Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə17/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   13   14   15   16   17   18   19   20   ...   42
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilātün
Mətleyi-hüsnün kimi bir bürci-ə’la görmədik,

Mahi-rüxsarın kimi bir şəmsi-qərra görmədik.


Çox cahan gülşənlərin seyr etdik, əmma rastı,

Müntəha qəddin kimi bir sərvi-rə’na görmədik.


Görsələr bu nükteyi-hüsnün Qaraman katibin,

Deyələr kim, Allah, Allah, böylə inşa görmədik.


Sünbüli-gülpuşlar çoxdur cahan mülkündə leyk,

Bu güli-lalən kimi zülfi-səmənsa görmədik.


Heyy edər bir dəmdə min əzmi-rəmim olmuşları,

Haq bilir kim, böylə ənfasi-Məsiha görmədik.


Dil qəribin gərçi bənd etdi həvayi-zülfü, dost,

Ah, kim can qurtarar, biz bundan əsla görmədik.


Gərçi, ey Mehri, cahanda qönçələb məhbublar

Çoxdur, əmma biz bunun manəndi-qəta’ görmədik.

96
Məfā’ilün fə’ilātün məfā’ilün fe’ūlün
Nola, bəyim, kərəmindən bizimlə yar olsan,

Gözəllər içrə nə var, sən bir ixtiyar olsan.


Vəfa qılam demişdin cəfaların çəkənə,

Nazirin olmaz idi, əhdə bərqərar olsan.


Qəminlə sən dəxi bilsən nələr çəkər aşiq,

Bu cövrü etməzdən aşiq talibi-didar olsan.


Bahar fəsliyü gül dövrü, qönçə aləmidir,

Dəmidir imdi, ey dil, sən dəxi həzar olsan.


Cahanda izzü səadət yetərdi Mehri sana,

Ayağı toprağına dilbərin qubar olsan.

97
Məfāīlün məfāīlün məfāīlün məfāīlün
Yenə dil mürğünə danə tökər, nə haldır zülfün,

Məgər can boynuna halqa salar, mühtaldır zülfün.


Qəmər sərvi üzrə çıxmışdır, görünür türrən altında,

Cəmalın gülüstanından əyilmiş daldır zülfün.


Əgərçi çeşmi-xunrizin içər nahaq yerə qanı,

Vəli qətlinə üşşaqın ikən fil-haldır zülfün.


Düzər bir qılda üşşaqı, məgər hüsnün qiyamətdir,

Ki əqlü, dinü dil alır, bəyim, dəccaldır zülfün.


Həvayi-zülfünün Mehri dəxi keçməz həvəsindən

Ki, onu yel kimi yeldirdi neçə mah saldır zülfün.

98
Hərfi-lam

Məf’ūlü fā’ilātün məf’ūlü fā’ilātün
Təhsil oldur ki aşiq mə’şuqa ola vasil,

Hasil budur cahanda, təhsildən nə hasil?


Cuy kənara hər dəm, seyr eylə, ol rəvanə,

Əyyami-növbaharın tez keçər, olma qafil.


Dövlət onun ki, bu dəm ruyi-nigara qarşı,

Nuş edə sağəri-mül, mahtab ola məşail.


Əfsanə ilə, zahid, künci-riyada qalma,

Qəmnakı canü dildən mül dəf edər bəla bil.


Əfğanlar etdiyincə şamü səhərdə hər dəm,

Səhni-çəməndə guş et, billah, nə der bilabil.


Düləb vəş nigarın gördükcə gülüstanda,

Qıl əşki-çeşmin ilə xaki-rəhini pür gil.


Ən’ama gəldik, ey dost, bir busə ver ləbindən,

Məhrum qılma lütf et, şeylillah etsə sail.


Boynuna Mehrinin gəl sal zülfi-ənbərinin,

Divanəyə, bilirsən, lazım dürur səlasil.

99
Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün
Ərz etdi gülşənə yenə rüxsari-yar gül,

Xamuş olma key, saqın, ey mürğizar gül.


Səhra üzünü tut, keçər əyyami-növbahar,

Fövt etmə fürsəti ki, deyil bərqərar gül.


Safi-mey ilə, saqi, gətir cami-sağəri,

Bülbül tərənnüm ilə keçər gül’üzar gül.


Gül mövsümündə gülşənə gəl, eyşi-nuş qıl,

Dəstində dəstə-dəstə tutar hər nigar gül.


Nərgiz gözün xəyalilə sərməst səbzə də,

Qönçə təbəssüm etməyə uş intizar gül.


Dövran baharı bir gün ərər kim, xəzan olar,

Ovraqını qılar, hədər et tari-mar gül.


Ömrünü xoş keçir ki, keçər, Mehri, dövri-gül,

Dersən ki: «hanı bülbül, ya növbahar gül?».

100
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilātün
Getməyə əzm eyləmişsən, ah, şahım, getmə gəl,

Qorxaram kim, sana təsir edə ahım, getmə gəl.


Qılma məhrum xani-vəslindən dili-sailləri,

Asitanındir bu gün puştü-pənahım, getmə gəl.


Gərçi kim, eşqin yolunda cürmü çoxdur aşiqin,

Mən səni sevməkdən özgə yox günahım, getmə gəl.


Çənbərin çərxin yıxar nari-şərarım, dostum,

Aləmi-zülmətdə qoyar dudi-siyahım, getmə gəl.


Taği-əbrunsuz sücud etməz, bilirsən əhli-eşq,

Əhli-islama yazıqdır, qibləgahım, getmə gəl.


Gün camalinlə münəvvər olmuş ikən cani-dil,

Zülməti-qəmdə qoyma Mehrini, mahım, getmə gəl.

101


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin