Məfa’īlün məfa’īlün fa’ūlün
Könül verdim sana, olmadın agah,
Edərsəm tanqmıdır hər dəmdə səd ah.
Oldur dərdinlə dil avarə hər dəm,
Dil aramım gələ gör halı gah-gah.
Mükəddər halıma olmasa rəhmin,
Ölərəm, sevdiyim, dərdinlə vallah.
Doludur dudi-ahimlə səmalar,
Edərəm ah hər dəm, hər səhərgah.
Könüllə mehrinə kim verməsə dil,
Olarsa tanqmıdır rahında gümrah.
Duadır hər kəlamı sana Mehrin,
Ki dərgahın ona sə’d oldu hər gah.
171
Məf’ūlü fā’ilātü məfa’īlü fā’ilün
Kə’bə üzündə nuru görüb dedi Əhmədə,
Muzduna verəlim salavatı Məhəmmədə.
Etdi hərim kuyini üşşaq dili-məqam,
Babi-salam oldu eşiyi müvəhhədə.
İstər könül ki, kuyini hər dəm təvaf edə,
Didara erər mücəvvir olanlar çü Məkkədə.
Mərvə həqqi-səfasın onun ol bilər həman,
Eşqi yolunda sidqlə qurbani-can edə.
Ehram etdim əynimə eşq libasını,
Yetər cahana cübbə də, cənnət də, hüllə də.
Dil təşnəsinə zəmzəmi-lə’lin erərisə,
Xari-cəfada olmuş idim mən buriyədə.
Mehri, sürəli üzün eşiyinə, dostum,
Qalmadı meyli dəxi cənani-müxəllədə.
172
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Nə cəfa eylədi gör çərx bizim canımıza,
Həsrət etdi bizi hər sevgili yaranımıza.
Ruzgarın biz umardıq ki, vəfasın görəriz,
Vardığınca o bizim diş bilədi qanımıza.
Hanı ol eyşü işrət, hanı ol çəngü rübab,
Ah hər dəmdə salam olsun o dövranımıza.
Görmədən bir dəxi yaran üzünü, ah, əgər –
Ərişə bir gün əcəl dəsti-giribanımıza.
Karımız etdi fələk bülbül vəş zarü fəğan,
Həsrət edəli bizi bu güli-xəndanımıza.
Nə günah etdik ola, çərxi-sitəmkara əcəb
Ki, bizi dur edər ol daima cananımıza.
Əylər idi buların lütfü qərib könlümüzü,
Şimdi kim verə səfa bu dili-viranmıza.
Saldı küffar elinə Allah yaranlarımız,
Neylədi, bu fələyi gör ki, müsəlmanımıza.
Mehri, gər ömr vəfa eylər isə kəsmə ümid,
Gələlər sağlıq ilə bir gün ola yanımıza.
Unudarlarsa bizi dostlar unutsun, nedəlim,
Hələ biz duralım ixlasla imanımıza.
173
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Varmıdır aləmdə bir dilbər cəfakar olmaya,
Hiyleyi-cövrü sütəmkar ilə məkkar olmaya.
Handa olar sünbüllərin mah üzrə dağıtdıqları, dost,
Zülfünün bir qılına yüz min diləfkar olmaya.
Qəmzənin canıma min-min zəxm qıldığın, şəha,
Həzrəti-haq qatına varıcaq inkar olmaya.
Himməti-vücudun xəyalımdan nə tanq olmasa dur,
Lütfi-ehsanın umar, bir mən günahkar olmaya.
Dostum, cəm etsələr aləmdə bitaleləri,
Bir dəxi Mehri kimi bəxti-siyahkar olmaya.
174
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Həmdəm olmasın, ilahi, ahü əfğan kimsəyə,
Məhrəm olmasın cahanda zarü giryan kimsəyə.
Dövri-hüsnündür bu gün sayəndə xoş gör aşiqi,
Baqi qalmaz, dostum, bil kim, bu dövran kimsəyə.
Tiği-qəhrilə dələr çün şərhə-şərhə sinəmi,
Bir nəzər qılsa gözü ucilə canan kimsəyə.
Qorxaram əğyar bir gün yar kuyindən məni
Sürdürə cənnətdən, uymasın bu şeytan kimsəyə.
«Mehrimi tərk eyləmiş Mehri» demişsən, dostum,
Etməgil, billah, nahaq yerə böhtan kimsəyə.
175
Məf’ūlü məfa’īlü məfā’īlü fa’ūlün
Ya rəb, nola halim mənim, ol yar gedərsə,
Həsrətlə qılam neçəyədək zar, gedərsə.
Bülbül kimi qurban olayın xari-cəfada,
Sən ruxları gül, surəti-gülzar gedərsə.
Əhdinə vəfa qılmadı ol yar, nedim, ah,
Qanlar udalım dərdlə hər var gedərsə.
Qoydum mən əlimlə mənim başıma xaki,
Bağrıma basayın daşı, naçar gedərsə.
Tərk eylə səni tərk edəni sən dəxi, Mehri,
Əğyara qoyub səni o biar gedərsə.
176
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Yenə dil düşdü bu gün bir üzi-mehparəsinə,
Lütf edib, rəhm edəmi aşiqi-biçarəsinə.
Əcəba, lə’li-ləbindən yenə əm-səm qılamı
Ürəyimdə görünən qəmzələri yarəsinə.
Yarı mən həmdəm edərdim mana, illa nedəyin,
Müddəi girməsə gər ikimizin arasına.
Eşqi-rahində bulurmu dilü can tərk edici,
Bir mənim kimi cahan içrə dəxi arasına.
Nə qədər cövr edər isən, sənəma, tərk etməz –
Mehri mehrini sənin ta məgər ol varasına.
177
Dostları ilə paylaş: |