Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə31/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   27   28   29   30   31   32   33   34   ...   42
Məf’ūlü məfa’īlü məfa’īlü fa’ūlün
Bir eyi gözəllər gözəli könlümü aldı,

Göz görə mənim başımı qovğalara saldı.


Qurdurdu həman gözlərinə qaşları yayın,

Kirpikləri oxların atıb, bağrımı dəldi.


Öldürməsə güc ilə məni varı ikəndə,

Dərdinə düşəldən bəri mana olan oldu.


Canımı mənim sevgisi odlara yaxaldan,

Ahım tütünü yerlərə vü göylərə doldu.


Könlüm alalı ol mana etdiklərini vah,

Dostlar eşidib ağladı, düşmən qatı güldü.


Ey Mehri, sana yar cəfa etsə, əcəbmi?!

Köçünü çəkər dünyada ancaq səni buldu.

184
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Bizdən oldunsa rəqibin sözilə bizar, hey,

Güc ilə göyçəklik olmaz, neyləyəlim, var, hey.

Əskik olmaz, bu, cahandır aşiqə bir yar, hey,

Mən də səndən vaz gəldim, vaz gəldim, var hey.


Bulunur hey bu cahanda tazə-tazə xublar,

Nazəninlər, xublarü, məhbublarü mərğublar.

Ruyi-aləmdə həman qət’ olmadı mərğublar,

Mən də səndən vaz gəldim, vaz gəldim, var hey.


Bivəfa məhbublara rişxəndə aşiqlər gərək,

Sadiqül-qövl olana yarü müvafiqlər gərək,

Gerçəyi tərk et, yürü, sana münafiqlər gərək,

Mən də səndən vaz gəldim, vaz gəldim, var hey.


Misri-dildə Yusifı candan əziz etdim səni,

Cövr ilə pir eylədin axır Züleyxa vəş məni,

Yar edinmək yox imiş, bildim ki, cilf oğlanı,

Mən də səndən vaz gəldim, vaz gəldim, var hey.


Üzünü görməyə gərçi kim, verərəm canı mən,

Sən dəxi xublarda bir aşiqpərəst idin ikən,

Gördüyüncə məni e’maz edib, iraqlanma sən,

Mən də səndən vaz gəldim, vaz gəldim, var hey.


Gərçi eşqin narına düşəldən etdim xeyli ah,

Dudi-ahım axır etdi gün cəmalını siyah.

Sən gədayi-xub oldun, Mehri eşqə padişah,

Mən də səndən vaz gəldim, vaz gəldim, var hey.

185
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Mən nə rəsmi-kövn ilə mərsum olaydım kaş ki,

Bu cahanə gəlməyib, mə’dum olaydım kaş ki.


Keçdi ömrüm ruzgarın şiddətiylə hər zaman,

Mən bu candan, ah, əzəl məhrum olaydım kaş ki.


İllət ilə, zillət ilə anılıb hər babda,

Sonra izzü naz ilə məddum olaydım kaş ki.


Bülbül olub, kari-dildə hər dəm əfğan olmadan,

Xubidi viranələrdə bum olaydım kaş ki.


Müttəsil qəm xanəsində can əzab ilə keçər,

Ermiyəydim bu günə məhrum olaydım kaş ki.


Bunca mə’lumat ilə məşhur olunca aləmə,

Dürlü məchulat ilə məzmum olaydım kaş ki.


Şimdiki xəlqin qatında tərklikdir etibar,

Keşli tərxanələrində sum olaydım kaş ki.


Handasa naəhlə verirmiş muradını fələk,

Mehri, mən də cəhl ilə mə’lum olaydım kaş ki.

186
Məf’ūlü məfa’īlü məfa’īlü fa’ūlün
Bu xəstə könül dərdinə dərman yetişdi,

Viranə könül təxtinə sultan yetişdi.


Zin etməyə can gülşənin əlminnətülillah,

Ol ruxları gül, saçları reyhan yetişdi.


Dil bülbülü fəryadü fəğan etsə dəmidir,

Bir qönçə dəhan, sərvi-xuraman yetişdi.


Gətirdi səba peyki cila xaki-rəhindən,

Ta gözlərimə kühli-Sifahan yetişdi.


Can rəxtini yağmaladı ol dəmdə xəyalın,

Dil xanəsinə gəldi çü mehman yetişdi.


Şükranə ver, ey Mehri, rəvan yoluna canı,

Şad ol ki, bu gün dövlət ilə xan yetişdi.

187
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Böylə cahanə xub yaratdı xuda səni,

Xub etdi isə, demədi ol pür cəfa səni.


Hüsnün baharı bulmuş ikən rövnəq, ey pəri,

Ərgirmiyə xəzana saqın bəddua səni.


Çoxdur cahanda gərçi sənin mübtəlaların,

Mən bəndə kimi sevmədi bir mübtəla səni.


Hey, kimə qaldı, de, bu gözəllik sana qala,

Cəhd et, həman ki, olmayasan bivəfa səni.


Az et cəfayı aşiqə, göstər vəfa üzün,

Hər əhli-eşq xeyri-duadan ana səni.


Qürrə olma hüsnə, xubluğun əyyamı tez keçər,

Aşiqlər ahın alma, gərəksə sana səni.


Demə bu gün ki hüsn elinin padişahıyam,

Mehri kimi edər fələk ertə gəda səni.

188


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin