Məf’ūlü məfā’īlü məfā’īlü fə’ūlün
Çün pərdəsini kəşf edə gül bülbülə qarşı,
Bülbül dəxi can versə, əcəbmi gülə qarşı.
Tərki-dilü can eylədim, ey dost, rəhində,
Gəh-gəh kərəm et, bas qədəmin o yola qarşı.
Zülfün, sənəma, hər yana canlar qılır əfşan,
Tərpətsə səba zülfünü gər sünbülə qarşı.
Aşiqlərin inlətmə, gəl, ey ruhi-rəvanım,
Səni sevənin üzünə barı gülə qarşı.
Mehrində sənin bir gün, eya məhliqa, ah,
Faş eyliyəsər sirrini Mehri elə qarşı.
141
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Kuyi-canan çün yetər məskən mana şimdən geri,
Yürü, zahid, cənnətini, var sana şimdən geri.
Şö’leyi-yarın cəmaliylə müşərrəf olmuşuz,
İmdi, ey məhvar, qalırsan, qal dana şimdən geri.
Gördü məni, zülfünü dilbər döşünə aldı çün,
Bildim onun meyli var məndən yana şimdən geri.
Lütf ilə canan çıxardı qəm bəlasından məni,
Qüssə çəkməm sarınarsam boriya şimdən geri.
Ruxları bağında keçdi ömrümüz ey-vay ilə,
Umarız şaftalıdan gəh-gəh ona şimdən geri.
Gülüstanda qönçə lə’lin gördü yarın lalə çün,
Dağlara düşüb dedi: «Ya hu» sana şimdən geri.
Mehriyə vəsli həbibinin miyəssər oldu çün,
Yoluna can vermək asandır ona şimdən geri.
142
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Necə zülfü necə mu ənbər geysudur bu,
Var isə sünbülü reyhanə verən budur bu.
Bir nəzərdə necə aşiqlərı Fərhad eylər,
Necə Şirin, necə dilbər, necə mahrudır bu.
Çeşmi salmış dili-zülfi-xəminə duymadı can,
Allah, Allah necə əyyarü, nə cadudur bu.
Sana al etməsin, aldanma, ey dil, qəmzəsinə,
Dilləri seyd edici, gözləri ahudur bu.
Diqqət ilə nəzər etməkdən ona, incəldim,
Bilmədim dəxi miyanmı və yaxud mudur bu.
Der görən ol sənəmi-laləruxu bir-birinə,
Mehri biçarəyi aşüftə qılan budur bu.
143
Hərfi-he
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Atəşi-qəmdə kəbab oldu ciyər dönə-dönə,
Göylərə çıxdı duxanımla şərər dönə-dönə.
Can fəraqınla fitil oldu könül xanəsinə,
Tən xəyalınla fənər oldu, yanar dönə-dönə.
Xaki-payinə üzün sürmək üçün şəmsü qəmər,
Səri-kuyinə gəlir şamü səhər dönə-dönə.
Qaşına bənzəmək üçün sənin, ey Zöhrə cəbin,
Kəndisin tutdu, hilal etdi qəmər dönə-dönə.
Can canbazını gör lə’linə ərişmək üçün,
Rismani-səri-zülfündən enər dönə-dönə.
Düşəli şövqi-xəyalı ləbinin Mehri dilə,
Atəşi-qəmdə kəbab oldu ciyər dönə-dönə.
144
Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün
Əl vermiş idi xoş bizə dövran keçən gecə,
Həmsöhbət idi dilbəri-canan keçən gecə.
Zülmət şəbində qalmış idim xeyli dərd ilə,
Girdi əlimə bir məhi-taban keçən gecə.
Bir dilrübayü hüsn elinin şahı lütf edib,
Olmuşdu mən gədasına mehman keçən gecə.
Dilbər xəyali-şövqü ilə yandı sübhədək,
Bir ayaq üzrə şəm’i-şəbistan keçən gecə.
Zin etmiş idi məclisi hüsnü lətafəti,
Ol xəttü, xalü zülfi-pərişan keçən gecə.
Bir qönçə lə’l şövqünə məstanə gərm olub,
Çak etmiş idi Mehri giriban keçən gecə.
145
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Eylədik yar ilə səhraları seyran bu gecə,
Vacib oldur mana şükranə verəm can bu gecə.
Dövlət atına süvar olmuş idik bir neçə yar,
Bizim olmuş idi başdan-başa meydan bu gecə.
Tiği-qəhr ilə rəqibin iki çaldıq başın,
Əlimizdəydi, bəli, top ilə çovqan bu gecə.
Zahir etdi ruxunu zülfi-sahabın götürüb,
Yarlıq etdi bizimlə məhi-taban bu gecə.
Məst idim eşqi meyindən dəxi bir badə sunub,
Cüreyi-lə’li məni eylədi heyran bu gecə.
Müddəi yarımı mən’ etməyə cəhd etdi, vəli
Azdırammadı, nə dersən, onu şeytan bu gecə.
Aramızdan, şükürilillah ki, əskildi rəqib,
Hələ sər vaxtımıza ermədi hicran bu gecə.
Kə’bə hüsnünü çünkim bizə etdirdi təvaf,
Eylədim min dil ilə canımı qurban bu gecə.
Mahi-zülhiccənin on beş gecəsi xoş şəb idi,
Ki eylədi yar ilə Mehri belə seyran bu gecə.
146
Dostları ilə paylaş: |