Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə15/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
Hərfi-kəf

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Olmasın əğyar ilə yarı, ilahi, kimsənin,

Artmasın gündən-günə dərd ilə ahı kimsənin.


Gecələr ney kimi nalan eylərəm, gündüz fəğan,

Olmasın mənciləyin halı, ilahi, kimsənin.


Asitanından məni mən’ etmə, naseh, dilbərin,

Kə’bəyə üz sürəcək qalmaz günahı kimsənin.


Zahida, eyb eyləmə, dil verdiyim dilbərlərə,

Olmamaq bunlara olurmu nigahı kimsənin.


Hüsn elinə şah olalıdan yıxar dil şəhrini,

Böylə zalım olmasın heç padişahı kimsənin.


Gah zülfi hail olar ruxlarına, gah xətti,

Qalmasın, Mehri, səhab içində mahı kimsənin.

84
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Oldu həngami-bahar ərdi dəmi gülzarın,

İmdi dil bülbülü ötər dəmidir, gəl, zarın.


Varalım səhni-gülüstanında tamaşa edəlim,

Sərvi-rəftarını salındığını dildarın.


Denə yüz şəbaşəd ola bir ruhi-gül qönçələbə,

Çəkmişiz cövrü cəfasını həzaran xarın.


Sinəmiz dəf qılıban qamətimiz çəng edəlim,

Dinləsin yar məqamatı, nədir ədvarın.


Müddəi olsa cahan xəlqi qamu, bizə nə qəm,

Gər bizimlə ola bir zərrə vəfası yarın.


Daməni-vəsli həbibin hələ girsin əlimə,

Tutmuşam tiği-bəlasına boyun əğyarın.


Gərçi nöqsani-qəzəlsən ləbi-yarı anacaq,

Tutiyi mat edər, ey Mehri, şirin güftarın.

85
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Bu məqamın ismini gərçi demişlər Köniçək,

Dillərə verər həyat abi-rəvanı güniçək.


Gülüstan etmiş bu arayı sərasər növbahar,

Xanə bər xanə müzəyyən eyləmiş rəngin çiçək.


Otu sünbül, xakı ənbər, abı kövsər, xəlqi xub,

Cənnətə bənzətdim onu mən həman dəm göricək.


Ruzi-şəb əlxan edər bülbülləri xoş şövq ilə,

Gül kimi gülər könül, guşə sədası irəcək.


Asitanını ədəb etdik ziyarət etməyə,

Üzümüz sürdük qədəm basdığı yerə girəcək.


Bir əzizin bu məqamıdır, ki, Mehri, sidqlə,

Canü dildən bir mühibbüsən sən onun gerçək.


Muzduna Ağ Şəmsəddinin ver salavat, qıl dua,

Qurtarar üsyandan ol səni, himmət edicək.

86
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Çəkmişəm həddən aşa cövrü cəfasın fələyin,

Görmədim zərrə qədər mehrü vəfasın fələyin,

Sürəmmədim, neyləyiyin, zövqü səfasın fələyin,

Ah əlindən fələyin, dad əlindən fələyin.


Möhnətü, dərdü bəla ilə gözüm yaşlar edər,

Həsrətü, hicrü cəfa ilə dilim başlar edər,

Nedəyin, mana fələk ummadığım işlər edər,

Ah əlindən fələyin, dad əlindən fələyin.


Artırır nalə ilə şamü səhər zarımızı,

Ağladır bizi, nə xoş güldürür əğyarımızı,

Ahü əfğan ilə hər dəm keçirir karımızı,

Ah əlindən fələyin, dad əlindən fələyin.


Həmdəmi-qüssə vü qəm eylədi dövran bizə,

Rəhm edib lütfünü göstərmədi bir an bizə,

Pür edər kasəyi, hər dəm içirir qan bizə,

Ah əlindən fələyin, dad əlindən fələyin.


Hər kimi görsə, onun gül kimi üzünə gülər,

Sonradan xari-cəfa tiğ ilə bağrını dələr,

Nə özü göynər, əsirgər, nə hu, yaşını silər,

Ah əlindən fələyin, dad əlindən fələyin.


Görmədik bir gülü gülşəndə ki, solmaya fələk,

Sanma bir kimsə ki, etdiyini bulmaya fələk,

Bu cahan baqi deyil, sana da qalmaya fələk,

Ah əlindən fələyin, dad əlindən fələyin.


Neçə sə’yimizi yolunda həba eyləsin,

Neçə bir əhlə cəfa, cəhlə vəfa eyləsin,

Mehriyi öldürəcək, kimə cəfa eyləsin?

Ah əlindən fələyin, dad əlindən fələyin.


Gözümüz yaşını döndürdü bizim qanlara,

Bir nəfəs dərdimiz ərgürmədi dərmanlara,

Həsrət etdi bizi uş sevgili cananlara,

Ah əlindən fələyin, dad əlindən fələyin.

87
Məfā’īlün məfā’īlün məfā’īlün məfā’īlün
Həbibim, nəqşi-ruyindən könül oldu müsəvvərlik,

Camalın afitabından cahan doldu münəvvərlik.


Əcəbmi lə’li-nabından sənin yaqut rəng alsa,

Dəhanın nüktəsindən dür bulubdur çün müdəvvərlik.


Əgərçi bu dürur hər dəm Hotənin müşki aləmdə,

Saçın buyindən ərmişdir ona dəxi müəttərlik.


Xuda xəlq etdi aləmdə, vəli gül üzlü dilbərlər,

Sənin zatında cəm’ etmiş gözəllik, tazəlik, tərlik.


Rəqibin laf urub dermiş «anı öldürərəm bir gün»,

Ər isə gəlsin ol namərd, ona göstərəyin ərlik.


Nola meydani-eşqində sənin can oynasa, Mehri,

Gah tiğ oldu ona qəmzən, edər zülfün də çəmbərlik.

88


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin