Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə32/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   28   29   30   31   32   33   34   35   ...   42
Məf’ūlü fā’ilātü məfa’īlü fā’ilün
Bimari-eşqə düşənin olurmu taqəti,

Ey dil, həmişə böylədir eşqin əlaməti.


Hangi dəruni ney kimi nalan etmədi,

Hangi dimağı yaxmadı eşqin hərarəti.
Bu məclis içrə sinəsi kimin dəf olmadı,

Çəng kimi kimin olmadı xəm sərv qaməti.


Bir gün ola ikən dəxi qəm çəkmə xəstə dil,

Dilbər miyəssər ola, bulasan səlaməti.


Hər cövrü, hər cəfayı sana taleyin edər,

Etmə ikəndə, Mehri, fələkdən şikayəti.


Təbilin avazı səmə iraqdan qaba gəlir,

Etsən yey idi sən bu həvadən fərağəti.

189

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün

Cahan içində bir xuba, Güvahi,

Səni haq mübtəla qılsın ilahi.
Ruhi-bağında bülbül vəş həbibin,

Fəğanü nalə ilə eylə ahı.


Taxıb boynuna zülfi-rismanın,

Zənəxdanında qılsın sana çakı.


Yaxıb canın fitilin qəm şəbində,

Oyatsın aləmin bir mehrü mahı.


Ləbi-camı meyindən yad qılsın

Səni məclisdə bir boynu sürahi.


Dəmadəm su yerinə qanın içsin,

Kəmani-əbruların çeşmi-siyahı.


Səri-zülfünə bərdar etsin axır,

Səni bir hüsn elinin padişahı.


Müəyyin uşbu şeiri gər sorarsan,

Nədir dersin Güvahinin günahı.


Ki bir qaç beytin ilə Mehriyi sən,

Neçün yad eyləməzsən gahi-gahi.

190
Məf’ūlü fā’ilātü məfa’īlü fā’ilün
Çoxdur cahanda gərçi gözəllər mənin kimi,

Bir nazənin görmədim əlhəqq sənin kimi.


Qoymam ölüncə əldən ətəyini, dostum,

Buldum səadət isə yetər damənin kimi.


Cana, qapında canla sərdən keçənləriz,

Uyma rəqibə, sürmə bizi düşmənin kimi.


«Dil zülfünə asıldı!» dedim. Dedi «Neyləyin»,

Hər bir qılında min asılıbdır onun kimi.


Dil zülfünü vətən edəli der qamu ünas,

Yoxdur cahanda, Mehri, sənin məskənin kimi.

191
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Çünki göndərdi xuda dövlət ilə raha səni,

Mübtəla qılsın ilahi yenə bir şaha səni.

Qoymayalım hələ var, ahi-səhərgaha səni,

Yürü, şahım, yürü, ismarladım Allaha səni.


Bir zaman şəhri-Amasiyyədə İskəndər idin,

Xızır vəş abi-həyat istəyənə rəhbər idin,

Xublar içrə, sənəma, sən dəxi bir sərvər tək,

Yürü, şahım, yürü, ismarladım Allaha səni.


Varalım kuyinə hər dəmdə fəğanlar edəlim,

Yaşım irmağını hər caya rəvanlar edəlim,

Üzümüz sürüb eşiyində məkanlar edəlim,

Yürü, şahım, yürü, ismarladım Allaha səni.


Hanı ol dəm ki, bizimlə tünü gün həmdəm idin,

Dili-məcruhimızın yarasına mərhəm idin,

Ey mənim bəyciyəzim, sən dəxi bir adəm idin,

Yürü, şahım, yürü, ismarladım Allaha səni.


Səni heyhat ki bir dəxi görüncə gözümüz,

Ahi-zar ilə keçisər gecəmiz-gündüzümüz,

Canımız xülqə ərişincə bu olsun sözümüz,

Yürü, şahım, yürü, ismarladım Allaha səni.


Qaşların yayına hanı ki nişan idi sinə,

Qəmzən oxların atardın dilü can potasına,

Dili-aşüftə unutmaz səni var neçəsinə,

Yürü, şahım, yürü, ismarladım Allaha səni.


Aşina olmuş ikən çün bizi yad etdi fələk,

Yaralar üstünə dağ urdu yenə dərdli ürək,

Qıldı fikrinlə xəyalın bizə ey dost, bələk,

Yürü, şahım, yürü, ismarladım Allaha səni.


Baği-hüsnünə xəzan erməsin, ey laləüzar,

Bulunur Mehri kimi sana, nə qəm, gündə həzar.

Dostu yad etmək imiş adətiniz axır kar,

Yürü, şahım, yürü, ismarladım Allaha səni.

192
Məf’ūlü məfa’īlü məfa’īlü fa’ūlün
Xəddin görüləndən güli-xəndan unuduldu,

Xəttin erəli sünbüli-reyhan unuduldu.


Cana, bu cahan içrə gözəllikdə cəmalın,

Məşhur olalı Yusifi-Kən’an unuduldu.


Çəkdi ləbinin həsrətlə sinəsinə dağ,

Dağlara düşüb laleyi-nüman unuduldu.


Məxmuri-gözün gülşəni-hüsnündə görəldən,

Hər guşədə bu nərgizi-məstan unuduldu.


Əhd etmiş idin Mehriyi öldürməyə, cana,

Bənzər, bəyim, ol əhdlə peyman unuduldu.

193


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin