Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Bir təbib oldu bizimlə yenə həmdəm bu gecə,
Dili-bimarımıza eylədi əm-səm bu gecə.
Yaralanmışdı ciyər qəmzəsi peykanlarilə,
Lə’li verdi yenə ol yaraya mərhəm bu gecə.
Ruzigarın ələmin çəkmiş idik xeyli zaman,
Həmdülillah, bizi yar eylədi biqəm bu gecə.
Məclisində sənəmin rahat olub sübhə deyin,
Min səfasıyla keçildi hələ bir dəm bu gecə.
Fürsət əl vermiş ikən busə kənar et yarı,
Daima girməz, ey Mehri, ələ bu dəm, bu gecə.
147
Məf’ūlü məfā’īlü məfā’īlü fə’ūlün
Bilsəm ki, pərimisən, ey can, yoxsa fəriştə,
Min can ilə sevdim səni bir kərrə görüşdə.
Gərçi ki müjən xəncər ilə sinəmi dəldi,
Dil dəxi sənindir, dilər isən məh al iştə.
Tərk eylədim, ey yar, sənin arı yolunda,
Rüsvayi-cahanəm bu gün eşqinlə bil işdə.
Kuyində gəda olalı, ey şahi-cahanım,
Meyl eyləməzəm zərrəcə firdövsü behiştə.
Dilbər dedi: bir busə verəm, can verir isən,
Mehri dedi: bir cana nə minnət, məh al iştə.
148
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Mən umardım gələ bir zülfi-pərişan bu gecə,
Şə’mi-rüxsarına pərvanə qılam can bu gecə.
Nagəhan girdi içəri bir neçə bədru, dedim:
Bundamı saldı Süleyman devi yeksan bu gecə?
Bir bölük asılası gəldi bir araya bu dəm,
Handa buluna əcəb bunlara urğan bu gecə.
Kimi kəldir, kimi kordur, kimi saqat buların,
Kimlərə qıldı müsahib bizi dövran bu gecə.
Şəbi-yelda gecəsi Mehriyə, gör, netdi fələk,
Görməz idi gətirib, eylədi mehman bu gecə.
149
Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün
Bir xoş qəzəl dedim yenə mən xətti-Əhmədə,
Can səfhəsində eylədim onu müsəvvədə.
Yel kimi illər ilə havasında yelmişəm,
Oldum əsir axır o zülfi-mücərrədə.
Çoxdur cahanda cövrü cəfasilə mübtəzəl,
Bulunmaya mənim kimi bir dəxi qəmzədə.
Kuyində gözlərim yaşı ol dənli axdı kim,
Qərq oldu hər hərəmləri dürrü zəbərcədə.
Qanuni-eşq qamətimi eyləmişdi çəng,
Ney etdi cismimi dəxi inlədə-inlədə.
Qəmzəsi canımı çəkişir, çeşmi könlümü,
Əskik deyil çü məstlər arasında ərbədə.
Dana odur ki, xublara, zahid, könül verə,
Nadan odur ki, sevmədi məhbubu dünyədə.
Kimsə cahanda müddəiyə boynun əyməsin,
Möhtac etmə Mehriyi, ya rəb, müxənnətə.
Guya sipərdə ayinələrdır ziya verər,
Tiri-xədəngi qəmzəsi, peykanı sinədə.
150
Məf’ūlü məfā’īlün məf’ūlü məfā’īlün
Bu yari-cəfakarım məhbub idi vaxtında,
Bu gözləri məkkarım xoş-xub idi vaxtında.
Gülruxları idi xəndə, şahlardı buna bəndə,
Şaftalısı türfəndə mərğub idi vaxtında.
Əbrusu kəman idi, seyd etdiyi can idi,
Bir qönçə dəhan idi, mətlub idi vaxtında.
Canlardı buna qurban, baxmazdı üzə bir an,
Aşiqlərı həp qurban, aşub idi vaxtında.
İndi xəttini Mehri gördükcə xəddində der:
Bu yari-cəfakarım, məhbub idi vaxtında.
151
Təxmisi-mərğub
Məfā’īlün məfā’īlün məfā’īlün məfā’īlün
Bu gün bir hüsn şahının üz urdum asitanına,
Ərişdi əndəlibi-dil cəmali-gülüstanına.
Səfalar verdi üşşaqın yenə ruhi-rəvanına,
«Gətirmiş ənbərin halın hümayun zülfü yanına,
Necə şahbazdır, gör, kim, bəy əltər aşyanına».
Yürü bəzmi-xərabata ikən tə’n eyləmə, zahid,
Sən özün qoru, xəlqin günahın ağlama, zahid,
Günahı kimsənin səndən sorulmaz, söyləmə, zahid,
«Şərabi-lə’li-dilbərdən məni mən’ eyləmə, zahid,
Sana nə, hər kişi hər nə edərsə kəndi canına».
Üzün ənvarı şövqündən olubdur zinəti-şə’min,
Ki hər dəm narı nur etmək olur mahiyyəti şə’min,
Dili kəsilmək olmuşdur onun çün adəti şə’min,
«Üzünə bənzərəm dermiş, əcəbdır haləti şə’min,
Baş ortaya qoyub söylər, nə kim gəlsə zəbanına».
Çü gördü nari-hicrində məni yaxdığını, ey can,
Özü köyündü, dağ urdu özünə laleyi-nüman,
Görüb əğyarı yanında gülərəm, zahirən hər an,
«Yanaram bəzmi-şövqündə, gözüm ağlar, könül xəndan,
Həman ol şə’mə döndüm kim, gülər daim ziyanına».
Döşənmiş baği-hüsnündə ruxun üzrə gül övraqın,
Dimağın ənbərin buyi-müəttər qıldı afaqın,
Sürər üzünə-gözünə rəqibin səidü saqın,
«Alır dildarı yanına, söyər ardınca üşşaqın,
Öyünsün düşmən, öyünsün, əgər qalırsa yanına».
Lətafət gülüstanında, bəyim, xəddin dürur tər gül,
Olubdur bərgi-gül üstündə halın daneyi-fülfül,
Haçan bu üz qarasıyla saçına öykünür sünbül,
«Gülün bu arizi-rəngin görüb, aldanma, ey bülbül,
Ki neçə ol sənin kimi qəribin girdi qanına».
Görüb bir xubi-zibayı, ey Mehri, saqın, aldanma,
Olar bu xubluğun labüd zavalı yaxın, aldanma,
Görürsən gündə min kərrə onun əxlaqın, aldanma,
«Üzünə gülsə, bir qaç gün, Nəcati, saqın, aldanma,
Ki gerçəklər inanmadı bu dünyanın yalanına».
152
Dostları ilə paylaş: |