Əsrin imamı ilə əlaqədar on beş suala cavab
Həzrət Mehdi (əc.) haqqında verilən suallar çoxdur. Biz bütün bunların içərisindən mühüm olan on beşini seçir və onları qısa şəkildə cavablandırırıq:
1. Qur`anda İmam Mehdi Sahibəzzamanla (əc.) bağlı ayələr varmı?
Cavab: Bəli. Qur`anda bir çox ayələrdə buna işarə edilmişdir. Mə`sum imamlardan bizə yetişən çoxsaylı rəvayətlərə əsasən, o ayələrin tə`vili, yə`ni batini mə`nası İmamın (əc.) hökumətinə işarə edir.
Qəsəs surəsinin 5-6-cı, Nur surəsinin 56- cı və Ənbiya surəsinin 9-cu ayələrini buna misal gətirmək olar.
Nümunə üçün, Qəsəs surəsinin 5-ci ayəsində oxuyu-ruq:
“Biz zəiflədilmiş kəslərə ne`mət bəxş etməyi və onları yer üzünün sahibi etməyi iradə etdik".
Bu ayənin zahiri mə`nası həzrət Musanın (ə) qövmü ilə əlaqədar olsa da, batini mə`nası həzrətin (əc.) höku-mətinə işarədir.
Həzrət Əli (ə) buyurmuşdur:
“Bu ayədə Allahın xalqa rəhbər edəcəyi zəiflədil-mişlərdən məqsəd biz Əhli-beytik. Allah bu nəslin Meh-disini (əc.) göndərərək, onlara izzət, düşmənlərinə isə zil-lət bəxş edəcək".
Nəhcül-bəlağə kitabında da bu mətləbə işarə olunmuşdur. Həzrət Əli (ə) bu kitabda buyurmuşdur:
“Dünya fitnə-fəsadlardan sonra dəvənin öz sağı-cısına süd vermədiyi və onu öz balasına saxladığı ki-mi, bizə tərəf meyl göstərəcək".
Sonra isə qeyd olunan ayəni oxudu.
Dostları ilə paylaş: |