Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Təpələ, ey rəqib, gəl məni tək,
Damənindən həbibimin əl çək.
Qapısından haçan gedəsən, ah,
Məgər Allah ala səni tezçək.
Məni öldür, rəqibə rəhm et, yar,
Bumudur adətin, eyi, göyçək.
Kimə halım dedimsə, haqqında
Bivəfa derlər idi, həp gerçək.
Mehrini qəmzən etdi qanına qərq,
Dostum, yarasına gəl nəmək ək.
89
Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün
Dil verdim isə sana, ey can, böyləmi gərək?
Hər dəmdə çeşmin eyləyə qan, böyləmi gərək?
Tərk etdin, etməzəm der ikən, mübtəlanı, ah,
Xublar içində əhdü aman böyləmi gərək?
Qövlün mənimlə könlüm alıncamıydı, ey yar?
Döndərəsən üzünü rəvan, böyləmi gərək?
Sən bivəfanı sevdimsə, kafir olmadım,
Nazü, itabü, cövr həman böyləmi gərək?
Biçarə Mehri müştəri ikən qamu ünas,
Bəndə etdi isə sana zaman, böyləmi gərək?
90
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Dedi dilbər: yapayın könlünü sən viranənin,
Mən dedim: can mülkətinə hökmü var cananənin.
Qisseyi-Məcnun ilə Leyliyi bilirdik yaxın,
Halına baxsan, həbibim, bu dili divanənin.
Tutuşur şə’min zəbani, məcmərin köynür özü,
Yandığın gördükcə rüxsarına mən pərvanənin.
Eşqdən fariq olan dillər nə bilsin halını,
Tutuşub hicr atəşiylə gecə-gündüz yananın.
Çün səba peyki gətirdi yar kuyindən əsər,
Müjdəqanı can gərəkdir, Mehri, bu şükranənin.
91
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Ruxların narıyla dil yandı, kəbab oldu ürək,
Çeşminin qəsdi əgər can isə, alsın tezrək.
Yaralar urduqca qəmzən sinəyi-məcruhimə,
Tökməsə seylabi-əşkim barı üstünə nəmək.
Dostum, cövrü cəfadan öldürəm dersən məni,
Dəymə, bir dərdilə ölməz, aşiqəm mən canı bərk.
Xublar zülfi-həvəsinə yelər çoxdur vəli,
Yox dürur amma mənim kimi yelə vermiş əmək.
Qılmadın bir gün həbibin zülfünə həmsər məni,
Neyləyəyim, bu, cahandır, sana da qalmaz fələk.
Canü dildən oldu bir mahruya, Mehri, mübtəla,
Canıdır bir kimsənin kim, adını olmaz demək.
92
Məfā’īlün məfā’īlün məfā’īlün məfā’īlün
Salaldan boynuma halqa kəməndi-zülfi-müşkinin,
Siyah bəxt olmaq oldu karü varı cani-miskinin.
Gözüm yaşını qan etdin, məni biəqlü can etdin,
Vəli mən xəstədən, ey dost, hərgiz kəsmədin kinin.
Rəqiba, məni mən’ etmə nigarın xaki-payindən,
Əgər mən’ edər isən, bil, nə dinin var, nə ayinin.
Ölüncə çünki əl çəkməz könül dildari-mehrindən,
Şəfa verməz mana hərgiz sənin, ey şeyx, təlqinin.
Görəldan Mehri xəddinlə səmən simanı, ey mahru,
Başından çıxdı sevdası gülü sərv ilə nəsrinin.
93
Müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün
Qəmzən xədəngin, yay qaşın ta çəkdi peykanına dək,
Atdı, keçirdi sinədən aşiqlərın canına dək.
Boynuna çeşmi-aşiqin zünnari-zülfün bağladı,
Şimdi görün ol kafiri qəsd eylər imanına dək.
Carub olur kirpiklərim bazara getdikcə həbib,
Sular gözümün yaşları rahını dükkanına dək.
Budur əcəb kim, ol kəman əbrusu tirin atmadan,
Yayına qurban olmağa canım gedər yanına dək.
Getdikcə hər dəm ol sənəm sinəm nişanın atmağa,
Üzüm sürərəm izinə ta oxu meydanına dək.
Tarusu, tarlası sanıb, dolandı kuyinü rəqib,
Bir kəsmə urdum ol donuz ta getdi ormanına dək.
Çün əndəlibisən bu gün gül üzlü yarın Mehriyə,
Varmadı nalan etməyə dilbər gülüstanına dək.
94
Fāilātün fāilātün fāilātün fāilün
Gəl-gəl, ey dilbər ki sənsən təndə canı kəndimin,
Sənin ilə şad olur ruhi-rəvanı kəndimin.
Yediyim dərd, içdiyim qəmdır, ənisim qüssə, yar,
Sənsizin necə keçər, gör, bu zamanı kəndimin.
Dil nə çəkmişdir Züleyxa vəş bəlayi-hicr ilə,
Əlinə girincə sən Yusifi-sani kəndimin.
Qamətim çəng oldu, tən bir qıla döndü rastı,
Eyləyincə ah sən muy miyanı kəndimin.
Dost Məcnun olalı Leyli saçın sevdasına,
Gör nə çıxdı aləmə namü nişanı kəndimin.
Gördüyünə meyl edər dil, əm-səm olmaz, nedim, ah,
Kəndi-kəndimdən gəlir mana ziyanı kəndimin.
Can verə hicrində, Mehri, mehrini tərk etməyə,
Çürüyüb gər xak olursa ustuxanı kəndimin.
95
Dostları ilə paylaş: |