_________________ MƏHKƏMƏSİNƏ
__________________ tərəfindən
V Ə S A T Ə T
(sübutun etibarsız hesab edilməsi haqqında)
İddiaçılar Qumbum Daşyeyənov, Basabas Xoşquliyevə qarşı «Evin giriş-çıxışında hər hansı tikilinin aparılmasının cavabdehə qadağan edilməsi, aparılacaq hər hansı tikintinin şökülməsi və yaradılacaq manelərin aradan qaldırılması» haqqında iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişlər.
Tələblərini əsaslandıran halları müəyyən etmək üçün iddia ərizəsinə “Fərdi yaşayış evinin texniki posportu”nun surətini sübut kimi əlavə edilmişdir.
Lakin, iddiaçıların sübut kimi təqim etdikləri Bakı şəhəri, Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 00.00.20__-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda torpaq sahəsi üzrə eksplikasiyada torpaq sahəsinin həqiqi sahəsinin ölçüsü sənədlə olan sahənin ölçüsündən çox göstərilib. Belə ki, sahənin sənədlə ölçüsü 10000,0 m2 göstərilsə də, həqiqi ölçüsü 90000,0 m2 göstərilib.
Bu isə o deməkdlr ki, iddaçılar Səbail rayon İcra Hakimiyyətinin 00.00.19__-cı il tarixli, _________- saylı sərəncamı ilə olara ayrılmış _____-- hektar torpaq sahəsindən çox ərazini qeyri-qanuni öz torpaq sahələrinə əlavə etmişlər.
Yuxarıda qeyd edilənlərə əsasən, hesab edirik ki, iddaçılar tərəfindən “sübut” kimi təqdim edilən, Bakı şəhəri, Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 00.00.20__-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda qeyri-dəqiq, yanlış rəqəmlər olduğundan məhkəmə tərəfindən sübutlara hüquqi qiymət verilərkən, həmin sənəd sübut kimi qəbul edilməməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, «Hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.»
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, «Məhkəmə sübutlara obyektiv, qərəzsia, hərtərəfli, və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. »
Göstərilənlərə əsaslanaraq, habelə MPM-nin 47, 77.1 və 88-ci maddələrini rəhbər tutub,
XAHİŞ EDİRƏM:
İddaçılar tərəfindən “sübut” kimi təqdim edilən, Bakı şəhəri, Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 00.00.20__-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda qeyri-dəqiq, yanlış rəqəmlər olduğundan məhkəmə tərəfindən sübutlara hüquqi qiymət verilərkən, həmin sənəd sübut kimi qəbul edilməyərək, etibarsız hesab edilsin.
Qoşma:
1. İddaçı üçün bu Vəsatətin surətləri – 2 nüsxə
2. Bakı şəhəri, Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 00.00.20__-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surəti – 1 nüsxə.
Etibarnamə üzrə
nümayəndəsi
İmza: ______________________
Tarix: ____________________
Dostları ilə paylaş: |