Mehriban və bağIŞlayan allahin adi iLƏ


Qəhramanların həyata qayıtması və imam Mehdiyə (əc.) birləşməsi



Yüklə 1,04 Mb.
səhifə34/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

Qəhramanların həyata qayıtması və imam Mehdiyə (əc.) birləşməsi


Həzrət Mehdinin (əc.) zühuru zamanı baş verən hadi-sələrdən biri də imamların, saleh insanların, qəhrəman-ların həyata qayıtması və o həzrətə qoşulmasıdır. Hədis-lərdə həyata dönəcək bu şəxslərin iyirmi yeddi nəfər oldu-ğu bildirilmişdir.

İmam Sadiq (ə) buyurdu:

“Həzrət Mehdi (əc.) zühur edən zaman Nəcəf şəhə-rində iyirmi yeddi nəfər peyda olacaq və o həzrətə qoşu-lacaq. Onlardan on beş nəfəri həzrət Musanın (ə) tayfa-sındandır. Onlar xalqın hidayəti yolunda çalışacaqlar. Yeddi nəfəri “Əshabi-kəhf”, qalan beş nəfəri isə bu şəxs-lərdir:

→Yuşə ibn Nun (İsanın (ə) vəsisi);

→Salman;

→Əbu Dücanə Ənsari;

→Miqdad;

→Malik Əştər".

Sonra isə belə buyurdu:

“Bu iyirmi yeddi nəfər, insanların hakimi və İmamın yaxın dayağı olacaq".

Bu hədis həm iyirmi yeddi nəfərin əzəmətli məqamını bəyan edir ki, onlar bərzəx aləmindən dünyaya qayı-dacaq, imama qoşulacaq və o həzrətin qoşun rəhbərləri olacaq, həm də bizə bu dərsləri öyrədir ki, həzrət Mehdinin (əc.) dostları və onun intizarında olanlar hansı xüsusiyyətlərə malik olmalıdır. Həmçinin, bizə bu dərsi də öyrədir ki, əgər bir şəxs bu müqəddəs vadidə qədəm götürmək istəyirsə, gərək iradə və fikri cəhətdən Salman, Miqdad və Malik Əştər kimi şəxsləri özünə nümunə götürsün.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin