Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Dili verdim, yalnız sanma sana can bilədir,
Dil nədir, can dəxi, cana, sana qurban bilədir.
Keçdi, ey qaşı kaman, qəmzən oxu candan ötə,
Dəxi çeşmin necə bir sinəmə müjgan bilədir.
Nedəlim, gözdən iraq oldun isə, dost, yetər,
Çün xəyalın dili-viranıma mehman bilədir.
Görüb ol yarı, mana söyləməsin deyü rəqib,
Müttəsil sayə kimi, gör, necə şeytan bilədir.
Mehri, bülbül kimi əfğanını dildən qoyma kim,
Laleyi-xəddində onun çün güli-xəndan bilədir.
38
Məf’ulü fā’ilātü məfā’īlü fā’ilün
Düşmənlər üstünə sənəmin əl üşürdülər,
Yanlı xəbərlə uş məni gözdən düşürdülər.
Hicr atəşilə dil hud əzəldən kəbab idi,
Sinəmdə yaxdılar, ciyərimdə bişirdilər.
Öldürdüm idi müddəi bir çəlməylə tiz,
Neylərsən, itlər hav-havı ağlım çaşırdılar.
Öldürməsi qəza deyü üşşaq cəm olub,
Kafir rəqibə hər birisi bir daş urdular.
Dərdli ürək, ey Mehri, cəfaya edəydi səbr,
Cövri-zəmanə xubları həddən aşırdılar.
39
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Dedi dilbər: hüsnümün heyranı ol. Dedim: bə-sər!
Dedi: hər dəm eşqimin giryanı ol. Dedim: bə-sər!
Dedi: hüsnüm gülüstanının həzaran dərdlə
Ruzü şəb bülbül kimi nalanı ol. Dedim: bə-sər!
Dedi: Kə’bə quyumun etsən təvafın sidq ilə -
Eydi-vəslimin həman qurbanı ol. Dedim: bə-sər!
Dedi: üz sür, asitanımda durub leylü nəhar,
Sən də xidmətkarımın dərbanı ol. Dedim: bə-sər!
Dedi: ey Mehri, sana canan gərəksə, can ver,
İmdi gəl eşqim yolunda fani ol. Dedim: bə-sər!
40
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Zülfünü, qaşın, qəddin gördüm ki can ondan çıxar,
Bulara can verməyən, əlbəttə, canandan çıxar.
Tiri-qəmzən tutmasın jəngari-qəmdən, dostum,
Ürəyimi yargil, peykamını qandan çıxar.
Bigünah məhbusdur çaki-zənəxdanında dil,
Zülfünə as, qutar, ol miskini zindandan çıxar.
Mən vəfa umduqca, ol birəhm dilbər, ah, kim,
Cövrü həddən aşırar, naz ilə urandan çıxar.
Qəmzəsi düzdü bulub dildə xəyali-xəznəsin,
Dedi: ancaqdır ki, dürlər gənci-virandan çıxar.
Zülfünə baş qoşdı, qəmzən yıxdı dillər şəhrini,
Şimdi fitnə aləmə sən çeşmi-fəttandan çıxar.
Müddəi sözü ilə əldən çıxardım, yarı, ah,
Hər kim şeytana uyar, əlbəttə, imandan çıxar.
Ey bəlakəş Mehri, sən bənzər Bəlayi nəslisən,
Sana daim bivəfalar, qaliba, ondan çıxar.
41
Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün
Şol dilrüba ki, hüsn elinin kəşvəri keçər,
Bir şahdır ol ki, canü könül ləşkəri keçər.
Ol dilrübaya dil necə olmaya müştəri,
Cümlə cahan gözəllərinin sərvəri keçər.
Versə ziya camalı cahanə əcəbmidir?
Ol dilbərin ki, hüsni-camal ənvəri keçər.
Cəllad çeşmi canıma qəsd etmədən həniz,
Dərdli ürəyə qəmzəsinin xəncəri keçər.
Can verəmməz yolumda demə, Mehri, dostum,
Sadiqlərin cahanda bu dəxi, bəri keçər.
42
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Şöylə kim dil xanəsində mehri-canan gizlidir,
Nitəkim canda «əlif», tən içrə həm can gizlidir.
Damənin öp, dövlət istərsən, üzün sür payinə,
Dərdinə ver canın, ey dil, onda dərman gizlidir.
Qaşı «Bismillah» ilə oxi-camali-müshafın,
Küfri-zülfündə, gör, onun neçə iman gizlidir.
Ləblərində dişləri nəzmin görən der: guyiya,
Hoqqayi-yaqut içində dürrü mərcan gizlidir.
Müddəini güldürüb, ağlatmasın den məni yar,
Qərqə verər aləmi, yaşımda tufan gizlidir.
Qəm deyil tutsa xətti-yarın izarı çevrəsin,
Zülmətin içində labüd abi-heyvan gizlidir.
Qəmzəsi oxlarına sinəm nişan olalı, ah,
Yar bilir ürəyimdə neçə peykan gizlidir.
Qüssəsin dildə görüb sordu xəyalı, mən dedim:
«Xeyli müddətdir dərinimdə bu mehman gizlidir».
Aşikarə busə car etdim ləbindən, dedi yar:
«Arif ol, arif qatında lütfü ehsan gizlidir.
Eşq bir sirri-ilahidir, nə bilsin mübtədi,
Həmdülıllah, Mehri, cahildən bu irfan gizlidir.
43
Dostları ilə paylaş: |