Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə4/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   2   3   4   5   6   7   8   9   ...   42
Hərfi-ba

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Neylədim, netdim, günahım bilməzəm bu mən qərib,

Gördüyüncə üz çevirər, üzümə baxmaz həbib.


Gah ki bir göz ucuyla mərhəba eylərdi yar,

Yenə bənzər ki, araya fitnə buraxdı rəqib.


Can zəif oldu fəraqından, mədəd qıl, dostum,

Xəstədil dərdinə lütf et, gəl, əlac et, ey təbib.


Zülfünün çəngəlinə urma rəqibi xəşm edib,

Hey, bu bir kəlbi-ləindir, tax bunun boynuna ip.


Taleyin yoxdur gözəllərdən, ey Mehri, çarə nə?

Qisməti-ruzi-əzəldə sana bu olmuş nəsib.


8

Hərfi-ta



Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Ol cahan gülzarının rə’na qəzəlxanı dürüst,

Xoş tamam etmiş bu beyti içrə divanı dürüst,

Xətti-reyhan kim dolanmışdır gülüstanı dürüst,

Halədir kim, dövr edibdir mahi-tabanı dürüst.


Can ilə qıldım tamaşa ruyi-cananı dürüst,

Saneyi-qüdrət ki, nəqş etmiş gülüstanı dürüst,

Səhifeyi-xəddində yazmış xətti-reyhanı dürüst,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Qaməti can gülşənində sərviyü ər-ər bağlamış,

Hüsnünün şəmsi cahan bağına ənvər bağlamış,

Ruxlarında kakilin müşkünü ənbər bağlamış,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Qaşları qövsi-fələkdir, surəti bədri-qəmər,

Gün cəmalıdır cahan ruyinə verən nurü fər,

Qaplamışdır dilbərin guya miyanını kəmər,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Cəm olub bir bəzmə gəlmişlər neçə cananələr,

Halqa qurmuş mürği-cana zülfü, tökmüş danələr,

Şəm’i-rüxsarına ol məhruların pərvanələr,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Dövr edər cami-şərabı saqiyi-mehparələr,

Nuş edər eşqi-meyindən aşiqi-biçarələr,

Ol mahı qılmış əhatə, göz açıb səyyarələr,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Can alar çeşmi, dili yağma qılar, hökmi-rəvan,

Leyk qılsa bir nəzər, hüsnü bağışlar cana can,

Der görən onun giribanilə gərdanın həman:

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Şəhri-Amasiyyədə bir xubü rə’na gül’üzar,

Hər tərəfdə canü dildən səd həzar üşşaqı var,

Çerəsində dairə çəkmişdir onun kuhsar,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.


Taleyin sə’d oldu, Mehri, yandı bəxtın əxtəri,

Başına doğdu qəmi-zülmətdə dövlət xavəri,

Ol mələkmənzər qəmər cəhr ilə çərxin çənbəri,

Halədir kim, dövr edibdir, mahi-tabanı dürüst.

9
Məf’ūlü fā’ilātü məf’āīlü fā’ilün
Cana, yetir bu canıma, cövri-cəfalar et,

Zəcr isə cana ancaq ola, gəl vəfalar et.


Möhnətlər ilə qarşına öldükcə aşiqin,

Sən oyna, gül rəqib ilə xoş-xoş səfalar et.


Aşiqlərini bigünah öldürmə, dostum,

Öldür rəqib kafiri, barı qəzalar et.


Lütf eylə, qıl əlac bu gün, ey təbibi-can,

Dil xəstədir fəraqınla, gəl dəvalar et.


Şirin ləb ilə ağzına söymüş, ey Mehri, yar,

Ömrü çox olsun, əl götür, imdi dualar et.

10
Məf’ūlü fā’ilātü məf’āīlü fā’ilün
Düşmən qamu kişiyə rəqib oldu aqibət,

Gör taleyim ki, mana həbib oldu aqibət.


Dil dərdinə dəvalar umarkən verən mənə

Şərbət yerinə zəhri-təbib oldu aqibət.


Lütfü vəfası müddəiyə oldu daima,

Cövrü cəfası mana nəsib oldu aqibət.


Saldı məni qapılara, bietibar edib,

Yanında müddəi yürüdür oldu aqibət.


Çoxdur cahanda dərdü nigar ilə mübtəzəl,

Mehri sənin eşiyində qərib oldu aqibət.

11
Hərfi-se

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Eşq babından mənimlə eylədi ol yar bəhs,

Canla verdim cavabın, etmədi təkrar bəhs.


Müşkülüm həll olmaz idi guşeyi-dərsxanədə,

Etməsəm hüsnün kitabından, şəha, hər var bəhs.


Ey müdərris, çünki sən təhsili-canan etmədin,

Qilü qal içrə qılıb sən eyləmə naçar bəhs.


Müshafi-hüsnünü zülfündən sual etmiş rəqib,

Eyləmək caizmidir Qur’andan küffar bəhs.


Elmi-eşqi biz, ey Mehri, şöylə təhsil eylədik,

Şimdi hər aşiq bizim ilə etməyə qorxar bəhs.


12


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin