Mehriban və bağIŞlayan allahin adi iLƏ


Zühura zəmin yaradan on amil



Yüklə 1,04 Mb.
səhifə30/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

Zühura zəmin yaradan on amil


Bütün amillər içərisində aşağıdakı on amili, İmam Meh-dinin (əc.) zühuruna hazırlıq və intizar üçün ən mühüm əsaslı amillər ünvanında qeyd etmək olar:

Əsl İslama söykənmək və onu Yezid islamdan ayırmaq;

–Elmi tərəqqiyə, fikri təkmilliyə və ali səviyyəli düşün-cələrə söykənmək;

–Möhkəm iradə şücaət və qətiyyət;

–Əxlaqi inqilab, zahidlik və azadlıq;

–Dərin iman, Allaha düzgün və daimi təvəkkül;

–İnsanların bir-biri ilə ilə məntiqi rəftarları;

–Məhrum və zəif təbəqəsini unutmamaq;

–Vəhdət;

–Səlahiyyətli rəhbər seçmək və vilayəti-fəqihə itaət;

–Bütün sahələrdə kütləvi proqramlaşdırma.

İslam peyğəmbəri (s) bu amillərin sayəsində yüksək qələbələrə nail oldu. Əgər müsəlmanlar bu amilləri geniş şəkildə həyata keçirsələr, həqiqətən intizarda möhkəm addımlar atmış və qəti olaraq həzrət Mehdinin (əc.) zühuruna yaxınlaşmışlar. Bütün bu amillərin içərisində hadisələr qarşısında möhkəm olmaq və səbirin çox böyük rolu vardır.

Bu səbəbdəndir ki, İslam peyğəmbəri (s) bir gün, həzrət Mehdinin (əc.) qeyb dövründə onun möhkəm və səbirli müntəzirlərini yada salaraq, hüzurunda olan şəxslərə buyurdu:

“Tezliklə elə bir qövm gələcək ki, onların hər birinin mükafatı sizin əlli nəfərinizin mükafatına bərabər olacaq".

Həzrətin hüzurunda əyləşənlər təəccüblə dedilər:

“Ey Allahın rəsulu, məgər biz sənin hüzurunda Bədr, Hüneyn və Ühüd kimi döyüşlərdə iştirak etməmişikmi, bi-zim şə`nimizə Qur`an ayələri nazil olmamışmı?”

Peyğəmbər buyurdu:

Əgər onlara üz gətirən çətinliklər sizin başınıza gəlsəydi, siz onlar kimi səbir edə bilməzdiniz".



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin