Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə22/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   18   19   20   21   22   23   24   25   ...   42
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Dövlət atına süvar olmuş iki simin bədən,

Guyiya xəlqi-cahanə biri candır, biri tən.


Biri İskəndəri-dövran, birisi Heydər şah,

Tiği-qəhrinə buların doyurmu bürci-bədən.


Buların biri mələkdir, biri fəriştə əyan,

Ki tamaşa edər onları ol arada gedən.


Mehri mehrin buların görəmməz, illa ki, rəqib,

Neyləyəlim, kişiyə hər şeyi taledir edən.


Eydi-əzha nə mübarək gündü, gördüm xoş,

Dövlət atına süvar olmuş iki simin bədən.

128
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Düşdüm ayaqlara, əldən qoymadım yar ətəyin,

Gərçi yarım qoymadı bir nəfəs əğyar ətəyin.


Olalı eşq ilə Şirin ləbinin Fərhadı,

Dili-divanə vətən eylədi dağlar ətəyin.


Dəymədim bir gülə, bu taleyi yox başımı gör,

Tutaram bunca zaman oldu ki, gülzar ətəyin.


Mehri, yar istər isən daməni-əğyara yapış,

Gül ələ girməz imiş tutmayınca xar ətəyin.


Öl-diril, ol yaxa suz, ey dil, əgər arifsən,

Xubların qoyma əldən hələ zinhar ətəyin.

129
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Saqiya, söhbəti-kərəm et, qədəhi sun, yürüsün,

Böylə kan məst olalım, aləmi hömrət bürüsün.


İçəlim, durma, məhəbbət ayağın dolu gətir,

Əlbir edib, açalım dəftəri-işrət dürüsün.


Allah aldayı-aldayı şikar eyləyəlim,

Məclisə cəm edəlin gözləri ahu sürüsün.


Xacə vüslət qapısın kimsə çün asan açammaz,

Ömrü nəqdin verəlim, vəsli-yolunda çürüsün.


Qönçələr bəzminə ol zağ rəqibi qoymasın,

Deyəlim gülşəni bülbüllərə hər dəm qorusun.


Siləlim lə’li-meyin ol büti-əyyarələrin,

Bu həsəddən dili ağzında rəqibin qurusun.


Zahida, sana behişt, Mehriyə didar gərək,

Ona məhbubu yetər, sana cənanın hurisin.

130
Məf’ūlü məfā’īlü məfā’īlü fa’ūlün
Eşqin meyini ələ alayınmı? Nə dersən?

Qeyrət kəlimin suya salayınmı? Nə dersən?


Dil saxladığı şişeyi-arı daşa, cana,

Həngamə eşqində çalayınmı? Nə dersən?


Qanlı yaşım, ey dost, sənin rahi-qəmində,

Dil zövrəyi qərq oldu, dalayınmı? Nə dersən?


Tutmazsan əlim lütfin ilə, qaldım ayaqda,

Cana, dəmidir, yoxsa öləyinmi? Nə dersən?


Mehrab qaşın təki durur qibleyi-canım,

Dil qibləsinə səcdə qılayınmı? Nə dersən?


Əskik qoymadın Mehriyə sən cövri-cəfada,

Bir yari-vəfadarı bulayınmı? Nə dersən?

131
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Handa varam saçların kimi kəməndim var ikən,

Halqeyi-zülfün kimi boynumda bəndim var ikən.


Tubaya meyl etməzəm mən, sidrə haqqı, dostum,

Müntəha qəddin kimi sərvi-büləndim var ikən.


Xublar içrə gər şahi-dövransa, mən də ölməzəm,

Əhli-hüsn içrə sənin kimi əfəndim var ikən.


Ləblərin zikri yetər dil tutisinin şəkkəri,

Neylərin qəndi, dəhanım dolu qəndim var ikən.


Dildə qəm, gözümdə nəm, sinəmdə atəş hər zaman,

Kimə derdim yanayın, mən kəndi-kəndim var ikən.


Vəslin istərsən, ey dil, dilbər qəmilə xürrəm ol,

Kimsəyi guş etmə, mənim böylə pəndim var ikən.


Şadam, ol dilbər demiş kim, kimsəyə rəhm etməzəm,

Mehri kimi bir bəlakəş dərdməndim var ikən.

132
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Gülşənə meyl etməzəm, gül kimi yarım var ikən,

Bülbülü guş etməzəm, ah ilə zarım var ikən.


Sərvə baş endərməzəm, tubaya boynum əyməzəm,

Müntəha qəddin kimi rə’na çinarım var ikən.


Canü dil nəqdini canan yoluna xərc eylədim,

Xoş səfa sürdüm cahanda, əldə varım var ikən.


Sinəmin gəncinəsindən əskik olmaz lə’lü dürr,

Müflis olmaz dil, nə qəm, bu əşkbarım var ikən.


Neylərəm mən izzü cahı, ya cahanın rüf’ətin,

İtlər ilə eşiyində e’tibarım var ikən.


Çalmış idim daşa mən namusü arım şişəsin,

Aləm içrə qeyrətim, xəlq içrə arım var ikən.


Mehriyi biixtiyar etmişdin, ey dildari-mən,

Başda əqlimü əlimdə ixtiyarım var ikən.

133


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin