Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə30/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   26   27   28   29   30   31   32   33   ...   42
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Yenə dil düşdü bu gün bir gözü ahu əliyə,

Ki günəş görsə üzün gedər qüruba geriyə.


Gəlsə ol yar nola külbeyi-əhzanımıza,

Üzüm üstünə qədəm basmağa bu kölgəliyə.


Nola, ol ruhi-rəvanım qoysa ehsanlar edib,

Xaki-payinə üzüm sürməyə bir kərrəliyə.


Qəhri-əğyar ilə bıçaq sümüyə ərmişdi,

Cövri-yar ilə bu gəz keçdi sümükdən iliyə.


Yarı yanımda görüb, xəşm ilə çün baxdı rəqib,

Ol çirpil şəklini döndərdü həmən sirkəliyə.


Rahi-eşqində ömür keçdi mülazimlik ilə,

Ya gəl öldür, ya qəbul eylə məni bəndəliyə.


Bu cahandır, dəm ola, Mehriyə rəhm eyləyə yar,

Dəxi yer qalmaya, əğyar, sana dilgiliyə.

178
Məf’ūlü məfa’īlü məfa’īlü fa’ūlün
Əşcar yenə dürlü şükufəylə donandı,

Eyş eyləyəlim guşeyi-gülşəndə, gəl imdi. 


Sevda bəlirib başda, nola dil də dəlirsə,

Bəs vəqti-bahar ərdi vü ənhar bulandı.


Necə ağlayasan xarü cəfasıyla, ey dil,

Bax qönçələrin hüsnünə, gül kimi gəl imdi.


Gər vəqti-səfa, dövri-baharın günüdir,

Ey dil, dəmidir sən dəxi şövq ilə dol imdi.


Şol dənli fəğan eyləmişəm güllərə qarşı,

Bülbüllərin uyğusu uçub, cümlə oyandı.


Üz sürmək üçün payinə hər sərvi-rəvanın,

Gözüm yaşı Ceyhuni-rəvan, bağı dolandı.


Keçmiş ki, heyf, Mehri, Amasiyyədə ömrün,

Kostantinədə, aqil isən, getmə, qal imdi.

179

Məfa’īlün fə’ilātün məfa’īlün fə’ilün

Əgərçi yazammadım hüsnünün kitabətini,

Vəleyk çox oxumuşam cəmalın ayətini.
Mana müfəssəri eşqin əzəldə bildirdi –

Ləbin ibarətini, gör, haqqın hidayətini.


Əgərçi müşkil idi, leyk canda hifz etdim,

Saçın məsailıyilə üzün həvasətini.


Cəmalın adına xütbə oxur könül hər dəm,

Kim etdi imdi cahanda bunun xitabətini.


Qoy zülfi-qissəsin, oxu cəmali-müshəfini,

Götürmək istər isən canü dil zəlalətini.


Miyəssər ola görməmmi həbibimin bir gün,

Cəfası tərkiylə cövrünün nəhayətini.


Məni «öş-öş» ilə əylər, rəqibi busə ilə,

Ona inayətini, gör, mana nəzakətini.


Kişiyə zülm, bəyim, padişahı eyləyəcək,

Kimin qapısına varıb edər şikayətini.


Cəfaların qəmiylə cövrünün risaləsini,

Oxumayan nə bilər Mehrinin hekayətini.

180
Məfa’īlün fə’ilātün məfa’īlün fə’ilün
Etmədi vəsli-məta’ına o can yarlığı,

Dil verib, eyləmişiz gərçi xiridarlığı.


Niçün, ey dost, bu əfğanıma guş eyləmədin,

Bülbülün xoşmu gələr, yoxsa gülə zarlığı.


Bülbül ağlar gül üçün, xar miyanını quçar, 

Verməsin kimsələrə dünyada naçarlığı.


Üzünə gəldiyi çün şişlərə sancar gülü xar,

Nedəlim, ol hu qoymaz handasa əğyarlığı.


Mehri-dilxəstədən, ey dost, çevirmə üzünü,

Gəl unutma, sənəma, əski vəfadarlığı.

181
Məf’ūlü məfa’īlü məfa’īlü fa’ūlün
Əğyar ilə yar oldu vü canan yola getdi,

Tən bunda qalıb, ruhi-rəvanım belə getdi.


Qəmxanələrində yenə mən ağlayu qaldım,

Rəhm etmədi dilxəstəsinə o, gülə getdi.


Kuyində, həbibim, şu qədər ağlamışam kim,

Qanlı gözümün yaşilə aləm selə getdi.


Ağlayın, gəlin ol aşiqi, ey hal bilənlər,

Canani-həbibi onun iraq elə getdi.


Ey taleyi yox Mehri, həman eylə təhəmmül,

Anca bu həvalara əməyin yelə getdi.

182
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Oldu dil bülbülü bu gülruxi-ziba dəlisi,

Min ola mənciləyin aşiqi-şeyda dəlisi.


Düşdü səhraya, yelər dərd ilə Məcnun könül,

Olalıdan bəri ol saçları Leyla dəlisi.


Gərçi çox o sənəmin eşqinin aşüftələri,

Olmaya mənciləyin bir dəxi rüsva dəlisi.


Gecə-gündüz başını sərv salar gülşəndə,

Məgər olmuş o dəxi, ol qəddi-rə’na dəlisi.


Ol mahın, Mehri, cahan xəlqi də divanəsidir,

Sən səni sanma həman dünyada tənha dəlisi.

183


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin