Mehriban və bağIŞlayan allahin adi iLƏ



Yüklə 1,04 Mb.
səhifə15/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

Canişinlər


260-cı ildəİmam Həsən Əsgəri (ə) vəfat etdi. Dövrün sıxıntısı və çətin şəraiti həzrət Mehdinin (əc.) gözlərdən qeyb olmasına səbəb oldu. Bu qeybəçəkilmə elə bir halda idi ki, hətta həzrətin yaxın adamları da yalnız nadir hallarda onunla görüşürdülər.

Bir çox rəvayətlərə görə, o həzrətin iki növ qeybə çəkilməyi vardır:

Qısamüddətli qeyb və uzunmüddətli qeyb.

Həzrət Mehdi (əc.) 260-cı ildən 329-cu ilə qədər davam edən qısamüddətli qeybdə xalqla “dörd köməkçilər” adlanan xüsusi nümayəndələrinin vasitəsilə ünsiyyətdə olurdu. Bu naiblərin adı və onların naiblik müddəti bundan ibarətdir:

1) Osman ibn Səid Əmri‒260-cı ildən 300-cü ilədək. O, həmin il vəfat etdi.

2) Məhəmməd ibn Osman‒xüsusi naibliyi atasından sonra öz öhdəsinə aldı, beş il naiblik etdikdən sonra hicri qəməri tarixi ilə 305-ci ildə vəfat etdi.

3) Hüseyn ibn Ruh Növbəxti‒326-cı ilin şaban ayında vəfat etdi. Naiblik məqamı iyirmi bir il müddətində onun öhdəsində qaldı;

4) Əli ibn Məhəmməd Səmuri–o, üç il naiblik etdikdən sonra 329-cu il şaban ayının on beşində vəfat etdi.

Bu minvalla yüksək məqam və elmə malik bu dörd nəfər şəxs, Həzrət Mehdi (əc.) ilə ardıcılları arasında vasitəçilik edirdilər. Onlar qı-samüddətli qeybin yetmiş illik dövrünün işlərini öhdələrinə alıb, xüsusi naibliyin təhlükəli məs`uliyyətini yüksək səviyyədə sona çatdırdılar. Bu dörd naibin şərafətli məqbərələri Mədaində (Bağdadın yaxınlığında) həzrət Salmanın qəbrinin kənarında yerləşir. Qeyd edək ki, bu dörd naibin də hər birinin öz nümayəndələri var idi. Onlar daim şiələrlə təmasda olur, məktubları, sualları və imamın payına düşən əmlakı onlardan alıb, xüsusi naiblərə təhvil verir və yaxud əmlakı onların göstərişi ilə xərcləyirdilər. O nümayəndələrin bə`zilərinin adları belədir: Haciz ibn Yezid Vəşşa; İbrahim ibn Məhziyar; Məhəmməd ibn İbrahim Məhziyar; Əhməd ibn Cəfər Əş`əri Qumi; Məhəmməd ibn Ə`la; Hüseyn ibn Qasim ibn Ə`la; Məhəmməd ibn Şazan.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin