsini nəzərə alsaq, sadəcə məntiqən bunun qeyri-mümkün olduğunu anlamaq elə də çətin olmayacaqdır. İş materiallarından göründüyü kimi məhkəmə işə səthi yanaşmış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş, işin sübut olunmamış hallarına sübut olunmuş kimi qiymət verərək düzgün hüquqi nəticəyə gəlməmiş, hüquq normaları məhkəmə tərəfindən kobudcasına pozmuşdur.
Zərərçəkmiş ----------ci il tarixdən yəni yanıq xəsarəti aldığı dövrdən, ------------ci il vəfat edən tarixə qədər ona hər lazımi yardımlar göstərilmişdir.
İddiaçı ---------------- oğlu məhkəməyə zərərçəkmişin ölümünün məhz zavodda işləyərkən aldığı yanıq xəsarətindən olmasını heç cür sübut edə bilmədiyi halda, ----------- şəhər məhkəməsi ---------------- saylı --------------cü il tarixli qətnaməsində hüquqi məsələlərin müəyyən edilməsi kimi zərərçəkmiş ---------------------- qızının uzunsürən yanıqlar nəticəsində ------------- il tarixdə vəfat etdiyi göstərmişdir. Bəs məhkəmə bunu hansı fakta, sübuta görə müəyyən etmişdir?
Göründüyü kimi, məhkəmə tərəfindən pozuntulara yol verilməsi ilə işə qərəzsiz, obyektiv və ədalətli baxılmayıb və sonda -------------- şəhər məhkəməsi tərəfindən düzgün olmayan qətnamə çıxarılmışdır. Bu da qətnamənin ləğv edilərək, yeni qətnamə çıxarılması üçün əsasdır.
Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
Bununla məhkəmə işin baxılması və həll olunması zamanı maddi və prosessual hüquq normalarına riayət etməmişdir. Məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi məhkəmə sübut etməsinin ayrılmaz hissəsidir və düzgün qiymətləndirilmə qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühim əhəmiyyət kəsb edir. Sübutların qiymətləndirilməsinə, məhkəmə tərəfindən onların aidliyini, mümkünlüyünü, habelə doğruluğunu, tamlığını müəyyən etmək daxildir.
Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Avropa İnsan Hüquqları Konvensiyasının 6.1-ci maddəsində deyilir:
Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Ədalətli araşdırma hüququ məhkəmə araşdırmasının bir çox aspektlərini, o cümlədən məhkəmə qərarlarının əsaslandırılması hüququnu özündə ehtiva edir. Van de Hurk Niderlanda qarşı (19 aprel, 1994) işində məhkəmə bildirmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırmalıdırlar. Həmçinin həmin qərarda bildirilir ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamağına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.
Yuxarıda göstərilən Avropa İnsan Hüquqları Məhkəməsinin adıçəkilən presedentindən də görünür ki, məhkəmələr iş üzrə sübutları hərtərəfli araşdırmalı və bundan sonra ona qiymət verərək, əsaslandırmış qərar çıxarmalıdır.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 27 dekabr 2007-ci qərarında göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın.
Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin.
Buna görə də həmin qətnamə ləğv edilməli və iddiaçının irəli sürdüyü iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 385.1.1 və 386 maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyasından,
XAHİŞ EDİRİK:
----------- şəhər məhkəməsinin -----------------cü il tarixli ------------------- saylı qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edəsiniz.
Əlavə edilir:
1. Apellyasiya şikayətinin surəti - 3 nüsxə;
2. Dövlət rüsumunun ödənilməsinə dair qəbz;
3. Etibarnamənin əsli.
İmza:
Tarix: ___/ ___/ ____-cü il
Dostları ilə paylaş: |