Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə28/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   24   25   26   27   28   29   30   31   ...   42
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Qəmi dəryaya salıb, xürrəm olalım gəmidə,

Baqi qalmaz çü cahan, xoş görəlim bu dəmi də.


Nola çəkdisə gözüm yaşları dəryaya məni, 

Qərqə vermişdi gözüm zövrəyin əvvəl nəmi də.


Ruzgarın ələmilə necə bir ağlayavuz,

Ruzgarın əltə kənara bulavuz həmdəmi də.


Açalım eşq həvəsiylə bu dil yelkənini,

Çəkəlim ləngəri-hicranı, qoyalım qəmi də.


Aşiqə derlər idi: «Səbr gərək, yaxud səfər»,

Bu kəlam haqqı budur, gerçək imiş adəmi də.


Etdi gərçi ki fələk, Mehri, vətəndən səni dur,

Qürbətin xoşca imiş xeyli dilə aləmi də.


Dili-məcruhinə qəm çəkmə ki, bir gün dəm ola,

Bulasan qürbət əlində ona sən mərhəmi də.

165

Məf’ūlü məfa’īlü məfa’īlü fa’ūlün
Qəddin kimi yox sərvi-xuramanlar içində, 

Xəddin kimi yox bərgi-gülüstanlar içində.


Gətirməyəsən mah kimi, ruyi-cahana,

Min il ki, fələk dövr edə dövranlar içində.


Gördü çü gözüm qaməti-dilcuyunu, cana,

Əlminnətilillah yenə bustanlar içində.


Çün hoqqa dəhanın, sənəma, qılsa təbəssüm,

Rövşən görünər lö’leyi-mərcanlar içində.


Lə’lin nola gər təşnələrə versə həyatı,

Min dürlü nihan çeşmeyi-heyvanlar içində.


Xəddin kimi gül bitmədi bir baği-cənanda,

Lə’lin kimi yox lə’li-bədəxşanlar içində.


Üşşaqların cəm edəcək dəftəri-eşqə,

Əvvəl yazılan Mehri ola divanlar içində.


166
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün


Qıl nəsihət, dostum, çeşminə Allah eşqinə,

Bigünah qan etməsin, hey-hey de billah eşqinə.


Ol cəfacu yarıma, ya rəb, sən insaf ver,

Aşiqü sadiq qədəmlər etdiyi ah eşqinə.


Misri-hüsnün Yusifı diltəşnədir bir cür’ə sun,

Lə’lin abından zənəxdanındakı çak eşqinə.


Qalmışam hicrin müğilanında, yol ver aşiqə,

Kə’beyi-vəslinə varan dostum, rah eşqinə.


Dilbəra, çün hər gədaya asitanındır sənəd,

Sürmə qapından məni, bu ali dərgah eşqinə.


Mehriyi cövrünlə, cana, axır öldürsən gərək,

Barı tez öldür, cəfadan qurtar, Allah eşqinə.

167
Məfa’īlün məfa’īlün fə’ūlün
Könül keçməz havadan, Allah-Allah,

Usanmaz dilrübadan, Allah-Allah.


Tünü gün dilbərin kuyinə vardım,

Keçilməz mübtəladan, Allah-Allah.


Yürürlər xublar biganələrlə,

Qaçarlar aşinadan, Allah-Allah.


Rəqibi yad edər lütfilə hər dəm,

Bizi anmaz vəfadan, Allah-Allah.


Dilü can aldı, bilməm dəxi nə istər,

O şahım mən gədadan, Allah-Allah.


Ya vasil et dilbərə, ya lütf et, öldür,

Məni qurtar bəladan, Allah-Allah.


Dəhanına gəlibdir cani-Mehri,

Dəxi ölməz cəfadan, Allah-Allah.

168
Məfa’īlün məfa’īlün fa’ūlün
Könül verəli sən namehribana,

Tərəhhüm qılmadın bir dəm də cana.


Olaldan eşqin ilə can yoldaş,

Ənisim qəm olubdur qüssəxana.


Ayağın öpməyə sən sərvinazin,

Gözümün yaşı olmuşdur rəvana.


Rəqibə lə’li-nabın sun, qoy aşiq –

Ciyər qanını içsin qana-qana.


İçirər çərx əlindən, adətidır –

Kimə şərbət, kimə zəhri zamana.


Düşəldən eşqinin narına Mehri,

Vücudun məhv qıldı yana-yana.

169
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Gör nə üz göstərdi bu zülfi-səmənsalar bizə,

Qoydu min dərdi-qəmi hicr ilə sevdalar bizə.


Xürrəm olsun hər qədəm basdıqca səhralar sizə,

Xaneyi-qəmdə yetər bu ah ilə vahlar bizə.


Çəkmişiz yüz min cəfasın hər cəhətdən gərçi ah,

Etmədi bir dəm vəfa bu xubü rə’nalar bizə.


Düşmüşuz ahü gözün sevdasına Məcnun vəş,

Məskən olmuşdur qamu bu kuhü səhralar bizə.


Para qılsa itlərin cana rəqibi-kafiri,

Olmaz idi dəxi bir vəch ilə qovğalar bizə.


Çarəsi səbr eyləməkdir, Mehri, qəssəmi-əzəl

Böylə yazmış çünki hər vəch ilə inşalar bizə.

170


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin