Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Dedi canan: tərk qıl yolumda can, dedim: bə-çeşm!
Dedi: çeşmim xunidir, tez ol həman, dedim: bə-çeşm!
Dedi: əbruyi-kəmanım atsa qəmzəm tirini,
Sinəni hər dəm ona eylə nişan, dedim: bə-çeşm!
Dedi: sərvi-qəddimin gəlsə xəyalı didənə,
Gözlərin yaşın rəvan eylə rəvan, dedim: bə-çeşm!
Dedi: lə’lim yadına can məclisində ma həzar
Nuş qıl dil sağərindan dolu qan, dedim: bə-çeşm!
Dedi kim: gəl, itlərimdən yad olma bir nəfəs,
Asitanəm guşəsində tut məkan, dedim: bə-çeşm!
Mehriyə bir busə ən’am et dedim, dilbər dedi:
Sən də gəl şükranə təslim eylə can, dedim: bə-çeşm!
114
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Düşmüşəm dərdinə, cana, dərdə dərman istərəm,
Dostum, dərdin yetər, dərdimə dərman istərəm.
Gülüstan hüsnünü dur etmə çeşmimdən, şəha,
Əndəlibəm gül üzün şövqündə, nalan istərəm.
Bu dili-şuridənin taxtında sultan olmağa
Bir sənin kimi üzü gül, bərgi-xəndan istərəm.
Dostum, kuyində mən xara həman izzət yetir,
İtlərinlə bir gecə kuyində mehman istərəm.
Qəmzənin tirinə Mehri sinəsin qıldı nişan,
Qaşların yayına, cana, canı qurban istərəm.
115
Məfā’īlün fə’ilātün məfā’īlün fə’ilün
Ömür vəfa edər ikən, cahanı xoş görəlim,
Bahar fəsli ərincə xəzanı xoş görəlim.
Gətirdi cövri-cəfasın dilə xəyali-həbib,
Bizə həmişə budur ərməğanı, xoş görəlim.
Necə sevəlim onu kim, sevə ol qeyriləri,
Məhəbbəti bizim ilə olanı xoş görəlim.
Rəqibi kəndinə məhrəm edindi, aşiqi yad,
Ol onun ilə xoş olsun, biz onu xoş görəlim.
Nə gül qalar, nə hu bülbül, nə növbaharü xəzan,
Cahan ilə gəl, ey Mehri, bu canı xoş görəlim.
116
Məfā’īlün fə’ilātün məfā’īlün fə’īlün
Gətir, götür mey, saqi, baharı xoş görəlim,
Ərişdi vəqti-şükufə kənarı, xoş görəlim.
Bu gün ki mövsümi-güldür çəməndə bülbül ilə,
Xüruşü nalə qılıb ahü zarı xoş görəlim.
Qoymaz gülün, nedəlim, damənini əldən xar,
Gülün rizası çün barı xarı xoş görəlim.
«Yoluna töhfə gətirdim, bəyim, bu canı» dedim,
Dedi: «Gətir sən əli boşda varı xoş görəlim».
Cahanü canı rəvan et yoluna, Mehri, həbib,
Edəm demiş sana bu etibarı xoş görəlim.
117
Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün
Gördüm üzünü, ahla əfqandan əl yudum,
Sordum ləbini, çeşmeyi-heyvandan əl yudum.
Gözüm görəli sidrə qəddin müntəhasını,
Can gülşənində sərvi-xuramandan əl yudum.
Qəvvas olalı ol sənəmin eşqi-bəhrinə,
Bəhri-mühitə baxdımü ümmandan əl yudum.
Lə’li-ləbinlə dişlərinin vəsfın eşidib,
Haqqa budur ki, dürr ilə mərcandən əl yudum.
«Öldürməsin ikən dəxi qəmzən, de, Mehrini»,
Mən xuni gözlərin görəli, qandan əl yudum.
118
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Gün üzün oldu gözümdən ki, nihan, iki gözüm,
Qaranğu oldu mana uşbu cahan, iki gözüm.
Demədin: «Bu dəxi aşüftələrimdən biridir»,
Sürünürəm yoluna bunca zaman, iki gözüm.
Baği-hüsnündə görüb müddəiyi didələrim,
Oldu qanlı yaşı ilə şadürəvan, iki gözüm.
Gözümün suları hər canibə bağı toplanır,
Hər haçan seyr edəsən sərvi-rəvan iki gözüm.
Gözümə nuru ərişsin, yenə könlümə sürur,
Göreyim gün üzünü bir dəm aman, iki gözüm.
Xubkən eylə vəfa yoluna canlar verənə,
Böylə qalmaz bu gözəllik də həman, iki gözüm.
Mana rəhm etsə gərək yar dedim əğyara,
Mehriyi eyləmə «Billah!» yalan, iki gözüm.
119
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Gör necə dərdə yesir oldun, ey biçarə başım,
Bulmadım, qaldı sənin dərdinə bir çarə, başım.
Toprağın çünki gözün yaşıyla yuğrulmuş əzəl,
Biz ona neyləyəlim, ey üzləri qarə başım.
Bivəfa yara könül verdimü bilməzlik ilə,
Kəndi əlim ilə atdım səni odlara başım.
Vay, əgər güldürə düşmənlərimi yar mana,
Qılalar tə’nə daşıyla səni min parə başım.
Üzümü xak edəyin getdiyi yollara həbib,
Səni həmsər edəyin basdığı daşlara başım.
Görə dursun bu gözüm barı ölüncə üzünü,
Kəfənin boynuna taxıb vara, yalvara başım.
Bilməzəm bəxti-siyahimlə necə ağlıyayın,
Sənin qəmxanələrində yenə avarə başım.
Müddəi nüktələriylə sinəmin qüssələri,
Mehriyi öldürə bir gün, səni qurtara başım.
120
Dostları ilə paylaş: |