Sin Sən ruhi-rəvan, ey cani-dil, mərduma can ancaq,
Gülruxlarının şövqü gün kimi əyan ancaq.
Lam Laleyi-xəddini bülbül gülşəndə görüb idi,
Aləmdə güli-tər çox, bu, qönçədəhan ancaq.
Ya Yaylanla hüsnünü hər kim görə der: «Şəha,
Kəndisi dürur qılman, yaylağı sinan ancaq».
Mim Meylim sanadır, xanım, qurban yoluna canım,
Gerçəyi sözümün bu, qeyrisi yalan ancaq.
Əlif İtinlə eşiyində çün hər gecə həmdəmdir,
İzzət isə Mehriyə yetər bu həman ancaq.
Nun Nə vəqti-fərəh, dövrani-aləm bu dəmə heyran,
Min cana dəyər bir an, nə xoşca zaman ancaq.
82
Məfā’īlün məfā’īlün fa’ūlün
Qulaqdan olmuş idik gərçi aşiq,
Bihəmdüllah ki, xoş göstərdi xaliq.
Nə söz söyləndisə haqqında sadiq,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Yaşıl dibayı geymişlər çəmənlər,
Yaxarlar sim qəndil yasəmənlər,
Hər ətrafı gülü, sərvü səmənlər,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Kənarı safi-cuyi-ərğüvanlar,
Axar hər yana da abü rəvanlar,
Dimağa bu bağışlar, cana, canlar,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Havası mötədildir, suyu kövsər,
Dərəxtü narvənlə sərvü ər-ər,
Otu reyhanü sünbül, xaki ənbər,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Bitər dəryası içrə nilufərlər,
Ruhi-zərdi verər eşqdən xəbərlər,
Gülüstanlar, təfərrücgah yerlər,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Yapılmış bir səriri-ali eyvan,
Yaşıl yarpaqlar olmuş ona sayəvan,
İçindədir onun ol şahi-dövran,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Çü şahın beytini mə’mur gördüm,
İçində bərq urur, ol nuru gördüm,
Ona səf bağlamışlar huri, gördüm,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Ki bir xurşid, məh təl’ət cəbindir,
Xəddin kim görsə, der kim, yasəmindir,
Tərəfi kuyi-san, xüldi-bərindir,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Ləbi yadına olmuş gərm lalə,
Durar yekpa, tutar əldə piyalə,
Qurardı üstünə xeyməyi-valə,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Pür olmuşdu gül ilə səhni-gülşən,
Qabağı doldurub tutmuşdu süsən,
Çəmən sultanı güldür, vəchi əhsən,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Düzəltmiş tuti, qumru çənginə çəng,
Nəvada saza tutmuş quşlar ahəng,
Əlinə badə almış lalə, gül rəng,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Tərənnümlər qılırdı onda bülbül,
Səfasından dedi xəndan olub gül,
Sürahi-mül dəmidir, nə təhəmmül,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Qamu əşcar cəm olmuş bu caya,
Fərəhdən hər biri kürs ərdi aya,
Mələk salmış məgər üstünə saya,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Gülə nərgiz durub süzmüş gözünü,
Açılmış qönçələr düzmüş yüzünü,
Budur firdövs bağının güzini,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Çiçəklər vəcdə gəlmiş, eyləmiş cuş,
Kimi sərxoş olmuş, kimisi xamuş,
Bular xoş eşq ayağın eyləmiş nuş,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Əmiri-aşiqan gül bu qərənfil,
Bitər onda bənövşə, nərgizü gül,
Gülə qarşı edər əfğan bülbül,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Əgər ağlın var isə, doğru tut rah,
Varıdır almalı bağçaya hərgah,
Ağaclar sayə salmış sanki hər gah,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Nə dil ilə qılayım təqrir anı,
Deyilməz həşrədək onun bəyanı,
Bulunmaz sərasər gəzsən cahanı,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Yapılmış anda bir şəhanə həmmam,
«Yeni həmmam» derlərmiş ona nam,
Həm olmuş ayü günəş səqfinə cam,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Suyu gülaba bənzər, hövzü vardır,
Malamal olmuş, içi abü güldür,
Diyari-Rum içində şimdi birdir,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Eyü çəkdik bu dövranın cəfasın,
Görəlim barı bir kərrə vəfasın,
Sürəlim imdi zövq ilə səfasın,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Zəhi vəqtü, zəhi zövqü, zəhi dəm,
Fərəhlər gəldi, getdi qüssəyü qəm,
Deyəyim can ilə mən dəxi hər dəm,
Nə xoş yaylaq imiş bu şəhri Ladiq.
Zəhi fərxundə tale bunda hər gah,
Müqim olar bu caya salü ba mah,
Ki keçmiş ömrümüz, heyfa həzar, ah,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Dualar eylə, Mehri, şəhriyara,
Ki onun lütfündən ərdin bu diyara,
Ki gördün gizli gənci aşkara,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
Kərəm kanıdır ol şahlar əmiri,
Ki topraqdan götürdü hər fəqirı,
Xuda olsun, ilahi, dəstgiri,
Nə xoş yaylaq imiş bu şəhri-Ladiq.
83
Dostları ilə paylaş: |