Zühur və qadınlar
Sual: Nə üçün həzrət Mehdinin (əc.) səhabələri haq-qında danışarkən, yalnız kişilərdən söhbət açılır, məgər qadınlar bu səadətdən məhrumdur?
Cavab: Buna səbəb zühur haqqında danışılarkən, əsasən döyüş və mübarizə məsələlərinin açıqlanmasıdır. Bu da demək olar ki, yalnız kişilərə xas olan bir işdir. Qadınlar isə arxa cəbhədə və müxtəlif işlərdə imamın (əc.) dayağı olacaqlar.
Onu da deyək ki, bə`zi rəvayətlərdə, həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi haqqında söz açılarkən, orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olun-muşdur. O cümlədən, İmam Baqir (ə) buyurmuşdur:
“And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində bir yerə toplaşacaq. Onların arasında əlli nəfər qadın vardır. Onlar payız buludları kimi bir yer toplaşacaqlar".
Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur:
“On üç nəfər qadın daim həzrət Mehdi (əc.) ilə birlikdədir".
Sonra imam (ə), qadınların işi barədə maraqlanan Müfəzzələ buyurdu:
“Həzrət Peyğəmbərin (s) dövründə olduğu kimi, bu qadınlar da yaralıları müalicə edəcək və döyüş əlillərinə qulluq edəcəklər".
Sual: Həzrət Mehdinin (əc.) zühurunun cahanşümul olduğunu nəzərə almaqla İmamın qoşununun sayı az görünmür?
Cavab: Xeyr. 313 nəfər zühurun əvvəlində həzrətə (əc.) qoşulacaq, sonra isə günbəgün insan seli ona tərəf axışacaq. O 313 nəfər həzrət Mehdi (əc.) hökumətinin əsas özəyi sayılacaq adamlardır. Məsələn, bir rəvayətdə bu barədə belə buyurulur:
“İlahi kamala malik 313 nəfər “Həcərül-əsvəd” lə “Məqami-İbarahim”in arasında həzrət Mehdi (əc.) ilə bey`ət edəcək. Onlar, Həzrət Mehdi (əc.) dövlətinin məs`uliyyətinin ağır yükünü öz öhdələrinə götürmüş-lər".
Habelə buyurmuşdur:
“Rumun fəth edilməsi döyüşündə həzrət Mehdinin (əc.) 70000 nəfər “Allahu Əkbər” şüarı deyən qoşunu iştirak edəcək. Onların ilk “Allahu Əkbər” gurultulu təkbirilə Ru-mun üçdə bir hissəsi, ikinci təkbirlərinin gurultusu ilə üçdə iki hissəsi, üçüncüsü ilə isə, bütün ərazisi azad oluna-caq".
İmam Baqir (ə) başqa bir rəvayətdə buyurmuşdur:
“Kufə əhalisindən 70000 sadiq şəxs İmam Mehdini (əc.) himayə etmək üçün ayağa qalxacaq".
Dostları ilə paylaş: |