Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Yenə əyyami-bahar ərdi, bəzəndi hər diyar,
Qıldı afaqı şükufəylə müzəyyən kirdigar.
Necə naxış etdi, gör, ol nəqqaş san’edən yenə,
Hər dərəxti-xəmdən göstərdi bir ruyi-nigar.
Dövlət onların ki, bu əsnada ola gülzarda,
Bir əlində cami-sağər, bir əlində zülfi-yar.
Gəh yanağından gül ala, gəh ləbindən mül onun,
Gəh miyanını dərağuş edə, gəh busə kənar.
Gül kimi gəldi yenə aləm bəharıyla bu gün,
Surətin kəşf eylədi, gülzara bənzər şəhriyar.
Qəddi-dilcusunu gördü, rəqsə girdi sərvlər,
Ona gərm olub çəməndə ayasın qarsar çinar.
Hər güləndamın həvəsinə meyi-cam iç, yürü,
Arif isən fürsəti fövt etmə bu dəm zinhar.
Dedi Mehri ol gülə: mənciləyin bülbülmü olar?
Dedi kim: mən görürəm gündə sənin kimi həzar.
56
Hərfi-zəl
Məf’ūlu məfā’īlü məfā’īlü fe’ūlün
Bizdən qaçırır hüsnünü dilbər nə qolaysız,
Bülbüldən iraq oldu güli-tər nə qolaysız.
Qəhrin çəkə həddən aşırı aşiqi-sadiq,
Lütfün görə hər cahilü əbtər nə qolaysız.
Min yerdə dilim dəlmiş ikən qəmzəsi tiri,
Çeşmi də ura sinəmə xəncər, nə qolaysız.
Yox yerə dəhanı xəbərin etdi deyü faş,
Düşürdü bizi dillərə ellər, nə qolaysız.
Şirin ləbin əğyara sunar, Mehriyə sunmaz,
Tuti baxa, qarğa yeyə şəkər, nə qolaysız.
57
Məf’ūlü məfā’īlü məfā’īlü fa’ūlün
Məndən çevirir üzünü canan, nə qolaysız,
Meyl etmədiyi quluna sultan, nə qolaysız.
Aşiqlərı bir busəsinə can verə hər dəm,
Əğyarlara ol sarıla üryan, nə qolaysız.
Dərd ol, diriğa, kişinin sevgili yarı,
Yanından iraq olduğu bir an, nə qolaysız.
Saillərinə verməyə heç hüsnü-zəkatın,
Yadlara qıla lütflə ehsan, nə qolaysız.
Buyurmuş ikən asmağa ol yar rəqibi,
Asılmadan ip üzülə, urğan, nə qolaysız.
Öldür isər axır qəmi-hicran səni, Mehri,
Yar etməz isə dərdinə dərman, nə qolaysız.
58
Məf’ūlü məfā’īlü məfā’īlü fa’ūlün
Çün dərdlə ah eyləməyə başlarız biz,
Hər handasa eşq əhlinə yoldaşlarız biz.
Hər qönçələbin yadına əfğanımız artar,
Bülbüllər ilə guya ki, qardaşlarız biz.
Şəm’i-ruhuna ta gecələr sübhədək, ey dost,
Pər yaxmada pərvanəyə yoldaşlarız biz.
Əskilmədi əğyar, nedim, yar eşiyindən,
Ol kəlbi-ləini şu qədər daşlarız biz.
Xublarda vəfa bulammadıq, Mehri, cahanda,
Bir bəxti siyah, taleyi yox başlarız biz.
59
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Hacı-nəbi, bizim Allaha qılıbdır işimiz,
Ki bu hərcayılara uğradı qutsuz başımız.
Qədri bilinməyən aşiqlər üçün həşrə deyin
Döyəlim başımızı daşlara, axsın yaşımız.
Xarı əldən qoyalım, can verəlim gül yoluna,
Haçan isə gedəcəkdir, qoya getsin başımız.
Quru laf ilə cahanı bizə güldürməyəlim,
Sirr ilə işləyəlim hər işi, bitsin işimiz.
Loxma-loxma qoysunlar ətimiz hər dəmdə,
Razıyız tək hər uyuz it yeməsinlər leşimiz.
Düşdə gördüm ki, rəqibi belə rədd eylədi yar,
Anla tə’birimizi, xeyrə dönübdür işimiz.
Dilbərin yoluna, Mehri, dürüşüb cəhd edəlim,
Qalsın ol yolda bizim dırnağımızla dişimiz.
60
Məf’ūlü məfā’īlü məfā’īlü fa’ūlün
Həsrət çəkərəm dərdlə qan etməmək olmaz,
Möhnət belimi dövri-kaman etməmək olmaz.
Göz yaşını qəddin görüb, ey sərvi-rəvanım,
Üz su ilə sən sərvə rəvan etməmək olmaz.
Fəttan gözünün qəsdi dili-can imiş, ey dost,
Tiri-müjənə sinə nişan etməmək olmaz.
Pər yaxmada pərvanə sifət şəm’i-ruhuna,
Eşqin məni ustadi-cahan etməmək olmaz.
Gülşəndə görürsən gülü hər xar ilə, Mehri,
Ta sübhə qədər ahü fəğan etməmək olmaz.
61
Məf’ūlü məfā’īlü məfā’īlü fa’ūlün
Sənsiz, sənəma, cismimə bu canı gərəkməz,
Canım sən imişsən, mana can anı gərəkməz.
Gülzari-xəddinsiz mana, ey canü cahanım,
Firdövs cənanı, güli-xəndanı gərəkməz.
Dişin varkən lö’lö’yi-mərcanı nedərlər,
Lə’lin varkən çeşmeyi-heyvanı gərəkməz.
Dərdin yetər, ey dost, mənəm dərdimə əm-səm,
Dilxəstə ki, cana dəxi dərmanı gərəkməz.
Xəddinlə qəddinü ruhun var ikən, ey dost,
Sərvü, səmənü, lalə vü reyhanı gərəkməz.
«Cananını tərk et dedi, canın gərək isə»,
Mehri dedi: «Cananı gərək, canı gərəkməz».
Öldürməksə, ey dost, rəqibi yetər əlhəqq,
Ol kəlbi-ləinin bir ovuc qanı gərəkməz.
62
Dostları ilə paylaş: |