Çar ənasir (dörd ünsür)
Topraq
Çünki mövcud oldu adəm xakdən,
Mehri, mehr umma ikən əflakdən.
Pəs bu dəhri pirə zəni mürdərdir,
Aqil isən göy üzü napakdən.
Su
Çünki əvvəl adəm əsli oldu ab,
Haq kəlamından dedi bizə kitab,
Hər ki gəlmişdir cahanə bisəbat,
Olusar «Ya leytəni küntü türab».
Od
Əslin, ey biçarə adəm, oldu od,
Od olunca, labüd olar onda dud.
Keç cahanın varlığından, fariq ol,
Ta ki narın nur edə sənin vədud.
Yel
Adəmi yeldən yaratdı çün xuda,
Yiylə tanıma ki, olarsan həba.
Qəflət yuxusundan oyan ölmədən,
Mehri, aləm labəqadır, labəqa.
243
«Əlif» əvvəl ol əhəddir bizaval,
Birliyinə yoxdur onun qeylü qal.
«Bi» bəqa oldur cahanda bigüman,
Haq buyurdu: «Küllü mən əleyha fan».
«Ti» Təala Allah yaratdı aləmi,
Onda mövcud etdi cümlə adəmi.
«Sə» sürəyyadan sərayadək nə var,
Onun əmri ilə oldu aşikar.
«Cim» cahanı yox ikən var eylədi,
Birliyinə mömin iqrar eylədi.
«Ha» həyat oldur verən ölmüşlərə,
Dəstgir oldur qamu qalmışlara.
«Xi» xeyr-şər nə kim, işlərsən sən iş,
Onun əmrinsiz olunmaz min duruş.
«Dal» dövlət bulmaq istərsən, ey qul,
Əmrilə ol padişahın hər dəm ol.
«Zal» zəlilü xar olar əmrin siyan,
Aqibət məhrum olar nəfsə uyan.
«Ri» rahin gözlə, gümra olmagil,
Qıl həzər iblisə, həmra olmagil.
«Zi» zinhar ol zəlalətdan bəri,
Bulmaq istərsən behişt içrə yeri.
«Sin» səni döyüb, sonuna qıl dua,
Ta şəfiq ola rəsuli-kibriya.
«Şin» şəfiq olmaq dilərsən gər rəsul,
Elmi-tövhid ilə daim yoldaş ol.
«Sad» sandınmı cahanı bərqərar?
Bu, fənadır, axır olar tarü mar.
«Zad» zidd ol nəfsin ilə hər nəfəs,
Keçməsin ömrün cahan içrə əbəs.
«Ta» təvaf etmək dilərsən Məkkəyi,
Hər fəqirə xor baxma, de: «iyi».
«Za» zülm adət edinmə kəndivünə,
Zira xeyr etməz sana öndən-sona.
«Eyn» eynindən rəvan et yaşü qan,
Hər nəfəs nəfsin əlindən qıl fəğan.
«Ğəyn» ğəflətdən oyat könül gözün,
Ta görəsən şübhəsiz cənnət üzün.
«Fə» fəna aləmdən eylərsən səfər,
Həzrətə cürm ilə varma, qıl həzər.
«Qaf» qətl et nəfsini, xoş fariq ol,
Kim nə der isə desin, sən sadiq ol.
«Gəf» gər dağlarca eylərsən günah,
Tövbə qılsan, əfv edər onu ilah.
«Lam» likən tövbəni tərk etməgil,
Qəflət yuxusilə qafil yatmagil.
«Mim» Mehri-asiyəm bir rusiyah,
Dərgahinə var umudum, ya ilah.
«Nun» nə dil ilə qılam mədhin bəyan,
Sən şahın mədhində aciz hər lisan.
«Vav» vay mana ki, xeyrim zərrə yox,
Tabuna layiq amal yox, cürm çox.
«Hə» həman, ey həyyi-rəbbülaləmin,
Fəzlinə sığınmışımdır mən həmin.
«La lam əlif» «la» deməzəm nöqsanıma,
Əfvini eylə şəfiq üsyanıma.
«Ya» yaratdın məni, ey rəbbül-ən’am,
Rəhmətini umaram yövmül-qiyam.
244
Dostları ilə paylaş: |