Məf’ūlü fā’ilātü məfa’īlü fā’ilün
Qəmgin dilimdə zar ilə əfğan tükənmədi,
Təmkin gözümdə dərdlə giryan tükənmədi.
Tənnuri-qəmdə atəşi-hicran ilə ciyər –
Büryan olalı, dünyada büryan tükənmədi.
Dərdə dariğ keçdi, günüm intizar ilə,
Ömrüm tükəndi, və’deyi-canan tükənmədi.
Xublar qatında hancaru baxsan rəqibdır,
Aləmdə cövri-var ilə şeytan tükənmədi.
Bir kərrə mübtəlalarıma rəhm edəm desən,
Dünyada, sevdiyim, nola, yalan tükənmədi.
Ən’am eyləsə sailə hüsnün zəkatını,
Şahlar qatında lütf ilə ehsan tükənmədi.
Mehri olalı gülşəni-kuyində əndəlib
Qəmgin dilində naleyü əfğan tükənmədi.
205
Məfa’īlün məfa’īlün məfa’īlün məfa’īlün
Qəmindən xəstə olub dil, qapında yastanır daşı,
Tərəhhüm qıl ki, üşşaqın qatı yasdıqdadır başı.
Qənimət gör, bu dəm ömrü, sarıl bir nazənin ilə,
Cahan əğyardan hali olunca, duymasın naşı.
Keçərkən bəndə oldu dil, həbibim asitanında,
Könül dərban, gözüm səqqa, müjəmdir imdi fərraşı.
Həvayi-lə’li-Şirinin üçün can verdiyim Fərhad,
Görəydi, dostum, hər dəm edəydi əhsənü şabaşı.
Həvayi-eşqə yoldaş ol dilərsən, bulasan vəhdət,
Edinmə kəndinə məhrəm dili-bieşq yoldaşı.
Sənin eşqin həvəsində budur təhsili Mehrinin,
Ciyər büryan vü dil xəstə, axıdar gözləri yaşı.
206
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Getdi əqlim, biləm, ey şahi-cahan, sən gedəli,
Bir nəfəs təndə qərar etmədi can, sən gedəli.
Çünki sən sərvirəvan getdi, həman oldu rəvan,
Əqəbincə gözümün yaşı rəvan, sən gedəli.
Mehrini saxlar idim dildə, gözüm yaşı vəli,
Eylədi sirrimi gün kimi əyan, sən gedəli.
Zikrü təsbehi qoydum şamü səhər əlimdən,
Adını yad edirəm şamü səhər, sən gedəli.
Yalnız şəhr deyildir mana zindan görünən,
Mehrinin gözünə dar oldu cahan, sən gedəli.
207
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Gəl ki səndən budur, ey dost, bu canın diləyi,
Yar, nələr vardır içində, görə dərdli ürəyi.
Həmdülillah ki, müjən tiri ciyərdən keçicək,
Hələ peykanları qaldı, dilə yetər yeləyi.
Rayeqan versələr almam bu cahan xublarını,
Sana can verib alaram, mənə sənsən gərəyi.
Yar ilə xoşdəm idik, ərdi bizə bəd nəzərin,
Çatlaya, [in]şallah, rəqibə iki gözün bəbəyi.
Hərgah yarımdan ayırar məni, ya rəb, dilərəm,
Ömrü az olsunü dünyada tükənsin kəpəyi.
Baş qoşub, zülfünə, Mehri, quru sevdalar ilə,
Yel kimi yeldi yolunda, yelə verdi əməyi.
208
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Kim qucar muyi-miyanını kəmərdən qeyri,
Kim öpər ləblərini sağəri-zərdən qeyri.
Canı yox tərpədə min il ki havasında yelə,
Zülfünün bir qılını badi-səhərdən qeyri.
Yalnız mənmi xiridarınam, ey Zöhrə cəbin,
Gün dəxi müştəridir sana qəmərdən qeyri.
Mehrini can qəfəsində verirəm ruha qida,
Tutuya varmı qida dəxi şəkərdən qeyri.
Cami-lə’lin meyin içirdi rəqibə, nedəlim,
Bizə sunmadı fələk xuni-ciyərdən qeyri.
Ləbi-cananı görüb, diş bilədim, gəldi dedi,
Nəsnə yox, Mehri, ona, umma həcərdən qeyri.
209
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Görünəndən gözümə, cana, cəmalın gülşəni,
Bülbüli-şuridədir ta sübh olunca daməni.
Gülşəni-hüsnünsüz, ey dilbər, gərəkməz cənnəti,
Gərçi var hər guşəsində neçə min gül xərməni.
Canıma qəmzən xədəngin keçdiyin, mən’ eyləmə,
Rahat olsun, dostum, oh, xoşca bulmuş məskəni.
Qılca canilə üz üstünə sürünüb xəstə dil,
Töhfə can əltər tabuna görməyə canım səni.
Dünyayü üqbadə bu izzət yetərdi Mehriyə,
Girsə bir gəz dəstinə onun həbibi-daməni.
210
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Görmədim səndən kərəm, ey bivəfa dildar, hey,
Olmadın bir gün bu mən biçarə ilə yar, hey,
Eylədin cövrünlə aləmdə məni bizar, hey,
Ey cəfacu yar, səndən vaz gəldim, var, hey.
Varmıdır bir dəm məni hicrinlə bimar etmədin,
Rəhm edib bir gün mana lütfünlə tumar etmədin,
Müddəinin sözünə uydun, məni yar etmədin,
Ey cəfacu yar, səndən vaz gəldim, var, hey.
Gülşəni-hüsnündə bülbül kimi nalan eylədim,
Dəymədim bir qönçənə, bunca ki əfğan eylədim,
Aqibət xari-cəfada bağrımı qan eylədim,
Ey cəfacu yar, səndən vaz gəldim, var, hey.
Uydun əğyara, mənimlə bir nəfəs yar olmadın,
Yoluna bunca zamandır canı verdim, bilmədin,
Daməni-vəslinlə bir gün qanlı yaşım silmədin,
Ey cəfacu yar, səndən vaz gəldim, var, hey.
Can içində saxladım mehrin əlif kimi sənin,
Getmədi, bilməm nədir cürmüm, sənin məndə kinin,
Yox idi dinin, bilirdim, imdi getmiş ayinin,
Ey cəfacu yar, səndən vaz gəldim, var, hey.
Yalvarıb min üzr ilə «canım» dedikcə mən sana,
Xəşmlə üzün çevrirdin həman məndən yana,
Lütfünü əğyara eylərdin rəvan, cövrün mana,
Ey cəfacu yar, səndən vaz gəldim, var, hey.
Qoymuş idim eşqinin yoluna mən canü səri,
Olmuş idim asitanan bəndəsinin çakəri,
Bulasan, var, imdi sən də Mehri kimi müştəri,
Ey cəfacu yar, səndən vaz gəldim, var, hey.
211
Dostları ilə paylaş: |