Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Dost, nazik yar imişsən, böylə bilməzdim səni,
Dil yaxıcı nar imişsən, böylə bilməzdim səni.
Cövr ilə aşiqlərın od yağdırarsan başına,
Xeyli xoş səhhar imişsən, böylə bilməzdim səni.
Gül kimi üzə gülər dediklərincə, dostum,
Şimdi bildim var imişsən, böylə bilməzdim səni.
«Könlün aldım al ilə» derdin xoş, inkar eylədin,
Hey, nə biiqrar imişsən, böylə bilməzdim səni.
Könlü iraqlara vermişsən, dil ilə xoş məni,
Ah, kim, aldar imişsən, böylə bilməzdim səni.
Cümlə aləm xəlqini əğyar edindim, səni yar,
Sən dəxi əğyar imişsən, böylə bilməzdim səni.
Ey ki düşdün, Mehri, hər bir bivəfanın payinə,
Sən dəxi biar imişsən, böylə bilməzdim səni.
199
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Rismani-zülfünə dil ta ki canın bağladı,
Xidmətinə sidqlə təndə miyanın bağladı.
Baği-hüsnündə görüb, dil bülbülünün naləsin,
Əndəliban səhni-gülşəndə zəbanın bağladı.
Satdı eşqin taciri mən bəndəsin hicri-qəmə,
Müddəiyə xoş fərəhlər, ərməğanın bağladı.
Gördülər Leyli saçın bəndində Məcnun könlümü,
Əhli-dillər Leylü vü Məcnun divanın bağladı.
Xununu aşiqlərın çeşmin məgər tökmək dilər,
Nəştəri-müjganına qaşın kəmanın bağladı.
Almadan bir bərg güli-xəddindən ərdi xəttin, ah,
Xarlar ol gül’üzarın çevrə yanın bağladı.
Mehri, şövqi-eşqin içrə ləblərin yad edəcək,
Bu şirin güftarı şəkkərlər dükanın bağladı.
200
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Şöylə təşhis eylədim cananı bayram ertəsi,
Gəlib edər dərdimə dərmanı bayram ertəsi.
Lə’li-nabından şəkərsən busəsinə dilbərin,
Urmaz isəm mən əcəb dəndanı bayram ertəsi.
Arif oldur nazəninləri tərpənincə seyr edib,
Hər kənara eyləyə seyranı bayram ertəsi.
Xubların zülfi-sallancağında canlar sallanır,
Zin olacaq hüsnünün meydanı bayram ertəsi.
Ummasın kim, sallana ol yar ilə eydin rəqib,
Sallanar, hazırdı uş urğanı bayram ertəsi.
Gərçi eydi-vəslinə qurban idi Mehri onun,
Leyk təslim etdi yara canı bayram ertəsi.
Çox mübarək dəmlərə ermişdin, əmma rastı,
Olmaya ol dəm kimi, ah, hanı bayram ertəsi.
201
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Tutdu afaqı sərasər gün cəmalın pərtovu,
Hail olmasa qürub etməzdi zülfün şəbrovu.
Qaşların qövsi-qüzeh kimi kəman almış ələ,
Canlara pərtab atar, cana hilalın pərtovu.
Zində ola eşqin şəhidi həşrədək İlyas vəş,
Buyi-zülfündən səba yaysa nəsimi-İsəvi.
Zərbəti-şəmşirinə taqət gətirməz kimsənə,
Həzrəti-şahzadəyə cəm olsa aləm xosrovu.
Zöhrə çəngin çala çərx içrə yerə çar parəsin,
Məclisi-xas içrə rəqs urarsa, şəha, mövləvi.
Qıl imarət könlümün viranın, ey kani-kərəm,
Möhnətü dərdü bəla ilə yıxılmışdır evi.
Tale, ol şairlərin ki, əş’arının mə’nası var,
Sən aralıqda, ey Mehri, qoy quru sözü-savı.
202
Məf’ūlü fā’ilātü məfa’īlü fā’ilün
Eşqin yolunda hər kim saqındısa arını,
Ta həşr olunca istəyə, bulammaya yarını.
Aşiqmi derəm ona ki, canan yolunda ol
Canü dil ilə verməyə ta ömrü, varını.
Dil əndəlibi, de necə fəryad qılmasın,
Hər xar ilə görür gözü sən gül’üzarını.
Lütfün rəqibə qılar vü üşşaqa cövrünü,
Gör, bu zəmanə xublarının etibarını.
Dövri-ruxunda satmağa tiryək ləblərin,
Dilbər əlinə almış iki zülfi-marını.
Cana verirsə şövqi-ruhunla cahanda can,
Pürnur qıla həşrədək onun məzarını.
Mehri havayi-eşqini əldən qoymaz əgər,
Meydani-eşq içində tikərlərsə darını.
203
Məf’ūlü məfa’īlü məfa’īlü fā’ulün
Eşqin, sənəma, çün yədi-qüdrət dilə yazdı,
Başıma bəlayü, qəmü hicrin belə yazdı.
Sən qönçədəhan gül kimi üzümə gülüncə,
Can bülbülü bu xari-cəfadan ölə yazdı.
Xəddini görüb, qorxaram «ah» etməyə, cana,
Zira bu havadan neçə güllər sola, yazdı.
Hicrində, həbibim, şu qədər ağlamışam kim,
Dil zövrəyi qanlı yaşıma qərq ola yazdı.
«Bir busə ver, öldüm» dedi, Mehri, ona yarı –
Çeşmiylə xəşm etdi, əgərçi gələ yazdı.
204
Dostları ilə paylaş: |