Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə10/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
Məfā’īlün fə’ilātün məfā’ilün fə’ilün
Gözəllər ilə könül gərçi aşinalardır,

Vəleyk hər dəm olardan gələn cəfalardır.

Deməzlər aşiqi gördükcə mübtəlalardır,

Fəğan gözəllər əlindən ki, bivəfalardır.


Əgərçi adətidır xubların çü aşiqə naz,

İkəndə həddən aşırmayıb etsələr hələ az.

Keçirdilər günümüz hər dəm ahla qışü yaz,

Fəğan gözəllər əlindən ki, bivəfalardır.


Cəfaların görə aşiq, vəfalarını əğyar,

Sürər cahanda münafiq səfaların hər var.

Sevəni kəndiləri, sevməyə edərlər ar,

Fəğan gözəllər əlindən ki, bivəfalardır.


Vəfalı gərçi gözəl çox denirdi dövranda,

Biz onu görməmişizdir cahanda bir anda.

Bilimədim buların namı var, nişanı qanda,

Fəğan gözəllər əlindən ki, bivəfalardır.


Ölüncə, Mehri, cahanda bu sirri etmə təbah,

Yaxanı çak edib et gördüyünə dərdlə ah.

Məzarın üzrə bitən həşr olunca deyə giyah,

Fəğan gözəllər əlindən ki, bivəfalardır.

50
Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün
Gah hicri-yarü, gah məni qəmlər öldürür,

Gah vəsli-dilbər ilə keçən dəmlər öldürür.


Düşmən gülər bu halıma, mən ağlaram müdam,

Hey buna canmı qatlanar, adəmlər öldürür.


Xəstə dilə xəyaliydi əm-səm eyləyən,

Müşkil budur ki, şimdi məni əmlər öldürür.


Ağlan, gülün ki, bir gün, eya, dostlar, rəqib,

Əcəl ərişmədən məni dərhəmlər öldürür.


Xari-cəfada, Mehri, ölürsə, nə qəm rəqib,

Ayt, qəbrçi: səni, onu gülfəmlər öldürür.

51
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Ləblərini gördüyümcə, dostum, can imrənər,

Yalnız bir mənmiyəm kafir, müsləman imrənər.


Görəli zülfün şəbində üzünün ənvarını,

Çərx sərgərdan olubdur, mahi-taban imrənər.


Sərvi qəddin nazla seyr etdiyincə bağda,

Hər yana ağzı suyu axar, ona bostan imrənər.


Baği-hüsnündə səba tərpətdiyincə zülfünü,

Qönçələr xəndan olub, zülfünə reyhan imrənər.


Düşmüşəm çaxi-zənəxdanına, gərçi rahətəm,

Həmdülillah, halıma hər əhli-zindan imrənər.


Hoqqayi-yaqut içrə, billah, ol dürdanəyə,

Kim ola can verməyə, ol bəhrə hər kan imrənər.


Dərdini dərdinə dərman edəlidən dilbərin,

Mehrinin hər vəch ilə dərdinə dərman imrənər.

52
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Müshafında hüsnünün, cana, xəttin irabdır,

Surətin üşşaqa came, qaşların mehrabdır.


Asitanına necə üz sürməsin leylü nəhar,

Əhli-eşqin səcdəgahı, qibləsi ol babdır.


Dil şəbi-zülfündə gümrah olmasa olmaz əcəb,

Ey şəhri-xubani-aləm, surətin mahi-tabdır.


Yalnız bir mənmiyəm sən dilrübaya mübtəla?

Canü dildən bu cahan xəlqi sana əhbabdır.


Gözləri yaşın rəvanlar eyləyib, nalan edər,

Mehri hüsnün gülüstanında bu gün tüllabdır.

53
Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün
Nə hüsnüm afitabü, nə xud mah gəncidir,

Nə qaşlarım kəmanü, nə zülfüm nişançıdır.


Böhtanlar eyləmiş bizə rə’na deyü xatib,

Şairlərin bir neçəsi qayəti yalançıdır.


Lə’l ilə busə istəsə bizdən əcəb deyil,

Saqqalı gəlsə hər kişi ellər gülüncüdür.


Şimdən geri məqamı bizim busəmız həman,

İllərlə ürək ağırısı, əshal rəncidir.


Hər asitana üz sürüyüb busə car edər,

Bu bab içində Mehri də səndən dilənçidir.

54
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Hər səhər vaxtında dilbər çün səbaya ru tutar,

Zülfi-buyuyla cahan ətrafını xoş bu tutar.


Bu gözəllər şahını hüsn içrə gördüm nagəhan,

Sərasər dil mülkünü dedim ki, axır bu tutar.


Çeşmi-pür əfsun ilə dillər qoymaz, bənd etmədik,

Sehrlə bənzər cahanı bu iki cadu tutar.


Firqətindən inləsəm, titrər zəminü asiman,

Həsrətindən ağlasam, uşbu cahanı su tutar.


Mehriyə rəhm et bu gün, yoxsa bilirsən, dostum,

Ertədən tiz hüsnünün ayinəsini mu tutar.

55


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin