Məf’ūlü məfā’īlü məfā’īlü fa’ūlün
Sərrafı da məndən betər avarə olubdur,
Bənzər xəddi-dilbərlərin, qarə olubdur.
Qoy üzləri ağ olmasın ol xizlərin kim,
Üşşaqı qor, ehsanları əğyarə olubdur.
Məsti-meyi-eşq olmuşü gözlərinə gətirmiş,
Əfgar dürur arxası divarə olubdur.
Bir qönçə kim, açılmadan onun bitə xarı,
Şimdən geri buların işi varə olubdur.
Hər badədə canan ləbi yadına, ey Mehri,
Sərrafı da məndən betər avarə olubdur.
44
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Aşiq isən eşq yolunda saxlama namusü ar,
Cəhd edib bu yolda can ver, yoxsa əldən getdi yar.
Fariq olub gər könülsüz istər isən yarını,
Qafil olma ki, həzər qıl, qeyrinin olar nigar.
Aləmi qərq eylər isən, kimsə silməz yaşını,
Sonra gər qan ağlar isən, gündə min kəz zar-zar.
Gülüstanında ikən ol qönçənin fəryad qıl,
Yoxsa yarın gül gedər, qalarsan, ey miskin həzar.
Xar əlindən damənin qurtarmağıçün dilbərin,
Sən dəxi hər gülüstana üz urub yalvar, nə var?
Mərd isən qeyrət dəmidir sür rəqibi hey mədəd,
Daməninə tər gülün yapışmasın sə’y eylə xar.
Bir zaman, Mehri, fələkdə seyr edərdi, şimdi gör,
Bu səbəbdən oldu uş ayaqlar altında qubar.
45
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Gərçi dil məcruhdur, hicrinlə gözdə nəm də var,
Həmdülillah kim, vüsalından ona mərhəm də var.
Dil qəribin nari-hicran gər yaxarsa, qəm yemə,
Sana, ey qanlı yaşım, ahım kimi həmdəm də var.
Tiği-qəhrindən ciyərlər parələndi gərçi, ah,
Atəşi-eşqin yanar sinəmdə guya dəm də var.
Atmasınmı tiri-qəmzəndən kəman əbruların,
Yalnız canım deyil, ona hədəf sinəm də var.
Həmdəm olduqsa həbibə qürrə olma, müddəi,
Bu, cahandır, şadlıq sonunda labüd qəm də var.
Sayeyi-dildarla gərm olma sən aşiqlərə,
Dilbərin lə’li-nabatın dişləmiş adəm də var.
Bu cahan bağında Mehri necə nalan olmasın,
Bir sənin kimi xüsusən qönçələb gülfəm də var.
46
Məfūlü fāilātü məfāīlü fāilün
Göz ilə qəmzəsi sənəmin əlbir etdilər?
Sandıği-sinəm ona nişan edib atdılar.
Əhsən ki, bir xədənglə min para qıldılar,
Can potasını, doğrusu, doğru gözətdilər.
Eşqin yolunda ox kimi doğru gələn şəha,
Namusi-şişələrini çoxdan uşatdılar.
Ömrüm tə’villiyinə yenə sabit dəlildir,
Çün ruxlarında zülfi-sənəmlər uzatdılar.
Öldürməsi mühəqqəq idi dün rəqibi yar,
Kim mane oldu kim, bu gün ipin uzatdılar.
Can şəm’isinə yandığımı dostlar görüb,
Dil məcməri ilə köyünüb belə tütdülər.
Can almaq iləmi qoyalar səni xublar?!
Ey Mehri, qatlan dəxi-dəxi sana netdilər.
47
Məfūlü fāilātü məfāīlü fāilün
Kim var gözəllər içrə cahanda sana yetər,
Yaxud bəlakəş aşiqi-şeyda mana yetər.
Dil hücrəsində hər gecə eşqin mütəvvəlin,
Görməyə can dəlilü tənim boriya yetər.
Zəcr isə həddən aşdı gözüm yaşı başdan,
Cövr isə yetdi canıma, ey dilrüba, yetər.
Qəhrin cahanda mən görürəm, lütfünü rəqib,
Öldürmək isə aşiqi, hey bivəfa yetər.
Üz sürmək ilə izlərinə, oldum aşina -
Kuyində itlərinlə bu mən mübtəla, yetər.
Sən, ey Nəcati, istərsən boriya döşək,
Yar eşiyində Mehriyə bir quru ca yetər.
Bir danə ilə zülfi-kakil mürğün etdi seyd,
Mana cahanda ömrüm olunca qida yetər.
48
Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün
Gördüm ruxunu, zülfi-şəbində nihan yatır,
Sandım səhab içində mahi-asiman yatır.
Hüsnün misalı bir dəxi gəlmişmidir əcəb?
Hər guşəsində bərgi-güli, ərğüvan yatır.
Qılsa vətən əcəbmi bu dil asitanını?
Pəs əndəlib handa görə gülüstan, yatır.
Mən qəməri kimi dost duram sübh olunca, ah,
Ol xoş rəqiblə sarılıb cana-can yatır.
Eşqin meyini nuş edəli, Mehri, dostum -
Getdi, başına gəlmədi ağlı, bican yatır.
49
Dostları ilə paylaş: |