Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə19/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   15   16   17   18   19   20   21   22   ...   42
Məf’ūlü məfā’īlü məfā’īlü fa’ūlün
Çün bir nəfəs oldum sana mən bəndə ki həmdəm,

Aləmdə neçün pəs çəkərəm ölmək üçün qəm.


Qorxutma məni nari-cəhim ilə, ey naseh,

Ahim şərərindən yanar odlara cəhənnəm.


Öldürsə gərək məni xəyali-ləbin, ey dost,

Bu xəstə dilə qılmaz isən zərrə qədər əm.


Qəmzən nə əcəb ürəyimə yaralar urdu,

Vəslindən ərişdir, mədəd et yaraya məlhəm.


Ey dost, mənim halıma lütf et, nəzər eylə,

Can hülquma ərişdi, haman qaldı vü bir dəm.


Cürmünə baxıb Mehrini dur etmə tabundan,

Olmaz bu cahanda çü günah işləməz adəm.

109

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Həsrətindən surətim zərdi-əyandır lacərəm,

Firqətindən gözlərim yaşı rəvandır lacərəm.


Həmdəmim ahim olubdur, munisim, gözüm yaşı,

Kimsə bilməz halımı, dərdim nihandır lacərəm.


Necə Fərhad olmasın eşqin biyabanında dil,

Gecə-gündüz zikri sən, şirin zəbandır lacərəm.


Çünki sultan oldu dil taxtında eşqin, dilbəra,

Sərbəsər can mülkünə hökmün rəvandır lacərəm.


Ol kəman əbruna canım necə qurban etməyəlim?

Qəmzən oxlarına çün sinəm nişandır lacərəm.


Bəndə dil, cana, tabundan hərgiz azad olmasın

Kim, xəyalın könlümün taxtında xandır lacərəm.


Varisə müşkin saçın buyindən etmişdir güzər

Ki, ol həvayilə səba ənbər-fəşandır lacərəm.


Yıxma könlün aşiqin, uyma rəqibə, dostum,

Çün bilirsən iblisin sözü yalandır lacərəm.


Həmdülillah, bəzmi-hüsnündə həbibim Mehrinin,

Sağəri-çeşmi-ləbin əksilə qandır lacərəm.


110
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Hüsnünün üstündəki ol mah haqqı çün, bəyim,

Canü dildən bəndənəm, mən şah haqqı çün, bəyim,

Hər səhərgah etdiyim bu ah haqqı çün, bəyim,

Sadiqəm yolunda mən, Allah haqqı çün, bəyim.


Qiblə üzündən ölüncə üzümu döndərməzəm,

Versələr bir qılına iki cahanı verməzəm,

Gərçi aylar, illər oldu, mən üzünü görməzəm,

Sadiqəm yolunda mən, Allah haqqı çün, bəyim.


Eylədim səni sevəldən qeyrilərdən dil bəri,

Demədin bir gün ki, hey biçarə miskin, gəl bəri!

Gündə min gəz qəmzən ursa ürəyimə xəncəri,

Sadiqəm yolunda mən, Allah haqqı çün, bəyim.


Döndürürsəm üz üzündən, qiblədən dönsün üzüm,

Səndən ayrıya nəzər qılsa, derəm çıxsın gözüm,

Səni sevəldən, bə hey kafir, sana budur sözüm,

Sadiqəm yolunda mən, Allah haqqı çün, bəyim.


Ey məni Məcnun kimi eşqilə şeyda qılan,

Mən səni sevməkdə gerçək aşiqəm, sanma yalan,

A mənim çox sevdiyim, vallahi-billahi, inan,

Sadiqəm yolunda mən, Allah haqqı çün, bəyim.


Qəmzənin peykamı sinəmdə əyandır, dostum,

Halımız xud gün kimi sana əyandır, dostum,

Yoluna can verirəm bunca zamandır, dostum,

Sadiqəm yolunda mən, Allah haqqı çün, bəyim.


Razıyam, cana, gərək ağlat, gərək güldür məni,

Dönməzəm səndən, gərəkdir gör, gərək öldür məni,

Mehriyəm eşqində dəxi neçə il yeldir məni,

Sadiqəm yolunda mən, Allah haqqı çün, bəyim.

111
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Dəstgir ol mən üftadəyə, ey kani-kərəm,

Ki kərim zat olanın şanıdır ehsan kərəm.


Dərgahın dari-şəfa oldu çü bimarlara,

Səndən erdi qamu dərd əhlinə dərman kərəm. 


Dilü can xəstəsinə lütfün ilə eylə əlac,

Ki ərür sihhətə lütfünlə anı an kərəm.


Ədlin abı nola diltəşnələrə versə həyat,

Ki verir mürdəyə İsa nəfəsin can kərəm.


Haqqa minnət qədəmin basdı üzüm üzrə bu dəm,

Həmdülillah xoş edisər yenə dövran kərəm.


Nur ilə şəhri-Amasiyyəyi mə’mur edəsən,

Yapısar ədlin ilə hər dili-viran kərəm.


Mehri-üftadəyə rəhm et, dəmidir lütf ilə,

Dəstgir ol ona ədlinlə gəl, ey kani-kərəm.

112
Fə’ilātün fə’ilātün fə’ilün
Dili yetir, yaxa, əfəndiciyim,

Canı yetir, yaxa, əfəndiciyim.


Ürəyim yarasına vüslətinin

Mərhəmindən yaxa, əfəndiciyim.


Nə çəkər cövrün ilə xəstə dilim,

Halına bir baxa, əfəndiciyim.


Çoxdan eşq elinə mən bəndə

Vermişəmdir yaxa, əfəndiciyim.


Unudursan bəlalı Mehrini,

Səni qoydum haqqa, əfəndiciyim.

113


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin