Mehriban və bağIŞlayan allahin adi iLƏ


Nümayəndələrin qorunmasına görə



Yüklə 1,04 Mb.
səhifə22/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

Nümayəndələrin qorunmasına görə


Zaman tağutunun vəziri Übeydullah ibn Süleymana xəbər verdilər ki, həzrət Mehdinin (ə) bir neçə vəkili o həzrətin nümayəndələrinin vasitəsilə imamlara aid malı tərəfdarlarından qəbul edir.

Vəzir qərara gəldi ki, vəkilləri ələ keçirsin. O, bunları xəlifəyə danışarkən xəlifə dedi:

–O şəxsin özünü (həzrət Mehdini) axtarın, görün haradadır?

Süleyman dedi:

–Mənim fikrimcə, casusların bir neçə nəfərinə tapşırıq verək ki, bir miqdar pulu “imam malı” adıyla vəkillərin yanına aparsın və vəkil pulu qəbul edən zaman, dərhal onu ələ keçirsinlər.

Həmin qərarın icrası tə`yin olundu. Müqəddəs nahiyə-dən vəkillərə məktub yetişdi ki, daha heç kimdən “imam malı” almayın.

Casuslar hər tərəfə yayıldılar. Onlardan biri, Məhəm-məd ibn Əhmədin yanına gəlib, xəlvətcə ona dedi:

–”İmam malı” ünvanında bir miqdar pulum var. Onu sizə verim?

Məhəmməd dedi:

–Niyə mənə? Mənim bu işlə nə əlaqəm?

Casus nə qədər hiyləyə əl atsa da, Əhməd özünü bilməzliyə vurdu. Bu minvalla casuslar bir şey əldə edə bilmədilər.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin