-U-
Uçmaq – cənnət, behişt.
Uş – bu.
Uşbu – bu, məhz bu.
-Ü-
Üftadə – düşmüş, yıxılmış, fağır; düçar, mübtəla.
Üqba – axirət, o dünya.
Üqul (təki: əql) – aqillər. Əhli-üqul – ağıl sahibləri, alimlər.
Ülul’əbsar – uzaqgörənlər.
Ülul’əlbab – ağıl sahibləri.
Ümmə(t) – millət, icma; bir peyğəmbərə uyan adamlar
Ünas (təki: nas) – qadınlar, qızlar.
Üyub (təki: eyb) – eyblər.
-V-
Vazeh – açıq, aydın, aşkar.
Vəcd – şadlıq, zövqi-səfa, sevgi.
Vəch – üz, çöhrə, gözəllik.
Vəchvar – gözəl kimi, gözələ bənzər.
Vədud – mehriban, məhrəm. Allahın sifətlərindən biri.
Vəfi – vəfadar, vəfalı, sözünün üstündə duran, əhd-peymanına əməl edən.
Vəli – dost, xudaya yaxın olan; kəramətli, övliya, əziz; lakin, amma, ancaq.
Vəline’mət – yaxşılıq edən, xeyirxah.
Vəliyyül-övliya – vəlilərin vəlisi.
Vəsət – ara, aralıq, orta, mərkəz.
Vəsl – qovuşma, yetmə, birləşmə.
Vəş – bənzər, oxşar. Pərivəş – pəri kimi, məhvəş – ay kimi, tavusvəş – tovuz kimi.
Vird – qızılgül; vird etmə, Qur’an və ya dua oxuma.
Vüsal – qovuşma, yetişmə.
Vüslət – qovuşma, birləşmə.
-Y-
Yağma – talan; Türküstanda yerləşən bir şəhərin adı; bir türk tayfasının adı.
Yarlıqlamaq – günahını örtmək, bağışlamaq.
Yastanmaq – söykənmək.
Yekpa – bir ayaq, bir ayaqlı.
Yelda – ilin ən uzun və qaranlıq gecəsi (müasir təqvimlə dekabrın 21-dən 22-sinə keçən gecə); yarın saçı.
Yen – paltarın qolu.
Yey – yaxşı, bir şeyə nəzərən yaxşı.
Yəd – əl, qol; kömək, yardım. Yədi-beyza – ağ əl (rəvayətə görə, Musa peyğəmbərin qüdrət göstərən ağ əli).
Yövm – gün. Yövmi-qiyam (yovmül-qiyam) – qiyamət günü.
-Z-
Zahid – tərki-dünya, dindar, sufi; qələndər.
Zarü giryan – ağlayıb-inləyən, gözü yaşlı.
Zat – mahiyyət, cövhər; şəxsiyyət. Zati-ə’zəm – böyük şəxsiyyət.
Zəban – dil, söz.
Zəbani – cəhənnəm mələyi.
Zəbər – üst, üstdə. Zirü zəbər – alt-üst, aşağı-yuxarı, böyük-kiçik.
Zəbərcəd – qızıla çalan yaşımtıl rəngli qiymətli daş.
Zəcr – əzab, əziyyət, cövr; məcbur etmə.
Zəfər – qalibiyyət, qələbə.
Zəxm – yara, baş.
Zəifə – gücsüz, aciz, biçarə, çarəsiz; qadın.
Zəlalət – doğru yoldan çıxma; yazıqlıq, əlillik.
Zəlil – yazıq, biçarə, fəqir, zavallı.
Zəmhərir – qışın ən soyuq vaxtı, şaxta.
Zəmin – yer, torpaq, yurd.
Zəmm – birinin eybini göstərmə, həcv etmə.
Zəmzəm – Məkkədə Kə’bənin cənub-şərq tərəfində 24 metr dərinliyində bir quyu. Rəvayətə görə, İbrahim peyğəmbər dövründə, b.e. 2800 il öncə qazılıb.
Zən – qadın; vuran, döyən.
Zəng/jəng – pas, paxır, cəng.
Zənəxdan – çənədə, yanaqda çuxur.
Zər – altın, qızıl. Simü zər – kümüş və qızıl.
Zərrəvəş – zərrə kimi.
Zərrin – qızılı, zərli, qızıldan düzələn.
Zəval – yox olma, batma, göy cisimlərinin batması.
Ziba – gözəl, yaraşıqlı. Ruhi-ziba – gözəl qəlbli.
Zikr – yat salma, yad etmə; dua, vird, tərif.
Zilhiccə – müsəlman təqviminin on ikinci ayı; Qurban ayı, həcc ayı.
Zillət – alçaqlıq, rəzalət, zəhmət, əziyyət; hörmətdən düşmə.
Zimistan – qış, qış fəsli.
Zin – bəzək, zinət.
Zində – diri, canlı.
Zindəgan – yaşayış, həyat.
Zinhar – aman, ehtiyatlı ol,
Zir – alt, aşağı; sazın incə simi, incə kirişi.
Zira – çünki, onun üçün, ona görə.
Ziya – işıq, şö’lə, parlaqlıq.
Zöhrə – Venera, karvanqıran. Zöhrə cəbin – bəxt ulduzu.
Zövrəq – qayıq, gəmi.
Zübab – milçək.
Zühur – peyda olma, üzə çıxma, aşkar olma.
Zülcəlal – (zü - yiyə, cəlal - böyük, şan - şöhrətli) Allahın sifətlərindən biri.
Zülf– saç.
Zülmət – qaranlıq.
Zünub (təki: zənb) – günahlar, təqsirlər, suçlar.
Dostları ilə paylaş: |