Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə33/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   29   30   31   32   33   34   35   36   ...   42
Məf’ūlü məfa’īlü məfa’īlü fa’ūlün

Məf’ūlü fa’ūlün
Xərc et der isən eşqim üçün ömürlə canı,

Olsun, bəyim, olsun.

Tərk et der isən eşqim üçün iki cahanı,

Olsun, bəyim, olsun.


Qəddim var ikən qamətini baği-cahanda,

Hər səhni-çəməndə,

Zinhar, görüb anma, saqın, sərvi-rəvanı,

Olsun, bəyim, olsun.


Bülbül kimi sən zarlüq ü xari-cəfada,

Gülzari-cahanda,

Gördükcə bu mən xəddi-güli qönçə dəhanı,

Olsun, bəyim, olsun.


Sandığını daim sinənin, imdi nişan et,

Bəstə ona can et,

Atdıqca müjəm tirini əbrum kəmanı,

Olsun, bəyim, olsun.


Can lövhəsinə eylə cəmalımı müsəvvər,

Bulsun dilin ənvər,

Ta görsə həsəd edə onun nəqşinə Mani,

Olsun, bəyim, olsun.

Məta’ına gər eşqinin oldunsa xiridar,

Candır baha, al, var,

Issı eylə bu bazarda, heç anma ziyanı,

Olsun, bəyim, olsun.


Əqlü, dilü canın mana vermişdin əzəldə,

Neylər dəxi sən də,

Tez ver bəri onları, gərəkdir mana onu,

Olsun, bəyim, olsun.


Ol dərdimlə olma dəxi xublara mail,

Ol cövrümə qail,

Məhbubi-cahan gər ola, etmə nigaranı,

Olsun, bəyim, olsun.


Nagah girər isə əlinə daməni-vəslim,

Bir vəqti-şərəfdə,

Sür üzünü vü gözün ayağıma rəvanı,

Olsun, bəyim, olsun.


Gərçi bu cahanda bulunar talibə mətlub,

Sevdiyi ola bir xub,

Yad eyləmə eşqimdə dəxi sən o zamanı,

Olsun, bəyim, olsun.


Tükətmiş imiş ömrünü, ey Mehri, gözəllər,

Cövrüylə cahanda,

Şimdən geri eşqimlə mənim gəl ola fani,

Olsun, bəyim, olsun.

194
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Xardan açdım gözüm, nagah qaldırdım səri,

Qarşıda gördüm durur bir mahru dilbəri.


Taleyimə sə’d oldu, yaxud qədrə ərdim, qaliba,

Kim məhəllim içrə gördüm gecə doğmuş Müştəri.


Nur axar gördüm cəmalından əgərçi zahirən,

Kəndisi bənzər müsəlmana, libası kafiri.


Gözümü açıb yumunca oldu çeşmimdən nihan,

Şöylə təşhis etdim onu: ya mələkdir, ya pəri.


Ərdi çün abi-həyata, Mehri ölməz həşrədək,

Gördü çün zülmət şəbində ol əyan İskəndəri.

195
Məf’ūlü məfa’īlü məfa’īlü fa’ūlün
Xoş ruha qida idi sənəm hüsnü nəvası,

İlla, nedəlim, vardır onun dəxi fənası.


Bir qönçeyi-tər səhni-çəməndə açılınca,

Onunla belə bitməsə min xarü cəfası.


Bülbül necə fəryadü fəğan eyləməsin kim,

Bir həftəliyə həmdəmidir qönçə səfası.


Qürrə olman ikən hüsnünüzə, ey xub sənəmlər,

Gül ömrü kimi tez keçər hüsni-bəqası.


Bu günü bahar isə vü yarını xəzandır,

Kəndinə qalır hər kişinin üzü qarası.


Bu dövr idi sərdəftəri-xuban idi, Mehri,

Şimdi görün uş hər gözəlin oldu gədası.

196

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Dərgahində ol şahın mə’lum olaydım kaş ki,

Xidmətində aqibət məxdum olaydım kaş ki.


Vəsli-cananı müyəssər qılmaz imiş çün fələk,

Bu bəlakəş candan məhrum olaydım kaş ki.


Gülüstanında çün əzhar olmadım mən dostun,

Bustanında piyazü sum olaydım kaş ki.


Ol sənəm yazdıqda üşşaqın vəfa məktubuna,

Mən siyahkar dəxi mərqum olaydım kaş ki.


Kə’bə kuyində həbibimin təvaf edənlərin,

Ayağı altında topraq-qum olaydım kaş ki.


Köyününcə qəhri-əğyar ilə dil məcmər kimi,

Cövri-yar ilə yanaydım, mum olaydım kaş ki.


Min əzab ilə keçincə bir nəfəs, cana yenə

Canı təslim eyləyib, mərhum olaydım kaş ki.


Tə’ni-nadandan sən, ey zahid, yürü qıl e’tiraz,

Həşrədək mən eşq ilə məzmum olaydım kaş ki.


İtlər ilə həmdəm olaydım, ey Mehri daima,

Dərgahində ol şahın mə’lum olaydım kaş ki.


197
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Dostlar, sanman ki bir lalə’üzar əylər məni,

Xaneyi-qəm içrə hər dəm ahü zar əylər məni.


Gah xəyali-yar həmdəm eylərəm, gahi qəmin,

Möhnətü, dərdü bəla ilə bu kar əylər məni.


Vəsli əylərkən məni dildarımın hər ruzi-şəb,

Şimdi gör halım, xəyali-ruyi-yar əylər məni.


Əylənərmiydi bu canım təndə bir an yarsız,

«Vüslətinə ərgirəm» der, ruzgar əylər məni.


Sineyi-pürsuzuma çeşmim axıdır çeşməsin,

Təşnə dil bulur həyatı, bu pınar əylər məni.


İntizar ilə ərişdi işdə ömrüm axıra,

Və’deyi-vəsli ilə dəxi nigar əylər məni.


Dedilər: lazım dürur üşşaqa səbrü ya səfər,

İmdi, ey Mehri, həman tərki-diyar əylər məni.


Qərqə versəm bəhri-eşqində derəm dil zövrəqin:

Ha sürər məni kənara, ruzgar əylər məni.


198


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin