İmam həsən Əsgərinin (ə) sağlığında həzrət Mehdi (əc.) ilə görüşənlər
Mö`təmid Abbasi rejiminin təftiş və zorakılığı o həddə çatmışdı ki, İmam Həsən Əsgəri (ə) Mehdini (əc.) tamamilə gizli saxlayırdı. Həmin dövrdə bir qrup inanılmış şəxslərdən savayı heç kəs həzrət Mehdini (əc.) görə bilmirdi. Elə buna görə də o, atasının sağlığında beş il gizli yaşadı. Ancaq buna baxmayaraq, İmam Əsgəri (ə) bə`zən höccəti tamamlamaq üçün bə`zilərinə o həzrətlə görüşməyə icazə verirdi. Bu barədə nəzərinizi bir neçə əhvalata cəlb edirəm.