Mehriban və bağIŞlayan allahin adi iLƏ



Yüklə 1,04 Mb.
səhifə14/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

3. ”Yərhəmukillah!”


İmam Həsən Əsgərinin (ə) kənizlərindən olan Nəsim adlı bir qadın deyir:

“Həzrət Mehdi (əc.) anadan olandan sonra bir gün o həzrətin yanına getdim. Həzrətin yanında asqırarkən O, üzünü mənə tutub, buyurdu:

“Allah sənə rəhm etsin! Bu duanı asqıran şəxsə demək yaxşıdır".

Mən çox xoşhal oldum. Həzrət (əc.) buyurdu:

“Asqırmaq barəsində sənə müjdə verməyimi istəyərsənmi?”

–Bəli-deyə cavab verdim.

O həzrət buyurdu:

Asqırmaq, ölümdən üç gün amanda qalmaq nişanəsidir".


4. Yəqub ibn Mənqusun görüşü.


Yəqub ibn Mənqus deyir:

“Bir dəfə İmam Həsən Əsgərinin (ə) hüzuruna getdim. Həzrət əyləşmişdi. Onun əyləşdiyi yerin sağ tərəfində bir otaq yerləşirdi və otağın qarşısına bir pərdə asılmışdı. İmama (ə) dedim:

“Ey mənim sərvərim! Sizdən sonrakı imam kimdir?”

O, buyurdu:

“Pərdəni yuxarı qaldır".

Pərdəni yuxarı qaldırdıqda, oradan boyu beş qarış həddində olan bir uşaq bayıra çıxdı. Onun təqribən on, ya da səkkiz yaşı olardı və alnı iri, çöhrəsi ağ, gözləri parlaq, qolları qüvvətli idi. Sifətinin sağ tərəfində xalı və başının qabağında kəkili var idi. O, atasının dizi üstündə əyləşdi. İmam Həsən Əsgəri (ə) mənə buyurdu:

”Bu oğlan sizin sahibinizdir".

Sonra uşaq həmin otağa tərəf getmək istədikdə, İmam Həsən Əsgəri (ə) ona buyurdu:

“Get, zühurun üçün müəyyənləşdirilmiş vaxtacan!”

Uşaq otağa daxil oldu və bundan sonra bir daha onu görmədik.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin